Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Toy edənlərin icazə alma qaydası açıqlanıb - VİDEO

Tarix 23.06.21, 18:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda toy edənlərin icazə alma qaydası açıqlanıb. Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı "Report"a bildirib ki, şənliklərin keçirilməsi icaze.e-gov.az saytı vasitəsilə təmin olunacaq.

Onun sözlərinə görə, sahibkar (möhür səlahiyyətli şəxs tərəfindən) asan imza və ya elektron imza vasitəsi ilə sistemə daxil olunur: "Növbəti mərhələdə isə sahbkar tərəfindən əməkdaşların icazələri daxil olunur. 

Əməkdaş əmək müqaviləsi ilə çalışdıqda FİN nömrəsi, vəzifəsi və icazənin başlama və bitmə vaxtı qeyd olunur. Xidməti müqavilə ilə çalışan əməkdaşlarda isə onun VÖEN və FİN nömrələri qeydiyyata alınır. 

Tədbirin başlanmasına 5 gün qalmış sahibkarlar tərəfindən tədbir haqqında məlumatlar sayta daxil edilir. Tədbirin keçirildiyi obyekt, zalın adı seçilir. Tədbirin başlanma və bitmə saatı, qonaqların sayı Nazirlər Kabinetinin müvafiq qərarında göstərilmiş məkan sahibi ilə toy sahibi arasında olan iltizam sənədinin imzalanmış skan versiyası sistemə daxil edilir və yaddaşda saxlanılır".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.

Videomaterialı təqdim edirik:






Xəbərin oxunma sayı : 652




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap