| |
|
Kamran Ağayevlə bağlı inanılmaz iddialar: Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir?..
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
İran üçün fəlakət ili: Müharibə və xaosa gətirib çıxara biləcək problemlər
Tarix 07.12.25, 9:45 |
|
Başa çatmaqda olan ili İran tarixinin bütün sahələrdə - siyasi, hərbi, iqtisadi mənada fəlakət ili kimi xarakterizə etmək mümkündür. İnqilabdan sonrakı 50 il ərzində İran ilk dəfə hərbi fəlakət yaşadı - iyunun 12-də İsrailin hücumu ilə başlayan hərbi əməliyyatlar 24 iyunda atəşkəs razılaşması ilə bitdi. İranın şəhərləri bombalandı, yüksək rütbəli hərbçiləri evlərindəcə öldürüldü. Cavab tədbirləri də adekvat olmadı. Ardınca da, ABŞ-nin İranın nüvə obyektlərini bombalaması ölkənin nüfuzunun, nüvə silahı yaratmaq ambisiyalarının üstündən xətt çəkmiş oldu. İlin əvvəlindən etibarən siyasi böhranlar, toqquşmalar, yüksələn gərginlik, vəzifədən uzaqlaşdırılmalar, impiçmentlər və ictimai narazılıqlar artdı. İranın vitse-prezidenti, tanınmış islahatçı Məhəmməd Cavad Zərifinin istefası, iqtisadiyyat naziri Abdolnaser Hemmatinin impiçmenti, Tehran Ali Məhkəməsində iki yüksək rütbəli hakimin müəmmalı şəkildə qətlə yetirilməsi daxili böhranın nə qədər ciddi olduğunu göstərdi.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Siyasi mənzərəni formalaşdıran mühüm məqamlar
Bütün bunlar İranın gələcək siyasi mənzərəsini formalaşdıran mühüm məqamlardan sayıla bilər. Bu sıraya xalqın narazılığını da əlavə etmək lazımdır. Fevral ayında islam inqilabının ildönümündə Tehranda və digər iri şəhərlərdə keçirilən genişmiqyaslı etirazlar, hökumət qüvvələrinin bu aksiyalara qarşı sərt müdaxiləsi cəmiyyətdə gərginliyin pik həddə çatdığını göstərdi.
Əksəriyyət hesab edir ki, İran bu ilin qışına son onilliklərin ən dərin sosial-iqtisadi böhranı ilə qədəm qoyur. Bu, hətta İran Xarici Kəşfiyyat Xidmətinin hesabatında da öz əksini tapıb. Məlumata görə, İran eyni vaxtda fəlakətli su çatışmazlığı, iqtisadi durğunluq və böyük şəhərlərdə etiraz dalğası ilə üzləşib.
Xarici borc artır, banklar müflis olur
İranın xarici borcu bir il ərzində əhəmiyyətli dərəcədə artıb. İran Mərkəzi Bankının məlumatlarına görə, ölkənin ümumi xarici borcu 5,38 milyard ABŞ dollarına çatıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Belə ki, 21 sentyabr 2024-cü il tarixinə olan xarici borc təxminən 4,58 milyard ABŞ dolları təşkil edirdi. Bundan əlavə, İranın ən böyük banklarından biri olan "Ayandeh Bank" özünü müflis elan edib, onun aktivləri dövlətin mülkiyyətinə keçib. Məlumata görə, 2012-ci ildə təsis edilən "Ayandah Bank"ın İran daxilində 260 filialı var idi və orada dörd min nəfər çalışırdı. Lakin son vaxtlar bank borc səbəbindən çətin vəziyyətə düşüb: itkilər təxminən 5,2 milyard ABŞ dollarına, borclar isə təxminən 2,9 milyard ABŞ dollarına çatıb. KİV yazır ki, "Ayandeh bank"dan əlavə, daha beş bank - "Sarmayeh", "Day", "Sepah", "Iran Zamin" və "Melal" da çətinliklərlə üzləşib.
ÜDM artımı cəmi 0,3% təşkil edib
Son illərin ən dərin sosial-iqtisadi böhranını yaşamasının səbəbi ilk növbədə beynəlxalq sanksiyalar səbəbindən neft ixracatının kəskin azalması və iqtisadiyyatın struktur problemləridir. 2025-ci ilin 10 ayı ərzində ÜDM artımı cəmi 0,3% təşkil edib. Bu, faktiki olaraq durğunluğu göstərən bir rəqəmdir. İlin nəticələrinə görə, 2024-cü illə müqayisədə İranın əmtəə və xidmət ixracatı 16%, idxalı isə 10% azalıb. Bu, ölkənin həyati əhəmiyyətli texnologiya və avadanlıqlara çıxışını məhdudlaşdırır və iqtisadiyyatın struktur problemlərini dərinləşdirir. İnflyasiya tempi 40%-i keçir ki, bu da ərzaq və enerji daşıyıcılarının qiymətlərinin sürətlə artmasına səbəb olur. Böyük şəhərlərdə yüksək tariflərə və işsizliyə qarşı yerli etirazlar qeydə alınır ki, bu da siyasi sabitlik üçün əlavə risklər yaradır. Ölkənin parlamenti pul islahatı haqqında qanunu qəbul edib: bir yeni rial 10 min köhnə riala bərabər olacaq.
Su problemi xaosa gətirib çıxara bilər
İranın ən ciddi problemlərdən biri də su qıtlığıdır. On illərin yanlış idarəçiliyi, uzunmüddətli quraqlıq ciddi fəsadlara səbəb olub. Su anbarları boşalmaq üzrədir, yağıntı rekord həddə aşağıdır. Hakimiyyət təxminən 10 milyon əhalisi olan paytaxt Tehranda suyu fasilə ilə verməyə başlayıb. Prezident Məsud Pezeşkian xəbərdarlıq edib ki, su böhranı Tehranın bəzi hissələrinin köçürülməsinə səbəb ola bilər. O, hətta paytaxtın köçürülməsi ehtimalından da danışıb. Kanadada yerləşən BMT Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Kaveh Madani hakimiyyətin xəbərdarlığının yetərli olmadığını deyir. "Onların xəbərdarlıq səviyyəsi yerdəki reallıqla müqayisədə çox aşağıdır", - əvvəllər İranın Ətraf Mühit Departamentinin rəis müavini vəzifəsində çalışmış Madani "Radio Fərda"ya bildirib. Onun sözlərinə görə, hökumət çox ehtiyatlı davranır, çünki ictimaiyyətdə stress yaratmaq istəmir. Vəziyyət elədir ki, su ilə bağlı istehlak təchizatı üstələyir, resurslar isə bərpa olunmayacaq dərəcədə tükənir. Ekspertlərə görə, bu vəziyyət daha çox hökumətin kənd təsərrüfatını və inkişafı təşviq etmək niyyəti güdən yanlış siyasətindən yaranır.
Madaninin sözlərinə görə, problemi daha da çətinləşdirən amil cəmiyyətin hakimiyyətə inamsızlığıdır. "Cəmiyyət durumun nə qədər qorxulu olduğunu tam dərk etmir, hökumət isə insanlardan su sərfiyyatını azaltmağı xahiş etməyə qorxur", - deyə o bildirib.
Məlumat üçün bildirək ki, İranda su qıtlığı son illər bir neçə dəfə etirazlara səbəb olub. 2021-ci ilin iyulunda Xuzistan vilayətindəki etirazlar qanlı repressiyalarla nəticələnib. Qısamüddətli həll yollarının olmasına baxmayaraq, ekspertlər fəlakəti önləmək üçün əsaslı islahatlar və ciddi siyasi qərarlar gərəkdiyini deyirlər.
İranda 2026-cı ildə də vəziyyətin bu il olduğu kimi, davam edəcəyi proqnoz edilir. Çıxış yolu da sanksiyaların aradan qaldırılması ola bilər ki, buna da ümid yoxdur.
Xəbərin oxunma sayı : 142
Dünya
Xəbərlər
-
Könül Kərimova arıqlayıb belə oldu - FOTO
-
Avropada futbol mövsümünün ən diqqətçəkən performansı: “Topçular“ın fantastik çıxışı
-
Makron Çini hədələdi - “Mallarınıza tarif tətbiq edə bilərik“
-
İstirahət zonalarında ölüm riski: Nəzarətsiz kvadrosikllər kabusa çevrilir (VİDEO)
-
“ABŞ-nın Ukrayna üzrə səyləri sülhə ümid verir“ - Qətərin Baş naziri
-
Güclü maqnit qasırğası baş verəcək - Bu tarixdə
-
Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
-
Azərbaycan vətəndaşları ən çox nələrə pul xərcləyir? - Siyahı
-
Gəncədə 30 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
-
Süni intellekt hansı riskləri daşıyır? - Uşaqların təhsilini və psixologiyasını necə dəyişdirir?
-
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
-
“Əsrin qışı“ yaxınlaşır - Sinoptiklər həyacanlı proqnozlar verir
-
Rusiya bir həftədə Ukraynaya 1 600-dən çox dron və 70 raket atıb - Zelenski
-
Agentlik bu rayonlardan 44 mənzil alacaq - 2,5 milyon manat ayrılıb
-
Sabahın havası bu şəxslərə pis təsir edə bilər - Xəbərdarlıq
-
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTOLAR
-
Xəzər dənizindən qum-çınqıl oğurlayanlar - Saxlanıldılar
-
Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir - İran XİN
-
Sudanda silahlılar uşaq bağçası və xəstəxanaya zərbələr endirdilər: 116 nəfər öldü
-
Restoranda müştəriləri gözləyən sürpriz: “Bizdə qayda belədir“
-
“Aygün Kazımovanın ad gününə xonça ilə gedəcəyəm“ - Röya Ayxan
-
Tailand-Kamboca sərhədində gərginlik: Sakinlərə təxliyə olunmaq əmri verildi
-
Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü, ikisi qardaşdır + FOTOLAR
-
“Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər“ - Sabit məzənnənin nəticəsi
-
Azərbaycanda yeni ticarət mərkəzi tikiləcək - Xankəndində
-
Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Leyla və Arzu Əliyevalar Məhəmməd Yunusla görüşdülər - Fotolar
-
Bakıda leysan olacaq, bu rayonlara qar yağacaq - PROQNOZ
-
“ABŞ Ukraynaya öz hərbçilərini göndərmək niyyətində deyil“ - Kit Kelloq
-
Sudanda yaraqlılar 3 həftədə 60 min insan öldürüb: Hər yerdə cəsəd dağları...
-
Xəzərdə balıq böhranı - Vacib addımlar atılacaq
-
“Azərbaycan Dəmir Yolları“ ixracdan nə qədər qazanıb? - Son 5 il
-
Hindistanda gecə klubunda yanğın - 20-dən çox adam öldü
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır?
-
“ABŞ Milli Təhlükəsizlik Strategiyasında Rusiyanı tənqid etməkdən çəkinib“ - “Telegraph“
-
İran üçün fəlakət ili: Müharibə və xaosa gətirib çıxara biləcək problemlər
-
Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
-
“Evi bir neçə nəfərə satıblar“ - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
-
Ağdərənin Şıxarx qəsəbəsindəki binaların istiliyinin kəsilib - VİDEO
-
Qapağı olmayan kanalizasiya quyuları hərəkət iştirakçılarına təhlükə yaradır - VİDEO
-
Neftçala icra başçısının geyimi gündəm oldu -13 min avroluq plaş
-
Tülin Ələkbərova haqda bu dəfə həbs qərarı verildi - 4 aylıq
-
“Mən də ərimi çimizdirirəm” - Kəmalə Günəşli
-
“Ukraynadakı münaqişə həlledici mərhələyə qədəm qoyur“ - “Bloomberg“
-
Samux icra başçısının müavini 20 il sonra işdən çıxdı - Öz ərizəsi ilə
-
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan dəydi - Yağış sakinlərin mənzillərinə doldu
-
Avropa xüsusilə Rusiyaya qarşı öz gücünü olduğundan az qiymətləndirib - Kaya Kallas
-
“İsrailin demilitarizasiya tələbləri Suriyanı təhlükəli vəziyyətə salır“ - Əhməd Əl Şaraa
-
Gecəyarı evə girib qadını öpdü, süpürgə ilə döyüldü - Qusarda ŞOK
-
Trampa verilən mükafatın müəllifi azərbaycanlı imiş - Fotolar
-
“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
-
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft , şirkətlər…
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Dumana görə
-
Tramp İlham Əliyevə təşəkkür etdi - FOTO
-
Azərbaycanlı deputatın direktor bibisi həbs olundu - FOTO
-
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ
-
Bu əməliyyatları da Mərkəzi Bank həyata keçirəcək - Kazımov qərar imzalayıb
-
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - FOTOLAR
-
“Trampın etmək istədikləri Türkiyənin maraqlarına uyğundur“ - Hakan Fidan
-
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
-
Azərbaycana “kartof“ adı ilə 22 min ədəd dərman preparatı keçirmək istədilər - FOTOLAR
-
Cənubi Qafqazda yeni status-kvo yaradırıq - Hikmət Hacıyev
-
“İnstagram“da yeni məhdudiyyət: Bəzi hesablara hashtag limiti qoyuldu
-
Xankəndidə Günel Əlizadə qanunsuz işçi işlədib - “BUSINESS TEX ” cərimələndi
-
Bakıda 40-45 manata satılan mallar Çində 1 dollardır - FOTOLAR
-
“Neosol” MMC tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI
-
Avropa ilə dialoqda yeni çalarlar: Bakı əməkdaşlığı dərinləşdirməyi təklif edir
-
“Əsədin Moskvadakı müttəfiqləri Suriyada qiyam planlaşdırır” - “Reuters”
-
Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər
-
Məşhur idmançıdan deputat Ülvi Quliyev şikayətləndi: “300 min pul qazananda deyirdilər ki...“
-
Nərimanov rayonunda binanın divarı kəsilərək zirzəmiyə giriş açılıb - Özbaşınalıq
-
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli?
-
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb - Müzakirə
-
ABŞ və Ukrayna təmsilçilərinin ikigünlük məsləhətləşmələri nəticə vermədi - “Bloomberg“
-
“Neftçi“nin yeni baş məşqçisi bəlli oldu - Bakıya gəldi
-
Sürücülər və piyadalar üçün çətinliklər yaradan yol - “Cərimələr“ prospekti
-
Maduro istefasına görə Trampdan pul istəyib - “The Telegraph“
-
Nazirliyin əməkdaşları vətəndaşı qanunsuz cərimələyiblər - Məhkəmə qərarı
-
2026-cı ildə Azərbaycanda neft hasilatı azalacaq - Proqnoz
-
Yollarda duman var - Sürücülərin nəzərinə!
-
Azərbaycanın prioriteti regional inkişafın və sülhün təmin edilməsidir - Ceyhun Bayramov
-
Salyan şəhərinin mərkəzində palçıqdan hərəkət etmək olmur- VİDEO
-
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikinti işləri belə gedir - VİDEO
-
Döyüşlər təmas xətti üzrə dayanmalıdır - Aleksandr Sırski
-
Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO
-
Bakıda çoxmərkəzlilik prinsipi üzrə işlər görülür - VİDEO
-
Məşhurların instaqram gündəliyi - FOTOLAR
-
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb - Qrup cədvəli
-
“Hava soyuqdur, üşüyürəm, çöldə yaşamaq çətindir“ - VİDEO
-
“Aİ-nin X sosial şəbəkəsini cərimələməsi Amerika xalqına zərbədir“ - Rubio
-
BP “Bakı-Supsa“ və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
-
Peskovun qızının şəkilləri müzakirələrə səbəb oldu - FOTO
-
Şirkət rəhbəri borca görə məhkəməyə verildi - Qərar verildi
-
Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Vardanyanın məhkəməsində onların da ifadələri səsləndi - FOTOLAR
-
Türkiyə S-400-ləri ləğv etməyə doğru gedir - ABŞ səfiri
-
Sədrin müşaviri və şöbə müdiri vəzifədən çıxarıldı - Agentlikdə dəyişikliklər
-
Zəngilanda 6 min hektar ərazidəki yanğını məmur törədibmiş - Hökm oxundu
-
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
-
“Temu 1106“ vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
-
Azərbaycanın siyasi sistemində yeni dövrün mahiyyəti: Dövlətçilik iradəsi, milli dəyər
-
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
-
Salyanda kənd məktəbində 20 nəfər zəhərləndi - Tüstüdən
-
“Etibarlı Tərəfdaş Konsepsiyası“ təsdiq edilib - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM
-
“NATO-nun davamlı genişlənməsi barədə təsəvvürə son qoymaq lazımdır“ - Ağ Ev
-
Mal əti adı ilə at əti satanlar saxlanıldılar - VİDEO
-
“Türkiyə-Azərbaycan enerji dəhlizi region üçün perspektivlər açır“ - ABŞ səfiri
-
Deputatın qardaşı işdən çıxarıldı - Yerinə YAP rəsmisi gətirildi + FOTO
-
Milyarderlərin sayı artıb - Ümumi sərvətləri 16 trilyona yaxınlaşıb
-
Paytaxtın Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb
-
İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır - Başçının adamına dur deyən yoxdu
-
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı - FOTOLAR
-
Sabiq bank rəhbərinin oğluna 14 il cəza - 6 nəfərin yarım milyon pulunu ələ keçirib
-
Dövlət Agentliyinin vəzifəli şəxsləri işdən qovulub - Sədrin də işini itirəcəyi gözlənilir
-
TƏBİB-in yarıtmaz kadr siyasəti - Səkinə Sadıxovanın Sumqayıtdan Abşerona transferi
-
Keçmiş məhkum 22 kq narkotiklə saxlanıldı - VİDEO
-
Beyləqanda rabitə işçilərinin peşə bayramı qeyd olundu - Fotolar
TOP 10
ARXİV






