“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Macarıstan və Türkiyə Rusiyadan keçən boru kəmərlərinə hücumları pisləyirlər“ - Siyarto

Tarix 08.12.25, 19:57

Font ölçüsü : - / +
bitmap-img6


Macarıstan və Türkiyə Rusiyadan keçən boru kəmərlərinə və Qara dənizdəki tankerlərə Ukraynanın hücumlarını qınayırlar.

AzFakt.com xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra bu barədə "Facebook" hesabında yazıb.

P.Siyarto Macarıstanın Baş naziri Viktor Orbanı Strateji Əməkdaşlıq Şurasının yüksək səviyyədə keçirilən ikitərəfli iclasında müşayiət edir.

"Biz Ukraynada müharibənin dayandırılmasının lehinə birgə çıxış edirik və istər Rusiyadakı neft kəmərləri olsun, istərsə də Qara dənizdəki tankerlər, enerjidaşıyıcıları marşrutlarına hücumları pisləyirik", - deyə nazir bildirib.

P.Siyarto xatırladıb ki, Macarıstan qazın əsas hissəsini Rusiyadan "Türk axını" boru kəməri və onun Bolqarıstan, Serbiya qolları vasitəsilə alır.

"Türkiyə etibarlı və dürüst tranzit müttəfiqidir. Bu il "Türk axını" vasitəsilə bizə 8 milyard kubmetr qaz daxil olacaq. Biz enerji təchizatı məsələsinin siyasi və ya ideoloji baxımdan nəzərdə keçirilməsinin əleyhinə birgə çıxış edirik".



Xəbərin oxunma sayı : 469




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap