“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Ukraynada müharibəyə necə son qoyulacaq? - 3 əsas SSENARİ

Tarix 06.12.24, 16:49

Font ölçüsü : - / +
bitmap-img6


İtaliyanın nüfuzlu “Il Fatto Quotidiano” nəşri Ukraynada davam edən münaqişənin həlli ilə bağlı nəzərdən keçirilən mümkün ssenarilər haqqında məlumat yayıb.

Nəşrin iddiasına görə, təklif olunan yolların hər biri ölkənin gələcək taleyinə ciddi təsir göstərə bilər.

Birinci ssenari: "Alman modeli"

Bu model Ukraynanın iki əsas blok arasında bölünməsini nəzərdə tutur. Təklifə əsasən, Ukrayna hakimiyyəti altında olan ərazilər NATO-ya qəbul edilə bilər. Bu yanaşma tarixi Almaniyanın Şərqi və Qərbi olaraq bölünməsini xatırladır. NATO-nun genişlənmə siyasəti çərçivəsində nəzərdən keçirilən bu model Rusiyanın ciddi narazılığına səbəb ola bilər.

İkinci ssenari: "Avropa İsraili" modeli

İkinci ssenari Ukraynanın NATO üzvü olmadan Qərb hərbi alyanslarından hərbi dəstək almasını nəzərdə tutur. Bu yanaşmaya görə, Ukrayna "Avropanın İsraili" kimi formalaşacaq. İsrail modeli əsasında ölkəyə müasir silahlar və müdafiə sistemləri təmin edilərək, ölkənin hərbi qüdrəti artırılacaq. Bu model Ukraynanı regional gücə çevirməklə yanaşı, NATO üzvü olmadan da müdafiə təminatına malik olmasına imkan yaradacaq.

Üçüncü ssenari: Beynəlxalq missiya və bölünmə

Üçüncü ssenari isə Ukraynanın beynəlxalq missiya vasitəsilə bölünməsini təklif edir. Bu missiya NATO üzvü olmayan dövlətləri – məsələn, Çin, Hindistan və Fars körfəzi ölkələrini əhatə edə bilər. Beynəlxalq missiyanın əsas məqsədi regionda sülhü təmin etmək və münaqişənin uzunmüddətli həllinə nail olmaqdır. Lakin bu ssenarinin reallaşması çoxsaylı siyasi və iqtisadi çətinliklər səbəbindən qeyri-müəyyən qalır.

Bu ssenarilərdən hansının reallaşacağını yaxın gələcəkdə baş verən hadisələr müəyyən edəcək. (musavat.com)



Xəbərin oxunma sayı : 826




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap