![]() |
|














Xalqın yas saxladığı gün qanunsuz aksiya keçirmək şəhidlərin ruhuna hörmətsizlikdir - Vüqar Rəhimzadə
Tarix 04.12.21, 16:06 |
|

“Azərbaycanın inkişafını, hakimiyyətin apardığı uğurlu siyasəti, mövcud sabitliyi, ən əsası tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini həzm edə bilməyən bəzi xarici dairələr ənənələrinə uyğun olaraq yenə də çirkin niyyətlərini həyata keçirmək üçün daxili bədxahlarımızdan vasitə kimi istifadə edirlər. “Sapı özümüzdən olan baltalar”ın xarici havadarlarının sifarişi ilə keçirdikləri aksiyalar da bu tərkibdəndir. Dekabrın 1-də, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzası nəticəsində həlak olmuş 14 nəfər hərbi qulluqçu ilə vida mərasiminin keçirildiyi gün özlərini ictimai fəal adlandıran, əslində radikallığı və ölkənin maraqlarının əleyhinə fəaliyyəti özünə peşə seçən AXCP sədri Əli Kərimlinin bir qrup tərəfdarı şəhərin mərkəzində, insanların sıx olduğu məkanda qanunsuz aksiya keçirməyə cəhd göstərdilər. Xalqın yas saxladığı, həlak olan 14 hərbçi ilə vidalaşdığı vaxtda qanunsuz aksiya keçirməyə cəhd etmək ilk növbədə şəhidlərin ruhuna hörmətsizlikdir. Belə bir gündə şəhidlərimizin xatirəsini əziz tutmaq, onların doğmalarına dəstək olmaq əvəzinə küçələrə çıxıb, qanunsuz aksiya keçirmək, qarışıqlıq yaratmağa cəhd etmək insanlıqdan uzaqdır. Azərbaycan xalqı hər zaman öz milli-mənəvi dəyərləri ilə tanınan, bu dəyərləri uca tutan xalqdır. Şəhidlərimizlə vida mərasiminin keçirildiyi gün “düşmən dəyirmanına su tökən” dağıdıcı ünsürlərin xaricdən gələn sifariş əsasında, üstəlik pandemiya qaydalarını da pozaraq aksiya keçirməyə cəhd etmələri xalqımızda onlara olan nifrət hissini birə on qat artırır.”
Bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın son günlərdə qazandığı diplomatik qələbələr göz önündədir: “Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Soçi görüşü, İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən XV Zirvə Toplantısı, bunların ardınca dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammiti ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun yüksəlməsinin, postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın diktə edən tərəf kimi çıxış etməsinin aydın mənzərəsini yaradır. Soçi görüşü Azərbaycanın diplomatik uğuru, bir sözlə, 10 noyabrda imzalanan Bəyanatın davamı kimi dəyərləndirildi. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının keçirildiyi məkan Türkmənistan olsa da, istər tədbirin gedişində səsləndirilən fikirlərdə, istərsə də tədbir çərçivəsində keçirilən görüşlərdə, imzalanan sənədlərdə əsas diqqətin Azərbaycana yönəlməsi ölkəmizin uğuru kimi qəbul olunmalıdır. Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsindən çıxan, həmçinin hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini uğurla həyata keçirən bir ölkə olaraq yenə də uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanı heyrətləndirir. Bu, dövlətimizin dünyaya nümunə olan inkişaf modelinin, uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir.”
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, bu ilin iyulunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ölkəmizdə səfərdə olarkən keçirilən görüşlərdə, birgə mətbuat konfransında qurumun Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində, sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu, bunun üçün lazımi dəstəyi göstərməyə hazır olduqlarını ifadə etmişdir: “Dekabrın 15-də reallaşacaq Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin baş tutacaq görüşü bunun təsdiqi olacaq. Bir mühüm məqam da diqqətdən yayınmır ki, bu günlərdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan Prezidenti ilə görüşündə əsas müzakirə etdiyi məsələ Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi oldu. Beləliklə, Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi Azərbaycanda müzakirə olundu. Bütün bu uğurlarımız kimliyindən, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırmalıdır. Təəssüflər olsun ki radikallığı, Azərbaycanın hər bir uğuruna qara eynəkdən baxmağı özlərinə bir fəaliyyət istiqaməti seçən daxili bədxahlarımız xarici himayədarlarının dəstəyi ilə əldə olunan bu uğurlara kölgə salmaq, beynəlxalq rəydə çaşqınlıq yaratmaq üçün aldıqları sifarişə uyğun olaraq yenə də küçələrə üz tuturlar”.
“Zaman dəyişir, insanların düşüncələri dəyişir. Dəyişməyən isə hələ də müstəqilliyimizin bərpasının ilk illərinin nostalji hissləri ilə yaşayan ünsürlərdir” söyləyən Vüqar Rəhimzadə bildirib ki, artıq unutmayaq ki, bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edən, 44 günlük İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyini dünyaya nümayiş etdirən qalib xalq, qalib dövlətdir. Xalqımız nə qədər yenilməz, məğrur xalq olduğunu bir daha təsdiqlədi. Ölkəmizdə xalq-iqtidar birliyinin sarsılmazlığı inkaredilməzdir. Bu gün xalqımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bərpa və quruculuq işlərinin də tezliklə yekunlaşmasına, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsinə səy göstərir.
YAP Xətai rayon təşkilatının sədri keçirilən aksiyanın icazəsiz olduğunu, eyni zamanda, şəhərin mərkəzi yerində - Fəvvarələr meydanında keçirildiyini vurğulamaqla geniş şərhə ehtiyac olmadığını bildirib: “Koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərində yumşalmalar olsa da, xəstələrin sayında artım bu gün də həyəcan təbilini çalmaqda, çağırışlarını etməkdədir. Sosial məsafənin gözlənilməsi, karantin qaydalarına riayət olunması günümüzün əsas tələbidir. Belə bir zamanda keçirilməsinə heç bir zərurət olmayan bir aksiyaya bu qədər cəhd edilməsi təxribatdan başqa bir şey deyil. Aksiya iştirakçılarının “siyasi məhbus” kimi təqdim etdikləri şəxslərə gəldikdə isə onların törətdikləri əmələ görə məsuliyyətə cəlb olunduqları hər kəsə aydındır. Tələbləri guya həbsdə olan AXCP üzvü Saleh Rüstəmovun azad edilməsi olsa da, əvvəldə də vurğuladığımız kimi, hədəf və məqsəd başqadır. Əgər bu ünsürləri həqiqətən aksiyanın keçirilməsi maraqlandırırsa, o zaman aksiyanın keçirilmə yeri maraq kəsb etməməlidir. Aksiya üçün şəhərin mərkəzinin seçilməsi də təsdiqləyir ki, məqsəd qarışıqlıq yaratmaqdır. Onları nə xalqın yas saxlamağı, nə 14 hərbçimizin faciəli şəkildə həlak olması, nə də həmin ailələrin kədəri maraqlandırır. Xalqın mənəvi dəyərlərinə bu qədər hörmətsizlik edənlər özlərini necə bu xalqın üzvü hesab edə bilərlər?! Məqsədli şəkildə qarşıdurma yaradaraq kənardan çəkdikləri fotolar, sonradan onları yayaraq yazdıqları şərhlər də onların əsl məqsədini ortaya qoyur.
İctimai asayişin, təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan polislərimiz hər zaman öz vəzifə borclarını yerinə yetirirlər. Dünya praktikasında aksiyaların keçirilməsi üçün icazənin olması əsas şərtdir. Əks təqdirdə onun qarşısı qanun çərçivəsində alınır ki, Azərbaycan polisi də bu missiyasını şərəflə yerinə yetirir. Azərbaycan demokratik, hüquqi dövlətdir. Cəmiyyət qanunlarla idarə olunur. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır.”
Xəbərin oxunma sayı : 805
Sosial
Xəbərlər
-
Azərbaycanda yeni peyvəndin tətbiqi müzakirə edilir - VİDEO
-
Binalarda fərdi istilik sistemlərinin quraşdırılmasına imkan verilməyəcək - VİDEO
-
“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır - Kim haqlıdır?
-
Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə başlanır - VİDEO
-
“Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək“ - Mayk Uolts
-
Bu rayonun 21 kəndində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
TOP 10
ARXİV