Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Ziya Məmmədovun oğlunun Londondakı biznesi zərər edib - 2,6 milyon manat

Tarix 29.02.24, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən KFC restoranlar şəbəkəsi böyük zərər edib.

Yeniavaz.com xəbər verir ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan "B.J.R. Foods Limited” şirkəti 2022-ci ili 1 milyon 182 min 13 funt-sterlinq (2,6 milyon manat) zərərlə başa vurub.

Müqayisə üçün bildirək ki, "B.J.R. Foods Limited” şirkəti 2021-ci ili 3 milyon 244 min 762 funt-sterlinq mənfəətlə başa vurub.
 
Bundan başqa şirkətin illik dövriyyəsi isə 7,1% azalaraq 41 milyon funt-sterlinqdən 38 milyon funt-sterlinqə düşüb.

Qeyd edək ki, Londonda məşhur restoranlar şəbəkəsi olan KFC françayzinqinə sahib olan "B.J.R. Foods Limited” şirkətinin 75%-lik payını Anar Məmmədov 23 iyul 2021-ci il tarixində satın alıb.

Onu da bildirək ki, Anar Məmmədov eyni tarixdə daha 3 şirkətin 75%-lik payını satın alıb. Bu şirkətlər "Colonel Foods Limited”, "1st RATE Investment (UK) Limited” və "Amber Restaurants Limited” şirkətləridir.

"Colonel Foods Limited” və "Amber Restaurants Limited” 152 gündən artıqdır ki, hesabatlarını müvafiq qurumlara təqdim etməyiblər.

Səhmlərinin 75%-i Anar Məmmədova aid olan bu şirkətlərə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Sulemani rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən "Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən ZQAN holdinq Anar Məmmədova məxsus olub. ZQAN adı da sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən yaranıb.

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları da vaxtilə Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək "Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra KFC restoranları vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının rəhbərlik etdiyi "Gilan” holdinqin tərkibinə daxil edilib.



Xəbərin oxunma sayı : 529




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap