Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Yeni Türkiyə lideri yetişir - Bakı nəzərə almalıdır

Tarix 01.04.24, 21:45

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyəyə “diktatura”, Ərdoğana “diktator” deyənlər bir az utansınlar, dürüst seçki keçirən, uduzduğunu qəbul edən, səsə, seçiciyə önəm verən yerdə diktatura ola bilməz.

AzFakt.com xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı açıqlamasında qeyd edib.

O bildirib ki, qardaş Türkiyəni ordu quruculuğunda örnək alırıqsa, təhlükəsizlik konsepsiyasında, xarici siyasətdə birgə addımlayırıqsa, idarəetmə sistemlərimizi də uyğunlaşdırmalıyıq – yerli önünüidarə sisteminə keçməli, mer institutunu təsis edib birbaşa seçkilər keçirməli, paralel olaraq da 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirərək valilik (Prezidentin şəxsi nümayəndəsi) institutu yaratmalıyıq:

“Türkiyə dünən demokratik ölkə yolunda addımladığını göstərdi, bu seçkidən sonra Türkiyənin Qərblə yaxınlaşması sürətlənəcək, iqtisadiyyatda yaranmış problemlərin tədricən həll edilməsinə şahidlik edəcəyik. Bu seçki həm də 2028-ci ildə Türkiyənin növbəti prezident seçkilərində ən güclü namizədin adını da açıqladı – İmamoğlu. Əkrəm bəy Ərdoğanın siyasi karyerasını eyni ilə təkrarlayacaq – o da İstanbulda mer olduqdan sonra siyasətin 1 nömrəsi oldu, son 22 ildə ölkəni idarə etməyi bacardı. Azərbaycan da bunu anlamalı, dövlətlərarası münasibətlərdə İmamoğlu faktorunu indidən hesaba qatmalıdır.

Türkiyədə dünənki seçki həm də Kılıçdaroğlunun ciddi məğlubiyyəti, köhnə CHP zihniyyətinin bitməyə doğru getməsi ilə yadda qaldı. CHP getdikcə daha çox siyasi olaraq “mərkəzə” yaxınlaşacaq, “soldan” addım-addım uzaqlaşıb “mərkəz” olacaq”.

Qeyd edək ki, ötən gün baş tutan yerli idarəetmə orqanlarına seçkilərdə hakim AKP əhəmiyyətli dərəcədə səs itirib və müxalif CHP-yə uduzub.



Xəbərin oxunma sayı : 979




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap