Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Trampın qələbəsi onlara 64 milyard qazandırdı - Siyahı

Tarix 07.11.24, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


Donald Trampın ABŞ-də prezident seçkilərində qələbəsindən sonra dünyanın ən varlı 10 şəxsinin sərvəti ümumi olaraq rekord həcmdə - 63,5 milyard dollar artıb.

Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. 

Məlumata görə, seçkilərin nəticəsindən ən çox qazanan dünyanın ən varlı şəxsi, amerikalı milyarder İlon Mask olub. Belə ki, Trampın qələbəsindən sonra onun sərvəti 10,1 faiz (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb. 

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti bir gün ərzində 7,14 milyard dollar, “Oracle” şirkətinin rəhbəri Larri Ellisonun sərvəti isə 9,88 milyard dollar artıb. 

Bununla yanaşı, Trampın qalib gəlməsindən faydalananlar arasında “Microsoft”un təsisçisi Bill Geyts, həmin şirkətin keçmiş baş direktoru Stiv Balmer, “Google” təsisçiləri Larri Peyc və Sergey Brin, “Berkshire Hathaway” rəhbəri Uorren Baffet və kriptobirja rəhbərləri Brayan Armstronq və Çanpen Cao da var. 

Agentlik yazır ki, milyarderlərin sərvətinin belə artmasına səbəb amerikalı şirkətlərin səhmlərinin qəfil artması olub. Belə ki, gözləntilərə əsasən, Trampın Ağ Evə qayıtması vergilərin azaldılmasına və maliyyə tənzimləmələrinin yüngülləşdirilməsinə səbəb ola bilər. 

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçirilib. Seçkilər noyabrın 6-da Bakı vaxtı ilə səhər saatlarında başa çatıb. Rəsmi nəticələr açıqlanmasa da, ABŞ mediası Trampın qələbə qazanmaq üçün tələb olunan 270 seçisi səsini ötərək təqribən 300 səs topladığını yazıb. Tramp da öz növbəsində seçkilərdə qələbə qazandığını elan edib və özünü ölkənin 47-ci prezidenti adlandırıb. Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkidə məğlub olduğunu təsdiq edib.



Xəbərin oxunma sayı : 832




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap