Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 12 Mart 2023

    Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO

  • / Maqazin / — 04 Mart 2023

    Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO

  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

Ziraat Bank Azərbaycandan Qarabağımıza qarşı hörmətsizlik - FOTO

Tarix 17.03.23, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və Türkiyə dövlətləri bir-birinə yaxınlaşdıqca, Türkiyədəki müəyyən qüvvələr aramıza girməyə çalışır. Hətta iki dövlət bir millət şüarı da onları möhkəm narahat edir. Türkiyənin hakim partiyasının xarici işlər üzrə sədr müavini Mehmet Ceylan da saytımıza açıqlama verərək “Əgər Türkiyədə hakimiyyət dəyişərsə, o zaman Türkiyə və Azərbaycan qardaşlığı əvvəlki kimi olmayacaq” fikrini səsləndirmişdi. Bu məsələnin kökündə nə dayanır? Qardaşlığımızı kim qısqanır? Bu suallara cavab vermək çətindir.

AzFakt.com Kommersant.az-a istinadən xəbər verir ki, Türkiyənin dövlət bankı “Ziraat Bank Azərbaycan” ölkəmizin minlərlə şəhid verərək geri aldığı Qarabağ məsələsində bizim yanımızda deyil. Baxmayaraq ki, bankın Bakıda 6, Gəncədə isə 1 filialı fəaliyyət göstərir. Halbuki, Türkiyədə 100 ilin fəlakəti adlandırığımız və onlarla şəhərin dağılmasına səbəb olan zəlzələdə bizim vətəndaşlarımız Türkiyəyə qardaşlıq münasibəti göstərərək maddi və mənəvi dəstək çıxmışdı. Özü də bu maddi dəstək birbaşa “Ziraat Bank Azərbaycan” üzərindən həyata keçirilirdi. Biz bu yardımları edərkən heç bir qarşılıq güdmədik. Hətta türkiyənin ən çətin günlərində ilk yanında olan da biz olduq. İstər dövlət olaraq, istərsə də millət olaraq.

“Ziraat Bank Azərabycan” isə rəsmi internet saytında şəhidlər verərək, qan töküb, qan axıdaraq geri aldığımız Qarabağımızı münaqişə zonası olaraq tanıyır və bu münaqişədə tərəf olmadığını rəsmiləyir. Saytın xəritə bölməsində Qarabağ bölgəsi Azərbaycan dili ilə yanaşı erməni dilində də yazılıb. Başa düşüləndir ki, saytın xəritəsi “google” şirkətindən kopyalanıb. Amma Qarabağ məsələsi Azərbaycan üçün həssas olduğuna görə, buna diqqət edilməli və bu kimi səhvlərə yol verilməməli idi.

Azərbaycanda banklarımızın internet saytları yeni-yeni qurulanda bu məsələ bəzi icmalar tərəfindən qaldırıldı və dərhal da həll olundu. Bəzi banklar bunu qulaqardı etsələr də, əksər banklarımız məsələni dərhal və çevik formada həll etdilər. “Ziraat Bank Azərbaycan”dan da bu münasibəti görmək və məsələnin həlli üçün operativ qərar qəbul edərək utancverici səhvi düzəltməyi gözləyərdik.


Açıklama yok.

 



Xəbərin oxunma sayı : 1285

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap