Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

2 manata araq içib, qan tökdülər: “Anamı söydü, vurdum”

Tarix 10.02.17, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


Qusar sakini yeyib-içdikdən sonra qonşusunu bıçaqlayıb. Buna səbəb hər iki şəxsin spirtli içki içdikdən sonra bir-birini təhqir etməsi olub. Davanın hansı səbəbdən baş verdiyini isə hər iki şəxs də xatırlamır

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən Qusar rayon sakini, 1972-ci il təvəllüdlü Fariz Bayrambəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihamda yazılır ki, Qusar rayon Hil kənd sakini Adil Bədəlov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. Araşdırma nəticəsində hadisəninin münaqişə zəminində baş verdiyi məlum olub. Cinayəti törətməkdə şübhəli bilinən Fariz Bayrambəyov saxlanılıb.

Məlum olub ki, həmkəndlilər yeyib-içdikdən sonra onlar arasında mübahisə olub. Adil Bədəlovun söyüş söydüyünü iddia edən Bayrambəyov kəndlisini bıçaqlayıb. Fariz Bayrambəyov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir. 

Məhkəmədə hakim bildirib ki, zərərçəkmiş şəxs hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğunu deyən yaxınları xəstəxanada olmaları və prosesdə iştirak edə bilməmələri barədə məhkəməyə məlumat veriblər. 

Prosesin davamında təqsirləndirilən 45 yaşlı Bayrambəyov hadisənin necə baş verməsi haqda danışıb. O, deyib ki, qonşusunu bıçaqlamasına səbəb ana və atasının təhqir edilməsi olub: “Siqaret almağa getmişdim. Küçədə Adillə rastlaşdım. Yeyib-içməyi təklif etdi. Məndə onun təklifi ilə razlaşdım. Birlikdə mağazaya getdik. Adil mağazadan 2 manata bir dənə araq aldı. Sonra birlikdə bizə gəldik. Süfrə açdıq, yeyib-içdik. İçki içəndən sonra aramızda mübahisə başladı. Səbəbini xatırlamıram. Adil atamı və anamı söydü”.

Qonşusuna gücünün çatmadığını deyən Fariz Bayrambəyov onu bıçaqladığını və əməlindən peşman olduğunu söyləyib. Fariz Bayrambəyovun məhkəmə zalında olan yaxınları isə deyiblər ki, qarşı tərəf onlardan şikayətçi deyil.

Hakim Zeynal Ağayev isə bildirib ki, məhkəmə ilə əlaqə saxlayan zərərçəkmişin yaxınları narazılıqlarını bildiriblər: “Zərərçəkmiş xəstəxanadadır, vəziyyəti yaxşı deyil. Zərərçəkmiş və onun qohumları narazılıq edirlər. Bildirilər ki, siz yaralı ilə maraqlanmırsınız, heç bir kömək etmirsiniz. Ancaq deyirsiniz ki, şikayətçi deyillər. Siz zərərçəkmişin müalicə olunmasına ciddi köməklik göstərməlisiniz. O, vəfat etsə, təqsirləndirilən şəxsin ittihamı ağırlaşdırılacaq. Belə olan halda da təqsirləndirilən şəxsi 15 ilə qədər həbs cəzası gözləyir”.

Bayrambəyovun yaxınları zərərçəkmişlə maraqlanacaqlarına söz veriblər.

Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin edilib.



Xəbərin oxunma sayı : 208




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap