“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Lake“ otelində 4183 manatlıq oğurluq - Ofisiant həbs edildi

Tarix 31.07.25, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi rayonunda fəaliyyət göstərən "Lake" otelində oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, otelin 1, 2, 3, 4 və 5 saylı kotteclərində istirahət edən müştərilərin pulları oğurlanıb. Onlara dəymiş ziyan ümumilikdə 4183 manat təşkil edir. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisə ilə bağlı otelin ofisiantlarından biri şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə ) və 177.2.3-cü (Oğurluq -yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxs məhkəmə baxışında əvvəlcə özünü təqsirli bilməyib. Lakin sonrakı prosesində əməlini etiraf edib. 

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 



Xəbərin oxunma sayı : 961




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap