![]() |
|














Tomas Mozer Rafiq Əliyevə məxsus limanı ələ keçirib Avropa bankına satdı - Moldovada qalmaqal
Tarix 11.07.21, 19:00 |
|

Moldovanın Prut və Dunay çaylarının mənsəbində yerləşən, ölkənin dənizə çıxışını təmin edən yeganə liman olan Curculeşt limanı daha azərbaycanlı biznesmen-keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus deyil. Virtualaz.org xəbər verir ki, limanı vaxtilə onun biznesini idarə edənlərdən biri Tomas Mozer ələ keçirib və ofşor şirkətlər üzərindən Avropa Yenidənqurma və İnkişaf Bankına satıb. Bu haqda Moldova mətbuatında yazırlar.

Bildirilir ki, Moldova hökuməti Curculeşt azad ticarət limanına dair məhkəmə mübahisəsinin tərəflərini öz mübahisələrini müvafiq qanunlar əsasında yerli məhkəmələrdə nizamlamağa çağırır. Və limana dair investisiya razılaşmasını imzalamış bütün tərəflərdən bərabər məsafə saxlayacağına təminat verir. Hökumətin bu reaksiyası Avropa Yenidənqurma və İnkişaf Bankının bu yaxınlarda Curculeşt beynəlxalq limanının səhmlərini aldığını elan etməsindən sonra bildirilib.
Dolaşıq sxem: limanı kim və nə vaxt satıb…
Curculeşt limanının banka satılmasına dair müqavilə 2021-ci il mayın 7-də imzalanıb. Lakin bu haqda iki həftə sonra, limanın saytında yerləşdirilmiş press-relizdən məlum olub. Limanın səhmlərini banka Kiprdə qeydiyyatdan keçmiş “Thomo Invest LTD” şirkəti satıb. Həmin şirkətin arxasında isə limanın operatoru “Danube Logistics” şirkətinin keçmiş inzibatçısı və limanın keçmiş direktoru, eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankının keçmiş əməkdaşı Tomas Mozer dayanır.
Mozer-Əliyev qardaşlarının keçmiş ortağı
Curculeşt limanının operatoru “Danube Logistics” LLC Hollandiyanın “Danube Logistics Holding BV” şirkətinin törəmə şirkətidir. Sonuncunun təsisçisi isə öz növbəsində “Danube Holding BV” adlı başqa holland şirkətidir. Həmin şirkətin arxasında isə 2011-ci il sentyabrın 6-da Kiprdə qeydiyyatdan keçmiş, direktoru Tomas Mozer olan “Thomo Invest LTD” dayanır. 2018-ci ildə isə Kipr şirkətinin səhmləri Avstriyada qeydiyyatdan keçmiş “Febania GmbH” şirkətinə satılıb, həmin şirkətin benefisiarı da Tomas Mozerdir. Belə məlum olub ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Curculeşt limanını Mozerin “Febania GmbH” şirkəti ilə imzalanmış sövdələşmə nəticəsində alıb.
Jurnalistlər nə aşkar etdilər?
“Black Box” araşdırmaçı jurnalistlər qrupunun əldə etdiyi sənədlərə əsasən bank limanı alana qədər onun səhmləri “Bemol” şirkəti ilə (Curculeşt limanının keçmiş sahibi-Rafiq Əliyevin şirkəti) ilə Tomas Mozer arasında məhkəmə çəkişməsi prosesində müsadirə olunmuşdu. Həmin məhkəmə çəkişməsi bir neçə ildir davam edir və 2021-ci ilin fevralında məhkəmə icraçısı Roman Talmaç “Bemol” şirkətinin sorğusu əsasında “Danube Logistics” şirkəti üzərində məcburi idarəçilik tətbiq edib.
Lakin “Danube Logistics” şirkətinin nümayəndələri bildirirlər ki, bank hələ sövdələşməni imzalamazdan əvvəl “Danube Logistics Holding BV” şirkətinin “Danube Logistics”-dəki səhmlərinin əsas benefisiarı idi. Üstəlik bu səhmlər banka vaxtilə alınmış kreditin maliyyələşdirilməsi üçün girov kimi verilmişdi. Və “Bemol” şirkətinin iddiası əsassızdır və operator-şirkətin məcburi müsadirəsi barədə məhkəmə icraçısının çıxardığı qərar məhkəmədə mübahisələndirilib.
Tomas Mozer Rafiq Əliyevi haqlı saymır
“İstənilən halda, bu mübahisəli müsadirə (“Danube Logistics” şirkəti üzərində məcburi idarəçiliyin tətbiqi) heç bir hüquqi qüvvəyə malik deyil, çünki Avropa Yenidənqurma və İnkişaf Bankı “Danube Logistics” şirkətinin yekun sahibidir və “Bemol” şirkətinin qarşısında heç bir öhdəliyə malik deyil”,-şirkətdən belə deyiblər.
Lakin limanı geri qaytarmağa çalışan “Bemol” şirkəti ilə Tomas Mozer arasında bu məhkəmə çəkişməsi Moldova üçün on milyonlarla dollar ziyana başa gələ bilər. Məhkəmə çəkişməsi 2014-cü ildə başlayıb, “Bemol” Tomas Mozeri dələduzluqda və şirkəti pis idarə etməkdə ittiham edilir. Prosesdə 2 il ərzində “Bemol” şirkətinin icraçı direktoru olmuş, daha sonra “Danube Logistics” LLC şirkətinə rəhbərlik etmiş Ala Aydov adlı şəxsin də adı keçir. Bu iki şəxs Rafİq Əliyevin şirkətinə 260 milyon lev (indiki məzənnə ilə 156 milyon dollar) ziyan vurmaqda günahlandırılır. İddiaya əsasən Tomas Mozer şirkəti idarə edərkən pulları oğurlayıb və ona ziyan vurub.
Limanı Rafiq Əliyev necə almışdı...
Curculeşt limanı 2004-cü ilin dekabrında, Moldovadakı kommunist hakimiyyəti dövründə qismən dövlət, qismən özəl mülkiyyətə çevrilib. Daha sonra Moldova hökuməti Curculeşt limanına dair üç şirkətlə investisiya müqaviləsi bağlayıb: sonradan “Bemol Retail” olan “Azpetrol SRL”, “Azertrans SRL” (sonradan “Danube Logistics” olub) və “Azpetrol Refinery SRL” (sonradan “Flat Refinery” olub). Hər üç şirkət Rafiq Əliyevə məxsus idi.
2005-ci ilin oktyabrında Rafiq Əliyev Azərbaycanda həbs olunanda əmlakı da müsadirə olundu. O, Moldovadakı aktivlərini qorumaq üçün 2006-cı ildə Niderlandda yaradılmış “Easeur Holding BV” şirkətinin idarəçiliyinə verib və 4 icraçı direktor təyin edib. Tomas Mozer onlardan biri idi və “Bemol Retail” şirkətini 2006-2012-ci illərdə idarə edib. Həmin vaxt liman operatoru “Danube Logistics” şirkətini də ələ keçirə bilib.
Rafiq Əliyev azadlığa çıxır, Moldovaya qayıdır və görür ki...
2013-cü ildə azadlığa çıxandan sonra Rafiq Əliyev “Bemol” şirkəti üzərindən biznesini idarə etmək üçün Moldovaya qayıdıb və Tomas Mozerin şirkətin pullarını ələ keçirdiyini öyrənib. Və məhkəmə iddiası qaldırıb. 2018-ci ilin aprelində Kişnyov məhkəməsi Tomas Mozerin Ala Aydovla birlikdə 178 milyon lev (106 milyon dollar) kompensasiya ödəməli olduğu haqda qərar çıxarıb. Bunun ardınca bir neçə apellyasiya məhkəməsi gəlib və bu ilin fevralında Moldova Ali məhkəməsi Rafiq Əliyevin bütün iddiasını rədd edib, yəni Mozeri haqlı çıxarıb.
Tomas Mozer və Curculeşt limanının tarixçəsi
Tomas Mozer Almaniyanın İnkişaf Bankında işləyib, 1996-cı ildən isə Avropa Yenidənqurma və İnkişaf Bankında işə keçib. Üç il sonra o, bank prezidentinin dəftərxanasında işləməyə başlayıb. 2001-ci ildə isə Mozer bankın Bakı nümayəndəliyinin rəhbəri təyin olunub. 2003-cü ildə isə Fərhad və Rafiq Əliyev qardaşları Mozeri “Azpetrol”da departament rəhbəri vəzifəsinə gətiriblər. Həmin vaxtlar Əliyev qardaşları “Azpetrol” şirkətinin sahibləri idi.
Curculeşt limanı biznes-layihəsi hələ 1993-cü ildə işlənib hazırlanıb. O vaxtkı baş nazir Andrey Sanqeli hökumət üzvlərinə Prut və Dunay çaylarının mənsəbində liman inşası layihəsini təklif edib. Layihənin reallaşması üçün hökumət 25.5 milyon dollar kredit götürüb. Lakin 10 il keçəndən sonra məlum olub ki, nəzərdə tutulan işlərin cəmi 30 faizi görülüb. 2004-cü ildə kommunistlərdən ibarət Moldova hökuməti yarımçıq layihəni bərpa edib, bu məqsədlə Azərbaycanın “Azpetrol”, “Azertrans” və “Azpetrol Rafinery” şirkətləri ilə müqavilə bağlanıb. Bu şirkətlərin hər üçü əslində Bakıda qeydiyyatdan keçmiş “ana “ şirkətin törəmələri idi. Həmin şirkət liman layihəsinin başa çatdırılması üçün 250 milyon dollar investisiya təklif edib. Bundan başqa azərbaycanlı investorlar Avropa Yenidənqurma və İnkişaf Bankı qarşısında kredit öhdəliyini də bağlamalı idi. İnvestorlar habelə Moldovada, Curculeşt limanı yaxınlığında neft terminalının tikintisini də həyata keçirməyi vəd ediblər.
Moldova hökuməti ilə bağlanmış investisiya layihəsinə əsasən Curculeşt limanından daşınan neft və neft məhsulları gömrük rüsumlarından və ƏDV-dən azad edilirdi. “Azpetrol” (“Bemol”) şirkətinə icazə verilirdi ki, benzin və dizel satışına görə ixrac ƏDV-ni geri alsın. Şirkət habelə aksiz vergilərindən azad idi. Bütün bu güzəştlərə baxmayaraq şirkət Moldovada benzini və dizeli bazar qiymətinə satırdı.
Araşdırmaçı jurnalistlər 2016-cı ildə nə aşkar etmişdi?
Moldova, Ukrayna və Rumıniyadan olan araşdırmaçı jurnalistlərin 2016-cı ildə hazırladıqları məqaləyə əsasən (həmin məqalənin xülasəsi virtualaz.org-da dərc edilib) 2011-ci ildə Hollandiya şirkəti “EASEUR Holding BV” iri məbləğdə borclardan yaxa qurtarmaq üçün Rafiq Əliyevin şirkəti “New Ventures Capital”ı inandırır ki, “Credit Suisse” bankı qarşısında kredit öhdəliyini bağlasın. Razılaşmaya əsasən borcun bağlanmasının əvəzində “Credit Suisse” və Tomas Mozer tərəfindən yaradılan “Danube Logistics Holding BV” adlı şirkət “Danube Logistics SRL” şirkətinin səhmlərinin 80 faizini alıb. Habelə “EASEUR Holding BV” və “Azpetrol” (“Bemol Retail SRL”) şirkətlərinin borclarına sahib çıxıb. Bu aktivlərin əvəzində “Danube Logistics Holding BV” şirkəti “EASEUR Holding BV” şirkətinin “Credit Suisse” bankından götürdüyü 36.1 milyon dollarlıq borcunun ödənilməsini üzərinə götürüb. Lakin 2015-ci ildə “Danube Logistics” və “EASEUR Holding” arasında fikir ayrılığı yaranıb, iş məhkəmə çəkişməsinə qədər uzanıb.
Xəbərin oxunma sayı : 1630
Gündəm
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV