![]() |
|














Xaçmazda iş adamının səs-küylü qətlini araşdıran prokuror həbs edildi - TƏFƏRRÜAT
Tarix 21.09.21, 13:28 |
|

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin sabiq müstəntiqi dələduzluqda təqsirləndirilərək hakim qarşısına çıxarılıb və məhkəmə zalında həbs edilib.
AzFakt.com musavat.com-a istinadən xəbər verir ki, sabiq müstəntiq 1985-ci il təvəllüdlü Orxan Hacıyev Cinayət Məcəlləsinin 178.2.3 maddəsilə təqsirli bilinib.
Nəsimi rayon Məhkəməsində baş tutan sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən Orxan Hacıyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığına olan Orxan Hacıyev məhkəmə zalında qandallanıb.
İttihama görə, Orxan Hacıyev Xaçmazda baş verən qətlin istintaqı zamanı pul alıb.
Bildirilir ki, o, yaşadığı evdə qətlə yetirilmiş İlqar Məmmədovun ölümüylə bağlı cinayətin üstünün açılması, şübhəli şəxsin İnterpol xəttiylə axtarışa verilməsindən ötrü mərhumun oğlu və xanımından 5000 manat pul alıb.
Qeyd edək ki, Orxan Hacıyev həmin qətllə bağlı araşdırma aparan istintaq qrupunun rəhbəri olub. O, istintaq qrupunun üzvlərilə birlikdə Xaçmaza ezam olunub. Mərhumun oğlu Vüqar Məmmədov iddia edir ki, rayon prokurorluğunda istintaq qrupunun üzvü İlqar Babayev ondan pul istəyib, deyib ki, istintaqçıların rayonda qalması, kirayə və s. məsələlərə xərcləri çıxır, onu ödəmək lazımdır. Məmmədovun sözlərinə görə, o gətirib prokurorluğun binasında istintaq qrupunun rəhbərinə 2000 manat pul, bir blok da siqaret verib.
Elə həmin ərəfədə təqsirləndirilən şəxslərdən Qalib Kərimov həbs edilib. Bir müddət sonra hadisədə şübhəli bilinən Vüsal Rüstəmovun ölkədə olmadığı müəyyənləşib. Zərərçəkmişin sözlərinə görə, onun İnterpol xəttiylə axtarışa verilməsi üçün Hacıyevin özü ondan pul istəyib. Bu dəfə də anası Arzu Orucova aparıb 3000 manatı istintaq qrupunun rəhbərinə verib.
Daha sonra istintaqın gedişindən, özəlliklə atası öldürüləndə evdən götürülən pulun 1.5 milyon yox, 80 min göstərilməsindən narazı qalan zərərçəkmiş müstəntiq Hacıyevdən şikayət etməyə başlayıb. O, Baş Prokurorluğun İstintaq İdarəsinin kliminalistika şöbəsinin rəhbəri Pərviz İbayevin (hazırda Nizami rayonunun prokurorudur-red.) qəbulunda olub, Hacıyevin ondan 5000 manat aldığını deyib, pulu geri istəyib: "Pərviz İbayev dedi ki, şikayət etməyə əsas yoxdur, pul qaytarılacaq. Bir neçə gün sonra Orxan Hacıyev "İnşaatçılar” metrosunun yaxınlığında 3000 manatı qaytardı. O, görüşdə qalan 2000 manatı bağışlamağımı istədi. Sonra bir daha Pərviz İbayevin qəbulunda oldum. O, Orxan Hacıyevə zəng elədi. Qalan 2000 manatı da dərhal qaytardı”.
Məhkəmədə ifadə verən Hacıyev isə qarşı tərəfin ona böhtan atdığını söyləyib. Onun sözlərinə görə, Xaçmazda olanda kredit ödənişinin vaxtı olub. Ödənişin gecikməməsi üçün mərhumun oğlundan cəmi 300 manat borc alıb. Sonradan 200 və 100 manat olmaqla, iki dəfəyə borcu qaytarıb: "Xaçmazda olanda "Bolkart” kreditinin vaxtı çatmışdı, maaş kartım ezamiyyətə gedəndə evdə qalmışdı. Vüqar kabinetimdə olanda SMS gəldi ki, 315 manat borc yaranıb, mən də qeyri-iradi deyindim. Soruşdu ki, nə məsələdi, əvvəl demədim, sonra dedim. Vüqar dedi ki, işin üstünün açılması üçün nə qədər əziyyət çəkmsən, rayona qonaq gəlmisən, o pulu tapacaq”.
Keçmiş müstəntiqin sözlərinə görə, razılaşmasa da, ertəsi gün Məmmədov bir blok siqaret və 300 manat pulla gəlib. O, siqaretin pulunu verib, 300 manatı isə borc şərtilə götürüb.
Hacıyev vurğulayıb ki, qarşı tərəf cinayət vaxtı evlərindən 1.5 milyon manat oğurlanmasıyla bağlı təqsirləndirilən şəxslərə ittiham verilməsini istəyirdi. O isə işin hallarına uyğun məbləği yazmışdı. Buna görə aralarında narazılıq yaranıb: "İkinci təqsirləndirilən şəxsi Qazaxıstandan ekstradisiya etdirmişdim. Ona da ilkin istintaqda 80 min dollarla ittiham elan olunmuşdu. Bunu biləndə Vüqar məndən şikayətlər etməyə başladı. Vüsalın Rusiyada yaşayan atası Arifi də məsuliyyətə cəlb etməyimi istəyirdi, deyirdi ki, Arif pulu ödəyəcək, bölərik. Mən razılaşmadım”.
Məmmədov prokurorluğa diskdə Hacıyevlə aralarındakı söhbətin gizli səs yazısını da təqdim edib. Keçmiş müstəntiq deyir ki, həmin yazı birinci dəfə "İnşaatçılar” metrostansiyasının yaxınlığında 200 manatı ona qaytaranda yazılıb.
Hacıyev onun işini aparan istintaqdan da narazı qalıb. O, məhkəmədə ifadəsində bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq obyektiv aparılmayıb. Ona görə də müstəntiqə ifadə verməkdən imtina edib: "İşdən əsassız xaric olundum, cinayət işi başlandı. Müstəntiq Rəfael Süleymanova 300 manatı borc aldığımı demişdim. O bildirmişdi ki, bunu ifadəmdə yazsam, rüşvət kimi qiymətləndirilə bilər, daha ağır ittiham verilər. Mən 9 il prokurorluqda işləmişəm, dələduzluqla borcun fərqini yaxşı bilirəm. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq tam qanunsuz aparılıb”.
Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyev sabiq müstəntiqin dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib. İstintaq və məhkəmə dövründə azadlıqda olan Hacıyev hökm elan ediləndə məhkəmə zalında həbs olunub.
Bildirək ki, Xaçmazdakı qətlə görə Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimov həbs edilib.
Məhkəmənin hökmü ilə Qalib Kərimov və Vüsal Rüstəmov 20 il, Firudin Axverdiyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyib öldürüblər və evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.
Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdansatış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər. Qalib Kərimov özünü qismən təqsirli bilib, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özlərini təqsirli bilməyiblər.
Hadisə ötən il iyunun 16-da Xaçmazda baş verib. Ərzaq mallarının topdan satışıyla məşğul olan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovun qarət məqsədilə qətlə yetirildiyi məlum olub.
İşlə bağlı şübhəli bilinən Xaçmaz rayon sakinləri Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib. Dəstənin digər üzvü V.Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib. O, Qazaxıstanda tutularaq Azərbaycana təhvil verilib.
Xəbərin oxunma sayı : 1066
Hadisə
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV