Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Türkiyədə hərbi helikopterlər toqquşdu, ölənlər var - Biri generaldır

Tarix 09.12.24, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Isparta şəhərində hərbi helikopter qəzaya düşüb.

 “TRT Haber” xəbər verir ki, helikopter şəhərin Keçiborlu bölgəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.

Hadisə ilə bağlı digər detallar hələ açıqlanmayıb.

***

Isparta valisi Abdullah Erin qəza nəticəsində biri təlim komandiri olmaqla 5 əsgərin həlak olduğunu açıqlayıb.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində olan digər şəxslərin axtarışları davam etdirilir.

***

“TRT Haber”in məlumatına görə, hadisə iki hərbi helikopterin toqquşması səbəbindən baş verib. Nəticədə bir helikopter yerə düşüb.

Helikopterdə olan 5 hərbçi həlak olub, 1 nəfər isə yaralanıb. Ölənlərdən birinin general İsa Baydilli olduğu açıqlanıb.

Digər helikopter isə heç bir tələfat olmadan yerə endirilib.

Helikopterlərin təlim uçuşu üçün havaya qalxdıqları bildirilir.

***

Qəza ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ispartada təlim uçuşu həyata keçirən UH-1 tipli helikopter qəzaya uğrayıb və 5 hərbçimiz şəhid olub.

Qəzada ağır yaralanaraq xəstəxanaya yerləşdirilən hərbçimizi isə xilas etmək mümkün olmayıb və şəhid olub.

Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türkiyə Silahlı Qüvvələrimizə isə başsağlığı veririk”, - açıqlamada qeyd olunub.





Xəbərin oxunma sayı : 973




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap