Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Xocalıda yeni içməli su mənbəyi yaradılır - VİDEO

Tarix 20.02.24, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Xocalı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni su mənbəyi yaradılır.

Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından bildirilib.

Belə ki, Böyük Qayıdış Proqramının icrası nəticəsində şəhərdə məskunlaşmanın və içməli suya tələbatın artacağı nəzərə alınaraq iki yeni subartezian quyusunun qazılmasına qərar verilib. Artıq quyulardan biri istismara hazır vəziyyətə gətirilib, digər quyunun isə qazıntısı işləri davam etdirilir. Yeni subartezian quyuları gələcəkdə Xocalı şəhərini 24 saat fasiləsiz içməli su ilə təmin etməyə imkan verəcək. Xocalı şəhərinin içməli su təchizatı məqsədilə mənbədən götürülən su həcmi 500 kubmetr olan anbara ötürüləcək və buradan şəhərə paylanacaq.
Xocalı şəhərində mövcud içməli və tullantı su şəbəkələrinin genişləndirilməsi işləri də həyata keçirilir. Yeni inşa edilən fərdi yaşayış evlərinin şəbəkələrə qoşulmasını təmin etmək məqsədilə içməli və tullantı su xətləri çəkilir. Qeyd edək ki, Xocalı şəhərinin bir hissəsində mərkəzləşdirilmiş paylayıcı su şəbəkəsi mövcuddur. Kanalizasiya şəbəkəsi isə şəhərin kiçik bir hissəsini əhatə etməklə istismara yararsız vəziyyətdədir. Hazırda şəhərə, eləcə də rayonun bir neçə kənd və qəsəbəsinə Xocalı Sukanal İdarəsi tərəfindən xidmət göstərilir.





Xəbərin oxunma sayı : 532




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap