![]() |
|














Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq?
Tarix 05.02.23, 11:38 |
|

Çinin Hangzhou şəhərindən olan tələbə Çjou Yi süni intellekt (Artificial Intelligence) vasitəsi ilə riyaziyyatla bağlı problemlərini həll edib. Xüsusi alqoritm tələbənin dərslərinə nəzarət edib və semestrin sonunda Çjou test üçün maksimum bal toplaya bilib. 2019-cu ildən Çin məktəblərində süni intellekt dərslərini tədris etmək üçün 10 cildlik süni intellekt dərsliyi seriyasının işıq üzü görməsi şagirdlərin yeni texnologiyalarla təmasını daha da sıxlaşdırıb. Şagirdlər bu fənni ya seçmə, ya da məktəb kurikulumunun bir hissəsi kimi öyrənirlər. Süni intellektin inkişaf tarixini və bu texnologiyaların üz tanıma, avtonom idarəetmə və ictimai təhlükəsizlik kimi sahələrdə necə tətbiq oluna biləcəyini təsvir edən dərsliklər Çin hökumətinin qərarı ilə ibtidai və orta məktəblərin kursu üçün yazılıb.
“Bu, uşaqlara təkcə mövzuya dair zəruri elementar biliklər vermək deyil, həm də onların yaradıcılıq qabiliyyətlərini və təxəyyüllərini maksimum dərəcədə üzə çıxarmaq və reallaşdırmaq üçün edilir. Digər nəşrlərdən fərqli olaraq, bu dərsliklər sizə “şagirdlərin həm əllərindən, həm də beynindən” istifadə etməyə imkan verəcək”, - deyə Çin hökumətinin qərarında qeyd edilib. Nəzəri təlimdən dərhal sonra proqramın daha yaxşı başa düşülməsinə və mənimsənilməsinə yönəlmiş praktiki məşğələlər keçirilir. Çində süni intellektin öyrənilməsi üzrə məktəb dərsliklərinin tətbiqi onu göstərir ki, süni intellektin tədqiqində böyük irəliləyiş əldə edən ölkə bu texnologiyanın öyrənilməsini mümkün qədər çox uşaq üçün əlçatan etmək qərarına gəlib.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda ölkəmizdə səfərdə olan “Microsoft” şirkətinin rəsmiləri ilə görüşdə müxtəlif təhsil pillələrinin idarə olunması və tədqiqatların stimullaşdırılması məqsədilə süni intellekt və hesablayıcı bulud texnologiyalarından istifadə imkanlarının müzakirə edilməsi bizim təhsilin də süni intellektin tətbiqinə yaxınlaşdığından xəbər verir.
Proqnozlara görə, tezliklə təhsili süni intellektin (AI) iştirakı olmadan təsəvvür etmək mümkün olmayacaq. İstər-istəməz sual yaranır: süni intellektin təhsil prosesinə inteqrasiya olunmasının əhəmiyyəti nə olacaq? Yeni texnologiyaların təhsilalanlar üçün hansısa təhlükəsi varmı?
“Kaspi” qəzetində mövzu ilə bağlı məqalə yayımlanıb.
Ekspertlər hesab edirlər ki, süni intellekt təhsil sahəsini ciddi şəkildə dəyişəcək. Belə ki, tədris üsulları, öyrənmə yolları, biliyə çıxış və müəllim hazırlığı inqilabi dəyişikliklərə məruz qalacaq.
ADA Universitetinin professoru Gülməmməd Məmmədovun fikrincə, süni intellekti təhsildə iki istiqamətdə tətbiq etmək olar: “Süni intellekt haqqında dərsliklərdə şagirdlərin başa düşəcəyi dildə məlumat verilməlidir. Süni intellekt təhsildə işlənən texnologiyaların tərkib hissəsi ola bilər. Yəni bu texnologiyalar süni intellekt əsaslı olmalıdır. Əslində günümüzdə yüksək texnologiyaların elementləri istifadə olunur. Artıq onunla ünsiyyətimiz var. Telefonlarımızda, cihazlarımızda olan tətbiqlər xidmətlər göstərir. Günümüzdə hansısa bir təhsil proqramında yüksək texnologiyalar, mobil telefonlar və ya planşetlərdən istifadə edilirsə, bu o deməkdir ki, onlar vasitəsilə süni intellekt istifadə edilir”.
Riskə gəlincə, professor hesab edir ki, məlumatların ikinci şəxsə ötürülməsi təhlükəsi hər zaman var. Belə ki, texnologiyalardan istifadə edəndə bu, narahat olacağımız məqamdır: “Ümumiyyətlə, texnologiyalardan istifadə edəndə onun riskli tərəfləri də olur. İstifadə zamanı bu riskləri də idarə etmək olar. Süni intellekt bir qədər qorxulu səslənə bilər. Şagirdlər süni intellekt cihazı ilə ünsiyyət qurursa, müəyyən dərəcədə ehtiyatlı davranmalıdırlar. Kiber mühitdə olanda bu riskləri gözə almalıdırlar”. G.Məmmədov süni intellektin təhsildə tətbiqi ilə bağlı səslənən proqnozlara da münasibətini bildirir: “Elə bir inanc var ki, gələcəkdə təhsil süni intellekt vasitəsilə veriləcək. Müəllimlərin tədris prosesində iştirakı keçmişdə qalacaq. Bu, müəyyən dərəcədə doğru olsa da, tam belə olması mümkün deyil. Tədris prosesi təkcə biliyin müəllimdən şagirdə ötürülməsi deyil, öyrənənlə öyrənən arasındakı qarşılıqlı mübadilədir. Süni intellekt öyrənmədə empatiyanı, müəllimi, bağçada tərbiyəçini, insanın emosional hisslərini əvəz edə bilməz. Ən azı, bu, yaxın gələcəkdə mümkün deyil”.
İT mütəxəssisi Emin Axundov yaxın gələcəkdə süni intellektin nəinki təhsili, bütün sahələri əhatə edəcəyi fikrindədir. Belə ki ölkə təhsilində artıq “Virtual məktəb” platforması kimi bir təcrübə mövcuddur. “Pandemiya dövründə “Virtual məktəb” layihəsi həyata keçdi – bütün müəllim və şagirdlər virtual mühitdə görüşdülər. Onların hər bir addımı elektron mühitdə olduğuna görə qeydə alınırdı. Şagirdlərimiz haqqında çox data yığsaq, onların fənn üzrə gələcək nəticələrini də proqnozlaşdıra bilərik. Süni intellektin tətbiqi sübut olunmuş proqnoz əsasında hansısa faktorları dəyişməklə daha yaxşı nəticəyə gəlib çıxmağın bir yoludur”.
Ekspert hesab edir ki, biz bu tətbiqə kifayət qədər hazırıq: “Rəqəm yığmaq baxımından yaxşı təcrübəmiz oldu. Nazirlik kiçik və böyük summativ qiymətləndirmələri (KSQ və BSQ) keçirdi. Bir neçə məktəb qeydiyyatın daha çevik olması üçün bunu elektron formaya keçirir. Əgər bizim təhsil sistemi virtual məktəbin elementlərini istifadə etsə, o zaman uşağın ev tapşırığı fəaliyyəti kompüterdə qeyd olunur. Biz ölkə olaraq bəzi dəyişikliklərə hazırıq. “Microsoft”un sistemində iştirak edən ölkələrdən ən yaxşılardan biri biz idik. Bizim təhsil kütləmiz göstərdi ki, lazım olan vaxt vəziyyətdən çıxa bilir. Pandemiya vaxtı şagirdlərin 70 faizi dərslərə telefonla, 30 faizi kompüterlə daxil olurdu. Müəllimlər isə əksinə, 70 faiz kompüterdən, 30 faiz telefondan istifadə edirdi. Dövlətin dəstəyi olmadan insanlar özləri bunu etdi. Datanın daha detallı yığımı, elektron hökumət alətlərinin çoxalması əminəm ki, bir ilə ölkə təhsilinin idarə edilməsində süni intellektin tətbiqinə nail olmağa imkan verəcək”.
Ekspert süni intellektin tətbiqinin əhəmiyyətini belə izah edir: “Qərarlarımız daha əsaslı, düzgün və reallığa əsaslanan olacaq. Bu da nəticələrin yaxşılaşmasına gətirəcək. Subyektiv faktor aradan qalxacaq. Maliyyə, inzibati planlamada daha yaxşı nəticələr göstərə bilərik. Bundan başqa, süni intellektin tətbiqi bütün sahələrdə günün tələbi olacaq”. E.Axundov hesab edir ki, süni intellektin əsasları haqda şagirdlərimizə də məlumat verməliyik: “Gələcək peşəkarlara gələcəyin istiqaməti haqda məlumat vermiş olacağıq. Həkimlərimiz, polislərimiz, mühəndislərimiz və başqa peşə sahiblərimiz də süni intellekti başa düşəcək. 4-cü sənaye inqilabının özəyi də məhz süni intellektdir”.
Xəbərin oxunma sayı : 403
Sosial
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV