Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Vergi və gömrük rüsumlarının vurduğu zərbə: “Bunun bədəlini vətəndaş cibindən ödəyir”

Tarix 14.09.21, 22:38

Font ölçüsü : - / +
bitmap-img6


“Ölkədə qiymət artımının sürətlə getməsinin əsas səbəblərindən biri məhz vergi-gömrük siyasətinin doğru qurulmamasıdır”

Yenicag.az xəbər verir ki, bunu bu ilin birinci yarısında Dövlət Vergi Xidmətinin büdcə qarşısında proqnoza 24,4% və Dövlət Gömrük Komitəsinin 14,6%-dən çox əməl etməsini dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçıya görə, gömrük rüsumları və vergilərin ölkənin tələbatına uyğunlaşmadan “hərfi” mənada tətbiqi bahalığa səbəb olur:

“Vergi və gömrük daxilolmalarının artması, ümumən, müsbət məsələdir. Lakin əsas sual budur ki, bu artım nəyin hesabına olub?! Bu ilin 1-ci rübündə ÜDM artımı demək olar ki, qeydə alınmadı. Deməli iqtisadi artım yox idi, hətta yanvar ayında ÜDM keçən ilin yanvar ayına nisbətən 2,5% azalmışdı. Bu, o deməkdir ki, vergi-gömrük daxilolmalarının artması iqtisadi fəallığın yüksəlməsi hesabına başa gəlmir. Çox güman ki, bu artım vergi-gömrük sahəsində “ağartmanın” nəticəsidir. İqtisadiyyatın “ağarması” müsbət tendensiyadır, amma bu addımın digər komponentləri, kompleks yanaşma olmayanda ödənilən hər manat sonunda istehlakçının cibindən çıxır.

Ölkədə istehsalı olmayan və ya çox az olan məhsullara ən yüksək gömrük rüsumlarının tətbiqi, bundan başqa gömrük orqanlarının özbaşına qiymət qoyma siyasəti və özlərinin təyin etdiyi qiymətdən rüsum və ƏDV hesablama praktikası büdcəyə əlavə vəsait gətirsə də, iş adamlarına yük olur. Nəticədə vətəndaş bunun bədəlini cibindən ödəyir”.



Xəbərin oxunma sayı : 715




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap