![]() |
|














Yataqxana problemi ilə bağlı yeni layihə: Qiymətlər daha da artacaq?
Tarix 01.12.24, 18:15 |
|

Ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi planlaşdırılır. Bununla bağlı xüsusi layihə hazırlanıb. Layihənin icrası tələbələrin əsas problemlərindən birinin həllinə kömək edə bilər.
Tələbələri hər zaman düşündürən məqamlardan biri də yataqxana məsələsidir. Bu problem tələbələrin həyatındakı çətinliklərlə yanaşı, kirayə mənzil bazarına da təsir göstərir. Yataqxanasızlıq şəraitində mənzillərə tələbat çox olduğu üçün qiymətlər də cib yandırır. Tələbələr hər il yay aylarından ev axtarışına çıxır, uyğun mənzil tapmaq isə şans məsələsidir.
Bu günlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov yataqxana problemi ilə bağlı ümidverici açıqlama verib. O bildirib ki, ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün "Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması” sənədinin hazırlanmasına başlanılıb. Fond rəhbəri düşünür ki, işin həcmi çox böyükdür və dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də, bu sahəyə özəl sərmayə cəlb edilməlidir. Ümumi bir sənəd hazırlanacaq, investorlar istəklərinə uyğun olaraq, seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra biləcəklər. Bəs bu layihə yataqxana problemini həll edəcəkmi?
Təhsil eksperti Elmin Nuri deyir ki, hazırda universitet yataqxanaları yataqxanaya ehtiyacı olan tələbələrin yalnız üç faizinin tələbatını ödəyə bilir:
"Bu layihəyə çoxdan başlanılmalı idi. Çünki ali təhsil seqmenti ilə bağlı ən ciddi problemlərdən biri yataqxanalardır. Bu gün ölkədə yataqxana imkanları olan çox az universitet var. Onlar arasında da sorğu keçirərkən məlum olmuşdu ki, bu yataqxanalar tələbə kontingentinin maksimum üç faizinin ehtiyacını ödəyə bilir. Bu, dəhşətli rəqəmdir. Bir yataqxanada nə qədər tələbə yerləşə bilər? Maksimum 1000, bəs bundan sonra? Bu gün hansı universitetimizdə yalnız 1000 tələbənin yataqxanaya ehtiyacı var? İkinci məsələyə gəldikdə, Azərbaycana gələn əcnəbi tələbələrin qarşısını alan əsas faktorlardan biri də yataqxana, kampus şəraitidir. Əcnəbi araşdırır, universitetlərdən birini seçərək baxır ki, tarixi, reytinq cədvəli yaxşıdır, amma yataqxana imkanları yoxdur. Kəmiyyətə görə bölgədəki yataqxanalar paytaxtdakı universitet yataqxanalarından daha yaxşıdır. Onlar müəyyən qədər bunun öhdəsindən gəlməyə çalışır. Çünki bölgə universitetləri yataqxanaya məcburiyyət kimi baxır, paytaxtda da yanaşma belə olmalıdır”.
Həmsöhbətimiz vurğulayır ki, bu problemin həllində özəl sektorun dəstəyi çox vacibdir:
"Amma bu, intensiv şəkildə həyata keçirilməlidir. Məsələn, bir yataqxana tikildi, onun təbliğatı aparıldıqdan sonra layihə passiv duruma keçməməlidir. Bizim kiçik tələbə tutumu olan özəl universitetlərimiz də daxil olmaqla, bütün universitetlərin yataqxanalara ehtiyacı var. Yataqxana əsl tələbə mühitini formalaşdıran, ona başqa bir ovqat qatan məkandır. Xaricdə evində qalmaq imkanı olan tələbələr belə, yataqxanaları seçirlər. Çünki yataqxana dediyimiz hər hansı mehmanxana deyil. Universitetin tələblərinə cavab verən əlavə şəraiti olur. Ona görə də bu layihə olduqca vacibdir”.
Ödəniş məsələsinə gəldikdə isə, E.Nuri deyir ki, əksər ölkələrdə yataqxanalarla bağlı ödənişlər tələbələrin göstərdiyi nəticələrə əsasən hesablanır:
"Ödənişlə bağlı birmənalı fikir mümkün deyil. Xaricdə belə bir təcrübə var ki, əgər tələbə yüksək təqaüd alırsa, o, yataqxana daxil, müxtəlif xərclərdən azad olunur. Bizdə də bu üsuldan istifadə oluna bilər. Özəl sektor bahalı yataqxana tikib baha qiymətə versə, təbii ki, bunun tələbəyə yararı olmayacaq. Çünki imkanı olan tələbə kirayə ev tutub qalır. Burada güzəştlər olmalıdır”.
Yataqxana çatışmazlığının yaratdığı əsas problemlərdən biri də kirayə mənzillərdir. Mənzillərə tələbat çox olduğu üçün qiymətlər bahadır. Bəs bu sənədin qəbulu kirayə mənzil bazarında qiymətlərə təsir edə bilərmi?
Əmlak eksperti Elnur Azadov deyir ki, ölkədə olan yataqxanaların əksəriyyəti 1970-ci ilə qədər inşa olunanlardır və istismar müddəti bitib. Onların bərpa edilməsi, yoxsa sökülüb yenidən tikilməsi ideyasını ciddi şəkildə dəyərləndirmək lazımdır:
"Azmərtəbəli yataqxanaları tamamilə söküb, yerində çoxmərtəbəli yataqxanalar inşa etmək lazımdır. Ona görə ki, bu yataqxanalar hamısı sovet dövründə inşa olunub. O vaxt universitetlərdə yaxud təhsil ocaqlarında olan tələblərin sayı indiki qədər deyildi. Buna görə də yataqxanaların sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artırılmalıdır”.
Əmlak eksperti vurğulayır ki, xarici investorların, özəl şirkətlərin cəlb olunması yataqxanada qiymətlərin artması ilə nəticələnə bilər:
"Xarici təcrübədə belə bir forma var: investisiya şirkətləri yataqxanalar tikir və onları kirayə verərək qoyduqları sərmayəni çıxarırlar. Bizim ölkədə yataqxanalara kiçik xidməthaqqı ödənilir. Bərpa olunandan sonra isə daha artıq ödəniş etmək məcburiyyətində qalacaqlar. Hazırda yataqxanalardan istifadə edən aztəminatlı ailələrin uşaqlarıdır. Qiymətlər baha olsa, bu, yataqxanalardan hazırda istifadə edən kateqoriyaya mənfi təsir edəcək. Ona görə də, bərpa olunub, yaxud yenidən tikiləndən sonra qiymət məsələsi nəzərə alınmalıdır”.
Yataqxanaların yenidən bərpasının kirayə mənzil bazarına təsirinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, mövcud yataqxanalara investisiya yatırılıb bərpa olunsa, daşınmaz əmlak bazarına heç bir təsiri olmayacaq: "Bu, kirayə mənzil bazarına 5-10 faiz təsir edə bilər”.
Qeyd edək ki, "bp” şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında "Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırması" sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 532
Sosial
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
“Qumar kralı”nın adamları azadlığa çıxdı -8 illik hökm ləğv edildi
-
Azərbaycanda yeni peyvəndin tətbiqi müzakirə edilir - VİDEO
-
Binalarda fərdi istilik sistemlərinin quraşdırılmasına imkan verilməyəcək - VİDEO
-
“Melissa park” tikinti şirkəti ilə sakinlər arasında münaqişə yaşanır - Kim haqlıdır?
-
Ağdamda beşinci yaşayış kompleksinin tikintisinə başlanır - VİDEO
-
“Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək“ - Mayk Uolts
-
Bu rayonun 21 kəndində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
TOP 10
ARXİV