Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yeltsinin Ukraynaya qarşı müharibə ilə bağlı proqnozları ortaya çıxdı: “Sabitliyi pozan əsas faktordur”

Tarix 02.02.23, 10:21

Font ölçüsü : - / +
bitmap-img6


“1992-ci ildə Rusiya prezidenti Boris Yeltsin ABŞ prezidenti Böyük Corc Buşla söhbəti zamanı Ukraynanı “sabitliyi pozan əsas faktor” adlandırmışdı”.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Arxivinin məxfilikdən çıxarılmış qeydlərində bildirilib.

Qeydlərdə Rusiya-Ukrayna münasibətləri ilə bağlı mövzular demək olar ki, bütün danışıqlarda gündəmə gəlir.

İddia olunur ki, Yeltsin mübahisələri “sülh yolu ilə” həll etməyə çalışsa da, dərhal “parlamentdəki millətçi qruplar”dan gələn təhdidlərlə bağlı nağıllar uydururdu. Yeltsin Ukraynanın ilk prezidenti, kommunist Leonid Kravçuku dəstəkləyirdi və onun guya Ali Radada ukraynayönlü qüvvələrlə “qarşılaşdığı” “daxili təzyiqi başa düşürdü”.

Söhbətlərin birində Yeltsin deyib ki, Ukrayna “bizim üçün sabitliyi pozan əsas faktordur”. Lakin Buşu əmin edib ki, “Rusiya-Ukrayna münasibətlərində Yuqoslaviya davası olmayacaq”.

Qeyd olunur ki, həmin dövrdə Ukrayna, Qazaxıstan və Belarus bütün nüvə silahlarını Rusiyaya təhvil verməklə bağlı razılıqlarını bildiriblər.

Mənbə: UNİAN



Xəbərin oxunma sayı : 355




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap