“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

230 milyon manatlıq zərəri yaranan bank - Problem necə həll olunacaq?

Tarix 26.02.21, 16:53

Font ölçüsü : - / +
bitmap-img6


“Bank VTB” (Azərbaycan)-nın 2020-ci ilin son rübündə 3 milyon 860 min manat mənfəət əldə etdiyini açıqlamışdıq. Mənfəət vergisini hələ də ödəmədiyi üçün bankın açıqladığı mənfəət xalis mənfəət hesab edilmir. Maliyyə göstəricilərinin beynəlxalq audit hesablamasından sonra xalis mənfəət hesablanaraq bölüşdürülməmiş mənfəətə əlavə olunacaq. Belə ki, bankın bölüşdürülməmiş mənfəəti – 252 milyon 950 min manata bərabərdir. Yəni, “Bank VTB”nin bölüşdürülməmiş mənfəəti 3 milyon 860 min manat çıxılandan sonra 249 milyon manatdan da aşağı düşəcək.

Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, “Bank VTB”nin Azərbaycandakı 12 illik fəaliyyəti 230 milyon 492 min manatlıq defisitə bərabər olub.

Bankın yığılmş zərər və kapitalını min Azərbaycan manatı ilə təqdim edirik:

Qeyd edək ki, 2013-cü ildə “Bank VTB”nin idarə heyətinin sədri Alexander Yeriomin, 2014-cü ildən 2015-ci ilədək Yuri Yakovlev, 2016-cı ildən 2017-ci ilədək Roman Rudakov, 2017-ci ildən hazırki vaxtadək isə Kirin Yevgenıydir. Yəni, 4 bankir bir bankın yığılmış defisitini uzun illərdir həll edə bilməyib. Hətta bu şəxslər arasında Roman Rudakov 2015-ci ildə təhvil aldığı 12 milyon 770 min manatlıq cəmi kapitalı 12 milyon 237 min manatlıq kapital defisitinə sala bilməyi bacarıb.

Cədvəldən də göründüyü kimi bankın yığılmış defisiti 2014-cü ildən etibarən artıb. Ən böyük defisiti isə 2018-ci ildə yaşayıb. Həmin dövrdə isə “Bank VTB”yə Kirin Yevegıy rəhbərlik edirdi.

Qeyd edək ki, 2018-ci ildə Bankın 256 milyon manatlıq zərərini Bankın prezidenti-idarə heyətinin sədri Andrey Kostin 256 milyon manatlıq kapital artımı ilə müsbətə dəyişmişdi. Həmin dövrdə Davosda ölkə başçısı ilə görüşüb vaxt istəyən A.Kostin sözünü tutmuşdu. Hazırda isə bankın 230 milyon 492 min manatlıq defisitni ya Kirin Yevgenıy, ya da yenə A.Kostin  bərpa etməlidir.




Xəbərin oxunma sayı : 889




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap