“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xəzər dənizini də Aral və Urmiya gölünün aqibəti gözləyir? - AÇIQLAMA

Tarix 27.07.21, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


Aral və Urmiya gölü sürətlə quruyur. Bu aqibətin Xəzər dənizini də gözləyəcəyi ilə bağlı müxtəlif fərziyyələr var.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bu məsələnin illərdir müzakirə edildiyini, lakin qorxulu bir dəyişiklik baş vermədiyini bildirib.

Onun sözlərinə görə, Xəzər ən müəmmalı hövzələrdən biridir, lakin quruma məsələsi bu gün üçün prioritet deyil:

"Rusiya düzənliyinə düşən yağıntının miqdarı normaldır. Xəzər dənizinin 80 faiz suyunu Volqa çayının təmin etdiyini nəzərə alsaq, Xəzər üçün təhlükə olmadığını görə bilərik. Ümumiyyətlə, Xəzər dənizində suyun dövranı, hidroloji vəziyyəti, suyun tərkibi və s. 150 ilə yaxındır araşdırılır.

Müəyyən vaxt suyun səviyyəsi aşağı düşüb, bəzi vaxtlar da artaraq sahilləri yuyub. Bir neçə il bundan öncə quraqlıq olanda, Xəzəri Ural çayı vasitəsilə Şimal dənizinə birləşdirmək barədə fikirlər səsləndirilmişdi, lakin sonradan bunun effektiv nəticə verməyəcəyi qənaətinə gəlindi. Mənə elə gəlir ki, Xəzər dənizi ilə bağlı belə qorxulu proqnozlar vermək o qədər də doğru deyil. Çünki burada suyun səviyyəsinin enib qalxmağının kifayət qədər tarixi var. Proses min illərdir gedir və bu vaxta qədər qorxulu bir hadisə baş verməyib”.



Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap