![]() |
|














46 nəfərin diplomu Azərbaycanda tanınmadı - siyahıda elə ölkələr var ki...
Tarix 01.08.25, 10:22 |
|

Xaricdə təhsil almış daha 46 nəfərin diplomu tanınmayıb.
Bu barədə TKTA-dan verilən məlumatda bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 16 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 dövlət nümunəli olmayan diplom, 5 təhsilalma forması, 4 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq (kredit sayı), 3 akkreditə olunmamış ali təhsil müəssisəsi (təhsil dövrünün bir hissəsinə münasibətdə), 3 kollec diplomu ilə bakalavriat uyğunsuzluğu, 2 ekvivalenti olmayan ixtisas, 2 akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 əhəmiyyətli fərq (kredit sayı), 1 ixtisas uyğunsuzluğu, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması və ixtisas uyğunsuzluğunu göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyədən 155, Rusiyadan 152, Ukraynadan 144, Belarusdan 27, Birləşmiş Krallıqdan 27, Gürcüstandan 23, Polşadan 9, Amerika Birləşmiş Ştatlarından 8, İtaliyadan 6, Almaniyadan 5, Çin Xalq Respublikası, İran İslam Respublikası, Macarıstan, Qazaxıstan və Qırğız respublikalarının hər birindən 4, İsveç Krallığı və Litva Respublikasından 3, Avstriya Respublikası, Belçika Krallığı, Əlcəzair Xalq Demokratik Respublikası, Fransa Respublikası, Norveç Krallığı, Səudiyyə Ərəbistan Krallığı, Yaponiya və Latviya respublikalarının hər birindən 2, həmçinin Estoniya, Hindistan, İndoneziya, İraq Respublikası, İsveçrə Konfederasiyası, Mozambik Respublikası, Niderland Krallığı, Nigeriya Federativ Respublikası, Portuqaliya Respublikası, Qambiya Respublikası, Rumıniya, Somali Federativ Respublikası, Şri-Lanka Demokratik Sosialist Respublikası, Sudan və Tacikistan respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 139, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 31, biznesin idarə edilməsi üzrə 28, menecment üzrə 26, tibb üzrə 26 müraciət qeydə alınıb.
Siyahıda kifayət qədər yüksək təhsil verən ölkələrin adları çəkilir. Xüsusən də ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Norveç, Belçika, hətta Yaponiya kimi dövlətlərin ali təhsil ocaqlarından söhbət gedir.
Bəs bu məzunların zəhməti hara getdi? Doğrudanmı təhsilimiz o dərəcədə inkişaf edib ki, ABŞ, Yaponiya, Fransa kimi ölkələrə aid diplomları tanımırıq? Bundan başqa, həmin gənclər pis-yaxşı xarici təhsil alıblar, fərqli dünyagörüşünə sahibdirlər, karyera qurmağa hazırlaşırlar. Onların aqibəti necə olacaq? Bu halda, o gənclər Azərbaycanı tərk edib xaricdə kadra çevrilərsə, ölkəmiz üçün “beyin axını” deyilmi?
Kamran Əsədov
Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycanda xaricdə təhsil almış məzunların diplomlarının tanınmaması ilə bağlı problemlər artıq illərdir davam edir və bu məsələ hər dəfə yeni rəqəmlər açıqlananda daha da qəliz və ziddiyyətli mənzərə yaradır. TKTA-nın son məlumatına görə, 46 nəfərin diplomu müxtəlif səbəblərə görə tanınmayıb. Ən çox göstərilən arqumentlər arasında tədris yükünün normativdən az olması, akkreditasiyasız ali məktəblər, təhsil forması və ixtisas uyğunsuzluğu kimi bəndlər qeyd olunur. Bu isə həm həmin gənclərin illərlə sərf etdiyi zəhməti, ailələrinin külli miqdarda çəkdiyi xərcləri heçə çıxarır, həm də ölkənin beynəlxalq təhsil siyasətindəki ziddiyyətləri açıq şəkildə ortaya qoyur. Dövlət bir tərəfdən gənclərin xaricdə təhsil almasını təşviq edir, digər tərəfdən eyni gənclərin diplomunu tanımamaqla onları faktiki olaraq işsizlik və perspektivsizliklə üz-üzə qoyur.
Rəqəmlərə baxanda təkcə 2024-cü ildə xaricdə təhsil almış təxminən 800-ə yaxın gəncin diplomunun tanınması ilə bağlı müraciətinə mənfi cavab verilib. Bu rəqəm içərisində ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa kimi dünya təhsilində ən yüksək göstəricilərə malik ölkələrdə təhsil almış məzunlar da var. TKTA-nın açıqladığı səbəblər arasında “tədris yükü normativdən azdır” kimi qeydlər xüsusi diqqət çəkir. Məsələ ondadır ki, Bolonya prosesi çərçivəsində kredit sistemi demək olar ki, bütün Avropa və Şimali Amerika ölkələrində oxşar qaydalarla tətbiq olunur və bu sistemdə minimal yük tələbləri Azərbaycanın müəyyən etdiyi normativdən az deyil. Bu səbəb əsassız görünsə də, ölkəmizdə diplom tanınmaması üçün ən çox istifadə olunan bəhanələrdən biridir. Bu, inzibati baryerlərin hüquqi normalarla deyil, subyektiv qərarlarla tənzimləndiyini göstərir".
Mütəxəssis qeyd edir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.2-ci maddəsində dövlətin vəzifəsi kimi hər bir vətəndaşın aldığı təhsilin tanınması üçün şərait yaratmaq xüsusi vurğulanır: “Eyni zamanda Nazirlər Kabinetinin "Xaricdə verilmiş təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları"nın 3.1-ci bəndində yazılır ki, məqsəd beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və təhsil alan şəxslərin peşəkar fəaliyyətinə maneə yaratmamaqdır. Amma praktikada TKTA-nın fəaliyyəti, əksinə, gənclərin peşəkar fəaliyyətinə maneələr yaradır və prosesdə şəffaflıq yoxdur. Qərarların verilməsi üçün elmi əsaslandırılmış vahid meyarlar ictimaiyyətə açıq deyil, hər il dəyişən yanaşmalar və ziddiyyətli şərhlər gənclərin gələcəyini risk altına atır".
Kamran Əsədova görə, bu siyasətin mənfi nəticələri çoxşaxəlidir: “Birincisi, gənclər xaricdə keyfiyyətli təhsil almaq üçün vaxt, enerji və ailə büdcəsindən minlərlə dollar xərcləyir, lakin ölkəyə qayıtdıqda diplomlarının tanınmaması səbəbilə peşəkar fəaliyyət göstərə bilmir. İkincisi, bu vəziyyət "beyin axını"nı sürətləndirir, gənclər diplomlarının tanınmaması riskini nəzərə alaraq Azərbaycana qayıtmamaq qərarı verir və başqa ölkələrdə qalır. Üçüncüsü, dövlətin öz ali təhsil sisteminə həddən artıq üstünlük verməsi, sanki Azərbaycan universitetlərinin ABŞ, Yaponiya, Almaniya kimi ölkələrin universitetlərindən daha keyfiyyətli imiş kimi davranması ictimaiyyətdə ciddi etiraz doğurur. Halbuki dünya reytinqlərində Azərbaycanın ali məktəbləri 700-cü yerlərdən yuxarı qalxmır, diplomları tanınmayan universitetlər isə dünyanın ən yaxşı 200 ali məktəbi sırasındadır. QS World University Rankings 2024 hesabatına görə, ABŞ-dan Harvard, MIT, Böyük Britaniyadan Oxford, Cambridge, Yaponiya və Almaniyadan onlarla universitet ilk 100-lükdədir. Bu reallıq fonunda Azərbaycanın həmin diplomları tanımaması heç bir məntiqli izaha sığmır.
Dünya təcrübəsi tam əks istiqamətdədir. Avropa İttifaqında Lissabon Tanınma Konvensiyası çərçivəsində üzv ölkələr bir-birinin diplomlarını avtomatik tanıyır və yalnız saxta sənəd hallarında imtina edilir. Kanada və ABŞ-da diplom tanınması dövlətin deyil, işəgötürənlərin səlahiyyətindədir və bazar mexanizmi özü keyfiyyətli təhsili seçir. Azərbaycan isə diplom tanınması prosesini inzibati baryerlərlə yükləyərək həm beynəlxalq əməkdaşlığı zəiflədir, həm də gənclərə qarşı sosial ədalətsizlik yaradır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir maarifləndirici iş aparmır, ictimaiyyət üçün vahid və aydın qaydalar təqdim etmir, TKTA ilə bağlı yüzlərlə şikayətə baxmayaraq, problemi həll edəcək plan və proqnoz ortaya qoymur. Nazirlik faktiki olaraq bu böhranı kənardan izləyir və nəticədə Azərbaycan diplom tanımayan azsaylı ölkələrdən biri kimi mənfi imic qazanır".
Əsədov hesab edir ki, problemin həlli üçün diplom tanınması mexanizmləri sadələşdirilməli, Lissabon Konvensiyasına tam uyğun avtomatik tanınma sistemi tətbiq olunmalı, yalnız saxta və akkreditasiyasız ali məktəblər üzrə istisna hallarda məhdudiyyət qoyulmalıdır: “Gənclərin illərlə çəkdiyi zəhmətə, ailələrin minlərlə dollar xərclədiyi təhsilə hörmət edilməli, onların ölkəyə qayıdaraq inkişafına töhfə verməsi üçün maneələr aradan qaldırılmalıdır. Əks halda, yəni bu yanaşma davam etdiyi müddətdə "beyin axını" daha da güclənəcək, Azərbaycan öz gələcəyini itirəcək və təhsil siyasəti kağız üzərində yazılan, reallıqda isə tətbiq edilməyən vədlərdən ibarət qalacaq".
Xəbərin oxunma sayı : 376
Sosial
Xəbərlər
-
Kredit kartlarına yeni limit: Bazar və istehlakçı necə təsirlənəcək?
-
MİQ-də olan vakant yerlər gizlədilir? - VİDEO
-
Tonlarla pomidor məhv oldu - Fermerlər ziyanda... VİDEO
-
“Qəzzada keçən əsrin ən amansız soyqırımı baş verir” - Ərdoğan
-
“Yanvarın 1-dən Rusiya 112,5 min, Ukrayna isə 8 min əsgər itirib“ - Tramp
-
Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır? - VİDEO
-
“Ukrayna məsələsinin müzakirəsi fayda verir” - Lavrov
-
Zərərçəkənlər danışdı, onlar dinlədi - Məhkəmə+Fotolar
-
Bakıda maşını qəsdən yandıranlar saxlanıldı - VİDEO
-
Hansı ölkədən gələn turistlər Azərbaycanda nə qədər pul xərcləyiblər? - Siyahı
-
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edilib - Məcnun Məmmədovdan əmr
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
-
“ABŞ Qəzza zolağında aclıqla mübarizə planı üzərində işləyir“ - Tramp
-
“TikTok”da tanış olduğu qadının uşaqlarına tərbiyə adı ilə - Dəhşətli işgəncələr verdi
-
Xaricdə işə düzəltmək adı ilə dələduzluq... - Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
-
Ərdoğan Meloni və Dibeybe ilə görüşdü - Fotolar
-
“Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır“ - Putin
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Magistraturaya sənəd qəbulu uzadılıb - Avqustun 4-dək
-
Qarabağa səfər edənlər “E-Polis”dən icazə ala bilərlər - VİDEO
-
İcra Hakimiyyətində qalmaqal: Müavinin otağında qışqırdı, həbs cəzası aldı
-
Doğum haqqında köhnə şəhadətnamələr problem yaratmağa başlayıb: Xəbəriniz varmı?
-
Baş prokuror Xətai rayonunda qəbul keçirdi - FOTO
-
Arif Babayev dəfn edildi - FOTOLAR
-
Vüqar Qurbanovdan yeni təyinatlar - SİYAHI/FOTO
-
Sedat Pekerin Bakıda restoranı var? - Məşhur müğənnidən qalmaqallı iddia
-
Kiyevə hücumda Azərbaycan Evinə ziyan dəydi - Fotolar
-
Polisdən növbəti əməliyyatlar: 27 kq narkotik vasitə aşkarlandı
-
Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edillib - Sərəncam
-
İsrailin razılığı olmasa, Fələstin dövləti qurula bilməz - Marko Rubio
-
Reyestrdə olmayan çap mediasının nəşri qadağan olundu - Prezident qanuna yeni əlavələri təsdiqlədi
-
““ELSCOOTER N1” MMC-nin fəaliyyəti araşdırılır - İşçilərin hüquqlarını pozduğuna görə
-
Prezident və xanımı Arif Babayevin vida mərasiminə əklil göndərdilər - FOTO
-
Bakıda MKTB-lərin milyonlarla manat vergi borcu yaranıb - SİYAHI
-
Xaricdən ən çox borc alan dövlət qurumları - CƏDVƏL
-
Nazirlik öhdəliyini vaxtında yerinə yetirməyib - 43 min manat borcu var
-
Bakıda 13 yaşlı qızı ərə verdilər - Başqa şəxsdən hamilə imiş
-
“Tələbə qəbulunda vaxt haqsızlığı: Minlərlə gəncin gələcəyi təhlükədədir“
-
Ağ Evə 200 milyonluq ziyafət zalı - Trampdan qəribə istək
-
Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı - VİDEO
-
Xətai rayonunda kiçik parklar restoranlara çevrilir - Fotolar
-
Uşaqlara bu adları vermək istəyiblər - Rəzil, Kündə, Şikayət, Türmə...
-
Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı paylaşım etdi - FOTO
-
Trampdan rüsumlarla bağlı yeni Fərman - Ölkələrin siyahısı
-
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - Siyahı
-
46 nəfərin diplomu Azərbaycanda tanınmadı - siyahıda elə ölkələr var ki...
-
Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi - FOTO
-
Trampdan Rusiyaya ultimatum: “Kremlin avqustun 8-ə qədər vaxtı var”
-
Əhalinin diqqətinə: Bu ərazilərdə İŞIQ OLMAYACAQ
-
Beyləqanda Azərbaycan Dili Günü qeyd olundu - Fotolar
-
Turizm Agentliyində 18,5 milyonluq yeyinti - bu dəfə sədr dəqiq gedir
-
Xalq artisti Arif Babayev vəfat edib
-
Direktor müəllimlərin oturduğu sinfə “donuzxana” deyibmiş - VİDEO
-
“Araz-Naxçıvan“ mərhələni keçdi, “Zirə“ dayandı - Konfrans Liqası
-
Müğənnilərə yüksək məbləğdə pullar verərək özünə bahalı ad günü keçirən “Vüsal-300“ kimdir? - VİDEO
-
Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir
-
Zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR6
-
Abşeron xəstəxanasında növbə izdihamı yaşanır - Səbəb nədir?
-
Həmkarlar İttifaqından kütləvi narazılıq - Üzvlük məcburidir, yoxsa könüllü?
-
Xəlilovlardan Azərbaycana qarşı açıq mövqe: Putinə mesaj verən, Azərbaycan diş qıcıyan iş “adam“ları
-
Sevgi qısqanclığı davaya çevrildi: Vəzifəli qadını döyən şəxsə hökm oxundu
-
Tramp Netanyahuyla bağlı ritorikasını sərtləşdirəcək - CNN
-
Dilimiz milli sərvətimizdir!
-
Deputatın “dadlı biznesi” - Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir
-
Evlənmək istəyənlər üçün yeni tələb: Əlavə sənədlər lazımdır
-
Bu dəfə susdular, zərərçəkmişlər danışdılar- Ermənilərin Bakıda məhkəməsi
-
Konfrans Liqası: “Sabah“ III təsnifat mərhələsində
-
İsrailin Cənub Livana hücumu genişlənir – sərhəd boyunca artan gərginlik
-
Bakının bu ərazilərində qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Ev kirayəsi ilə bağlı dələduzluq halları var - VİDEO
-
Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək - Emin Ağalarov
-
Heydər Əliyev və ana dilimiz
-
Suriya Rusiya ilə münasibətlərini keçmiş üzərində qurmayacaq - Əsəd Əl-Şeybani
-
Paytaxtda yerləşən “Şazeli” restoranında biabırçı mənzərə - VİDEO
-
Zelenski qanun imzaladı: Ukrayna Silahlı Qüvvələrinə ayrılan vəsait artırılır
-
Qubada yol problemi: Sakinlər çətinliklərlə üzləşirlər
-
Məsciddə namaz qılıb yatdı, pulları oğurlandı - TƏFƏRRÜAT)
-
Kolabasa adı ilə toyuq tullantıları yeyirmişik - Dietoloq sirləri açdı
-
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
-
Azərbaycana gələn əcnəbi turistlər daha çox öz evlərində qalırlar – Ölkələr üzrə siyahı
-
“Lake“ otelində 4183 manatlıq oğurluq - Ofisiant həbs edildi
-
Sabiq icra başçının oğluna 2 milyonluq əmlak “atıblar” - Müttəhim “özü yaxşı bilir pulu kimdədir” dedi
-
“Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir“ - İran Prezidenti
-
Müəllimlərin işə qəbulu: vakansiya seçimi başlayır
-
“Fərhad Əhmədovdan 200 min dollar avans almışdım“ - DTX-nin saxladığı Anass Derraz
-
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“AzParking“in əməkdaşı döyüldü - Məhkəmə qərarı
-
Kikboksçu Tülinin sərxoş halda “Burj baku”dakı davası: “Mənə 5 min ziyan dəyib”
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma aparılacaq
-
Avqust ayına olan hava proqnozu açıqlandı - Bölgələrdə hava necə olacaq?
-
16 zərbə vurdu, sonda bıçağı kürəyinə sancdı - Aygün möcüzə sayəsində sağ qaldı...
-
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir -- Son xəbərdarlıq!
-
Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - Sərəncam
-
Bu halda bütün növ işlər dayandırılmalıdır - Xəbərdarlıq
-
QHT-lərlə bağlı qanuna əlavə təsdiqləndi - DƏYİŞİKLİK
-
Narkotik satan anadan sonra oğlu da məhkəmədə tutuldu - TƏFƏRRÜAT
-
Beyləqanda daha bir küçə asfaltlandı - Fotolar
-
Mədəniyyət Nazirliyinə əlavə səlahiyyət verildi - FƏRMAN
-
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü - FOTO
-
4 uşaq anası başqa şəxsə qoşulub qaçdı - Aliment ödəmədiyi üçün cəzalandırıldı
-
Bu şəxslər pensiyaya 5 il tez çıxacaq - Daha kimlərə bu imtiyaz verilə bilər?
-
Məktəb direktorunun evindən oğurluq edən Kamranın işi - Ailəsinə paltar, özünə telefon alıbmış...
-
DİN və DSX əməliyyat keçirdi - Axtarışda olan şəxs saxlanıldı
-
Gömrük Komitəsinin yeni binasını su basdı - Sənədlər və kompüterlər məhv oldu + VİDEO
-
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? - TƏFƏRRÜAT
-
Tramp Kanadanı təhdid edib - Fələstinə görə
-
“Neft gəlirləri Dövlət Neft Fondunun büdcə xərclərini tam qarşılamayıb“ - Rəsmi
-
Bu universitetdə təhsil haqqı artırıldı - MƏBLƏĞ
-
Kanala düşən yeniyetmədən 36 gündür xəbər yoxdur - VİDEO
-
İran və Hindistandan olan turistlər Azərbaycandan “üz döndərib“ - Kəskin azalma var
-
Başından böyük danışmışdı... - Dərsi verildi
-
Tramp fərman imzaladı - Braziliyaya qarşı 40%-lik tariflər
-
Kolleclərə ixtisas seçimi başlayıb - DİM-dən açıqlama
-
Masazır qəsəbəsində günlərdir yol çöküb - ŞİKAYƏT/VİDEO
-
Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin getdiyi ölkələr - SİYAHI
-
Ağdam rayonu Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Van Dammın gəlini Bakıdan paylaşım etdi - “Mən azərbaycanlıyam və çayxoram”
TOP 10
ARXİV