Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Xarici diplomlar hansı hallarda tanınmır? - Açıqlama

Tarix 26.01.22, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Xarici diplomların ölkəmizdə tanınmamasının müxtəlif səbəbləri var.

Bu barədə Trend-in suallarını cavablandıran Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, diplomların tanınmasından imtinaya ilk səbəblərdən biri şəxsin tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmamasıdır.

“Pasportda giriş-çıxış möhürləri təsdiq edir ki, o, bu ölkədə hansı müddət ərzində olub və tədris yükünü mənimsəmək üçün həmin müddət kifayət edir, yoxsa yox”, - İ.Orucov deyib.

O qeyd edib ki, başqa bir səbəb isə tədris dili üzrə bilik səviyyəsinin aşağı olmasıdır.

“Məsələn, şəxs Gürcüstanda gürcü dilində təhsil alıb, lakin bu dildə elementar biliklərə sahib deyil.

Əlbəttə müraciət edənlərin böyük bir qisminin diplomları təsdiq olunur. Diplomları tanınmayan şəxslərin böyük əksəriyyəti Ukrayna və Gürcüstanda təhsil alanlardır. Biz mütəmadi olaraq valideynlərə də müraciət edirik ki, xaricdə təhsil adı ilə insanları aldadan, etibarından sui-istifadə edənlərə inanmasınlar”, - deyə İ.Orucov bildirib.

Xatırladaq ki, ötən il 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.



Xəbərin oxunma sayı : 556




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap