“Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

Tələbə evə başqa kişi gətirən anasını vəhşicəsinə öldürdü - DETALLAR

Tarix 08.06.24, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Anasının başqa kişi ilə ailə qurmasını istəməyən oğul onu qətlə yetirib.

Belə ki, universitetlərdən birində təhsil alan Xaləddin (Adlar şərtidir) imtahana hazırlaşırmış.

Atası öldükdən sonra onu təkbaşına böyüdən anası Şahanə isə oğlunun gələcəyinə böyük ümid bəsləyirdi. Amma Xaləddin anasından şübhələnməyə başlayıb.

Şahanə işdən evə yorğun gəlir, öz otağında kiminləsə telefonda söhbət edir, gah da görüntülü danışırdı. O, şəxsi həyatını yaşamaq üçün hələ də gec olmadığını düşünürdü. Lakin bütün bunlar Xaləddinin gözündən yayınmır və onu getdikcə qıcıqlandırırdı.

Bir gün Şahanənin tanışı Rafiq onlara qonaq gəlir. Şahanə onu oğlu ilə tanış etmək istəyərkən, Xaləddin qəzəblənərək öz otağında gizlənir. Şahanə isə Rafiqə "fikir vermə, başa düşəcək" deyir və onlar mətbəxə keçib, söhbət edirlər.

Ertəsi gün səhər saatlarında Xaləddin evdən çıxıb anasının arxasınca gedir. Addım-addım izləyib görür ki, anası işə getmək əvəzinə kafedə Rafiqlə görüşür. Onlar isə münasibətlərini rəsmiləşdirmək haqqında danışırdılar.

Xaləddin gecəni yuxusuz keçirir və anası evdən çıxmazdan əvvəl onun Rafiqlə son yazışmasını oxuyur. O, mesajlardan onların rəsmi nikaha daxil olmağa getdiklərini anlayır. Xaləddin qərar verir ki, buna imkan verməsin.

Xaləddin anasının mənzildən çıxıb həyətə düşməsini izləyir. Sonra mətbəxdən bıçaq götürüb, onun arxasınca gedir. Anasına çatıb gətirdiyi bıçaqla ard-arda zərbələr endirərək onu qətlə yetirir. O, hadisə yerindən qaçsa da, bir neçə gün sonra polis əməkdaşları tərəfindən həbs olunur.








Xəbərin oxunma sayı : 1174




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap