Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Tender elanından bir gün əvvəl yaranan şirkət qalib elan olundu - FAKTLAR/FOTO

Tarix 29.11.21, 9:20

Font ölçüsü : - / +
bitmap-img6


Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.

AzFakt.com Yeniavaz.com-a istinadən xəbər verir ki, bu cür tender müsabiqələrində Respublika Cüzəm (Leproz) Xəstəxanasının adı xüsusi olaraq fərqlənir.

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Cüzəm Xəstəxanasının keçirdiyi növbəti tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Sonbahar” MMC (VÖEN- 8700137111) olub.

Xəstəxana kotirovka sorğusunu oktyabr ayının 1-də elan edib. "Sonbahar” MMC isə cəmi bir gün əvvəl - 29.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm Xəstəxanasının sifarişilə tədbirlərin təşkili və keçirilməsini həyata keçirəcək və bu iş  üçün 7 min 6 manat alacaq.

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Tender elanından bir gün əvvəl yaranan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da qeyd edək ki, bu cür şübhəli tender müsabiqələri Respublika Cüzəm Xəstəxanası tərəfindən mütəmadi olaraq keçirilir.

Ötən ay Respublika Cüzəm Xəstəxanasının keçirdiyi tender müsabiqəsində (kotirovka sorğusu) "Lena” MMC (VÖEN-1307364501) qalib olub.

Xəstəxana kotirovka sorğusunu sentyabr ayının 30-da elan edib. "Lena” MMC də eyni gündə - 30.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm Xəstəxanasının sifarişilə nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və bu xidmətlər üçün 10 min 831,5 manat alacaq.

Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap