Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

21 yaşlı Orxan iki nəfəri öldürməyə cəhddə ittiham edilir- səbəb isə...

Tarix 02.04.18, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


İki nəfəri öldürməyə cəhddə ittiham edilən gəncin məhkəməsi keçirilib. Hadisə gənclərin yolda bir-birlərinə çiyinlərinin dəyməsi ilə başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməyə cəhddə ittiham edilən 1997-ci il təvəllüdlü Orxan Cəfərovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılıb ki, Orxan Cəfərov qardaşı Vüsal Cəfərovun övladının məktəbə getməsi ilə bağlı keçirilən məclisdə iştirak edib.

Məclisdə spirtli içki də qəbul edən Orxan Cəfərov evə qayıdarkən Qaraçuxur qəsəbəsində avtobus dayanacağından evə gedərkən yolda Rəvan İsgəndərov və Emil Əhmədovla qarşılaşıb.

Onlar əvvəldən bir-birlərini tanımayıblar. Səki ilə hərəkət edərkən onlar Orxan Cəfərovun çiyninə toxunublar. Gənclərin mübahisəsi də bununla başlayıb. Bir neçə dəqiqə sonra isə onlar əlbəyaxa olublar.

Orxan Cəfərov cibində olan bıçağı çıxararaq Rəvan İsgəndərova iki, Emil Əhmədova isə bir bıçaq zərbəsi vurub. Daha sonra isə hadisə yerindən qaçıb.

Orxan Cəfərov ittihamla özünü qismən təqsirli bilib. Zərərçəkmişləri öldürmək niyətinin olmadığını deyib.

Məhkəmədə zərərçəkmiş şəxslər ifadə verib. Onların birinin 23, digərinin isə 24 yaşı var.

Zərərçəkmişlər məhkəmədə eyni məzmunlu ifadə verərək bildiriblər ki, Orxan Cəfərovu heç vaxt tanımayıblar və hadisə yolda bir-birlərinə çiyinlə toxunduqlarına görə baş verib.

Rəvan İsgəndərov söyləyib ki, hadisə bir anda baş verib: "Əlbəyaxa olduq. Biz ikimiz də yerə yıxıldıq. Orxanın cibində bıçaq olduğunu bilmirdik. Bir anda bıçaq dəydi mənə. Sonra da Emilə".

Hər iki zərərçəkmiş məhkəmədə bildiriblər ki, təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur və aralarında barışıq imzalanıb.

Növbəti məhkəmə iclasında şahidlər ifadə verəcək. Məhkəmə iclası martın 4-də davam edəcək.

Qeyd edək ki, O.Cəfərov Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.



Xəbərin oxunma sayı : 313




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap