| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Vətən müharibəsinin başlamasından bir il ötür
Tarix 27.09.21, 0:08 |
|
Bu gün Vətən müharibəsinin başlamasından bir il ötür.
AzFakt.com xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.
Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, ərazilərimizi yadelli qüvvələrdən təmizləməyə başladı. Belə ki, hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin 6 kənd – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd işğalçı qüvvələrdən azad edildi. Azərbaycan Ordusunun tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edərək məhv olundu.

Bundan sonra isə Azərbaycan Ordusu düşmənin müdafiə xəttini yarmağı bacardı, sürətli əks-hücum əməliyyatı həyata keçirməyə və ərazilərimizi düşmən tapdağı altından azad etməyə başladı.
44 gün davam edən müharibə dövründə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tez-tez xalqa müraciət edir, özünün sosial şəbəkə hesablarında, xarici və yerli mediaya müsahibələrində yeni qəsəbə, kənd, şəhərlərin düşməndən azad edildiyini bütün dünyaya bəyan edir, bu münasibətlə Azərbaycan xalqını təbrik edirdi.
Ali Baş Komandan hərbi əməliyyatların gedişi zamanı çıxışlarında qeyd edirdi ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, “dəmir yumruq” onun başını əzəcək. Elə də oldu! İlham Əliyevin siyasi iradəsinin, sərkərdəlik qabiliyyətinin və Azərbaycan Ordusunun gücünün simvolu olan "Dəmir yumruq" erməni işğalçılarının başını əzdi, düşməni diz çökdürdü.

Azərbaycan Ordusu qanı və canı bahasına oktyabrın 3-də Tərtər rayonunun Madagiz qəsəbəsini düşməndən azad etdi. Daha sonra Prezident İlham Əliyev qəsəbənin tarixi Suqovuşan adını özünə qaytardı. Artıq düşmənin ayaq izlərinin torpaqlarımızdan silinməsinə başlanıldığı kimi, onların tarixi torpaqlarımıza qoyduğu eybəcər adlar da tarixin zibilliyinə göndərilirdi.

Beləliklə, Müzəffər Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı.

2020-ci il 8 noyabrda isə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olundu və şəhərdə Azərbaycan Bayrağı qaldırıldı. Şuşanın azad edilməsi Vətən müharibəsində əldə olunan böyük qələbənin zirvəsidir. Dağlardan aşaraq, qayalara dırmanaraq günlərlə yol gedib yüngül silahlarla, əlbəyaxa döyüşlərlə Şuşanı işğaldan azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Azərbaycanın Müzəffər Ordusu Şuşanın alınması ilə düşmənin belini qırdı. Məhz Şuşanın azad olunması müharibədə həlledici nöqtə oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Təsadüfi deyil ki, məhz həmin gün Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.

Bununla da Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi prosesi də uğurla başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda yağılardan azad etdi! Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşdü.

Təəssüflər olsun ki, qələbə itkisiz olmur. Müdafiə Nazirliyinin 2021-ci ilin iyulun 14-nə olan məlumatına əsasən, Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olaraq dəfn edilən hərbi qulluqçularının sayı 2 907 nəfərdir, 7 hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Məhz həmin qəhrəmanlarımız otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqına öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa arzulayırıq! (Report)
Xəbərin oxunma sayı : 913
Gündəm
Xəbərlər
-
Hafiz Paşayev nazirə: “Hərdən nə dediyinizi başa düşmürəm” - VİDEO
-
Anar Əliyevin “qənaəti“ - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
-
ƏDV depozit hesabları ilə bağlı yeni dəyişiklik: Sahibkarlara əlavə imkan yaradılır
-
NATO-nun Ankara sammitində nələr müzakirə olunacaq? - Açıqlandı
-
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
-
Rusiyaya gedən azərbaycanlılara yeni tələb - Bu gündən qüvvəyə minir
-
Media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - Siyahı
-
Futbolumuzun beşillik tamaşaçı mənzərəsi: Ən çox azarkeş hansı mövsümdə gəlib?
-
Beyləqanda vətəndaş müraciətləri diqqətdə saxlanılır - Fotolar
-
“Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
-
Makron bu hərəkəti ilə yenə gündəm oldu - VİDEO
-
Şagird müəllimi buna görə qətlə yetirib - İttiham aktı elan edildi
-
Zalujnı prezident seçkilərində iştirak etmək istəyir - “Ukrainskaya Pravda”
-
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
-
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
-
Azərbaycanda hansı avtomobiilər ucuzlaşıb? - AÇIQLAMA
-
Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı
-
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib - 1 milyon manatlıq
-
Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı
-
Azərbaycan Premyer Liqası: 511 qoldan 55-i penaltidən vurulub
-
16 mərtəbəli binada 17-ci mərtəbə - MTK-ya ittiham + VİDEO
-
Tələbələrin xarici ali təhsil müəssisələrindən yerdəyişməsi başlayır - Bu gündən
-
Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO
-
Azərbaycanda qadınların da pensiya yaşı 65 oldu - Bu gündən
-
Hörmüzdə heç bir rüsum olmayacaq - Vens
-
Fransa və Meksika növbəti mərhələyə çıxdı - VIDEO
-
“Bəzi özəl bağçalarda vaxtı keçmiş qidalar aşkarlanıb“ - VİDEO
-
Norveç Holandın qolu ilə tarixində ilk dəfə 1/8 finala çıxdı - VİDEO
-
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - Siyahıda başqa postlar da var
-
Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO
-
Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO
-
Sertifikasiya imtahanında bəzi suallar səhv olub - İDDİA
-
Broyler toyuqları hormon vurularaq yetişdirilir? - VİDEO
-
Varşavadan Kiyevə xəbərdarlıq: “Aİ üzvlüyünə gedən yol...”
-
Azərbaycanın tənhaları - Sayı açıqlandı
-
“Heyvanlar əlbəəl satışla deyil, birjalar vasitəsilə satılacaq“ - VİDEO
-
Ən çox kredit alan biznes sahələri - CƏDVƏL
-
Bu məhsulların ölkəyə girişinə - Qadağa qoyulur
-
Arayikgilin apellyasiya məhkəməsi davam etdirildi - FOTOLAR
-
30 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq məlumat yaydı
-
Daha 6 itkin-şəhid dəfn olunacaq - FOTOLAR
-
Nazirlər Kabinetindən qrant müsabiqələri ilə bağlı QƏRAR
-
İcra Hakimiyyəti şəhid anasının probleminə biganə yanaşır - ŞİKAYƏT
-
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək - Deputat açıqladı
-
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
-
Polis Bakıda “1xBet” əməliyyatı” keçirdi, 5 nəfər tutuldu - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Konqoda Eboladan ölənlərin sayı artır: Son statistika açıqlandı
-
Prezident DTX-yə yeni səlahiyyət verdi - FƏRMAN
-
Azərbaycanda peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı - QƏRAR
-
Bakıda kişi telefonuna baxan arvadını döydü - Cərimə edildi
-
FHN bu şirkətə 1,2 milyon manat ödəyəcək - Qanunsuz tikililəri sökməsi üçün
-
“Adına 60 min manat vergi borcu gəlir...“ - Siyavuş Novruzov
-
Onlayn qumar oynayanları ağır cəzalar gözləyir - Yeni qanun
-
Taxıl biçini davam edir - 1,6 milyon ton məhsul yığıldı
-
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək
-
Cəllək pivələrinin dövriyyəsinə nəzarət artırılır - Qiymətlər bahalaşacaq
-
Aparıcı Nigar Fərhadın şirkəti vətəndaşın pulunu mənimsəyib - FOTOLAR
-
2 milyard manata yaxın vəsait xərclənəcək - Sahil Babayev
-
Ceyhun Bayramov Yermek Koşerbayevlə telefonla danışdılar - Nələri müzakirə etdilər?
-
Şuşada TDT ölkələrinin dini rəhbərlərinin Birinci görüşü keçirilir - FOTOLAR
-
“Təhsil sistemində sistemli korrupsiya mövcud deyil“ - Emin Əmrullayev
-
Mülkiyyət hüququnun bərpası... Ali Məhkəmə qərar qəbul edib
-
Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı - Dəyişiklik
-
“Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? - Müştərilərdən ard-arda şikayətlər
-
Nə qədər müəllimin maaşına 35 faiz əlavə edilib? - Nazir rəqəmləri açıqladı
-
Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya
-
Deputatlar sosial mediada qadağalara “hə“ dedi - Kimlərə nə qədər cərimə gözləyir?
-
“ABŞ memoranduma sadiq qalsa, İran...“ - Pezeşkiandan açıqlama
-
“Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb” - Nazir
-
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
-
"Aşkarlanan 893 insan qalıqları tapılıb" - DTX rəisinin müavini
-
Tələbələrin yerdəyişməsinə başlanılır - TARİX AÇIQLANDI
-
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
-
Azərbaycan nefti bahalaşdı - “Qara qızıl“ın qiyməti 75 dolları keçdi
-
Şahbaz Şərif İran və Türkiyəyə səfər edəcək - Bu tarixdə
-
Yasamalda səkidə aparılan təmir niyə yekunlaşmır? - VİDEO
-
Almaniya və Niderlandın DÇ macərası başa çatdı - İcmallar
-
Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO
-
Bakıda müsiqi səsi yayılan daha bir restorandan ŞİKAYƏT - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Pulu birlikdə toplayır, elə ödəyirik...“ - Sabiq nazir yeyib-içmək məclisindən danışdı
-
Braziliya əlavə vaxtda Yaponiyanı yenib 1/8 finala çıxdı - VİDEO
-
“Hörmüz boğazından keçən gəmilərin sayı 80% azalıb” - “Bloomberg”
-
Asfalt qatı dağıldığından ərazidə tıxac yaranır - VİDEO
-
Özü və bacısının mənzilləri söküldü, yeni tikilən binadan ev verilmədi - VİDEO
-
Sükan arxasında mobil telefondan istifadə edənlərə xəbərdarlıq - VİDEO
-
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - Səbəb nədir?
-
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
-
Anomal istilər Azərbaycana yaxınlaşır - Xəbərdarlıq
-
“Kommunizm ölkəmiz üçün ən böyük təhlükədir” - Donald Tramp
-
Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - Ərazilər
-
Avropada təbii qaz təlaşı: Son 15 ilin ən aşağı göstəricisi
-
“Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür“ - Rəsmi Moskva
-
Bu şirkət Elm və Təhsil Nazirliyinin 42,6 milyonluq tenderini udub - Son 4 ildə
-
Sabahdan bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi
-
Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - Vacib detallar açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Səadət Sarayında nikah neçəyə başa gəlir? - Dəbdəbə sevənlər nəzərə alsın
-
Azərbaycanda hansı dərmanların reklamı qadağandır? - Rəsmi açıqlama
-
Rövşən Nəcəfin qohumu olduğunu deyib - SOCAR-a aid torpağı satmaq istədi
-
Si Lukaşenkonu Putinin “əlindən alır” - Belarus Prezidenti iki Vladimirin ortasında qalıb
-
Avtobus sürücüsü, dülgər... - Komandasını DÇ-də pley-off-a daşıdı
-
Bakıda restoranda bloqerlər saçyolduya çıxdı - VİDEO
-
Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ - Nazirdən qərar
-
Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi - Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi
-
Bakının bir qəsəbəsində söküntü başladı: Kompensasiya veriləcək
-
Milyarderlər ən çox hansı şəhərlərdə yaşayırlar - Siyahı
-
“Arzumuz “Türk əsri“ni inşa etməkdir“ - Ərdoğan
-
Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
-
Yağış, dolu, 33 dərəcə isti… - SABAHIN HAVASI
-
Trampın oğulları nadir elementlərin hasilatı layihəsində pay alıblar - Qazaxıstanda
-
Sükan arxasında telefondan istifadəyə görə 11 min sürücü cərimələnib - DYP
-
Bağ evində əyləncələr qonşuların əsəblərini tarıma çəkdi - VİDEO
-
Azərbaycanda 65 yaşdan yuxarı nə qədər kişi var? - Rayonlar üzrə siyahı
-
Hansı hallarda bəraət hökmü çıxarılır? - RƏSMİ AÇIQLAMA
-
Buğdanın dövlət tədarük qiyməti haqda qərar verildi - Bir kq-ı neçəyə alınacaq?
-
Mərkəzi Bank məsafədən kreditləşmə qaydalarını dəyişdi - Deputat detalları açıqladı
-
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında - FOTOLAR
TOP 10
ARXİV






