Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Zəngəzurda ucalan bayraqlarımız yenidən gündəmdə: “Oradan keçməyə çəkinirlər”

Tarix 01.05.21, 23:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzurla bağlı fikirləri Ermənistan hakimiyyətində o qədər narahatlıq yaradıb ki, tarixi torpaqlarımıza səfərlər bir-birini əvəz edir. Xatırladaq ki, Prezident Zəngəzura qayıdacağımızı demişdi. Düşmən ölkə bunu Azərbaycanın hücuma hazırlığı kimi qəbul edib. Halbuki söhbət ilk növbədə oradan didərgin salınmış azərbaycanlıların öz tarixi vətənlərinə dönməsindən gedir.

Baş nazir Nikol Paşinyan hələ bir neçə gün əvvəl Azərbaycanın qədim mahalına üz tutmuşdu. Düzdür, hökumət rəhbəri hər yeri gəzə bilməmişdi. Ona qarşı böyük etirazlar olduğundan, Qafan səfərindən imtina etmişdi. Amma məlumdur ki, məhz Əliyevin fikirləri Paşinyanın yuxusuna haram qatıb.

Ermənistanın ombudsmanı Arman Tatoyan Zəngəzura gedib. O, jurnalistlər qarşısındakı çıxışında özlərinin Sünik vilayəti adlandırdığı ərazini təhlükəsiz zonaya çevirməyin vacibliyindən danışıb.

Ermənistanın ombudsmanını daha çox Zəngəzurda qarşısına çıxan Azərbaycan bayraqları qıcıqlandırıb. Tatoyan vacib yol xətlərinin kənarında müşahidə etdiyi bayraqlara görə qəzəbini gizlədə bilməyib.

"Azərbaycanlı hərbçilər, silahlı adamlar arxaya çəkilməlidir. Azərbaycan bayraqları və nişanları yığışdırılmalıdır. İnsanlar azərbaycanlı hərbçilərin olduğu ərazilərdən keçməyə çəkinir”.

Tatoyan Zəngəzurda yaşayan sakinlərin haqlarının pozulmasından uzun-uzadı danışıb. O, sərhədlərin yenidən müəyyənləşdirilməsinə görə örüş yerlərinin azalmasından da narahatlıq ifadə edib.

"Azərbaycan özünü Osmanlı İmperiyası kimi aparır – tarixin izlərini silirlər”, - Tatoyan belə deyib. Ombudsman beynəlxalq təşkilatlara müraciətdən danışıb.

Tatoyan Zəngəzura Ermənistan prezidenti Armen Sarkisyanla birlikdə gedib. Onlar əsas məqsədin son vəziyyətlə tanışlıq olduğunu bildirib.

Qarabağ qələbəmizdən sonra Zəngəzurda sərhədlərin delimitasiyası həyata keçirilməyə başlanılıb. Bunu Ermənistan cəmiyyəti çox ağrılı qarşılayıb. Xüsusilə həmin ərazilərdə yaşayanlar ötən əsrin 90-cı illərində zəbt edilmiş torpaqları qaytarmaq məcburiyyətinə görə qəzəblidirlər.

Bir neçə gün əvvəl Ərəvus kəndində qalmaqal yaşanmışdı. Ermənistan tərəfi bizim hərbçilərin yerli çobanın gözünün altını qaraltdığını iddia edirdilər. Onlar bildirirdi ki, bizimkilər çobana bir az uzaqda qoyun otarmağı tapşırıblar. Ərəvusun kənd icmasının rəhbərliyi çarəsiz vəziyyətdə qaldıqlarını söyləmişdi. Ermənistan hakimiyyəti növbəti dəfə tənqid olunmuşdu./Bizimyol.info



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap