“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Avropada futbol mövsümünün ən diqqətçəkən performansı: “Topçular“ın fantastik çıxışı

Tarix 07.12.25, 23:25

Font ölçüsü : - / +
bitmap-img6


Avropada futbol mövsümünün ən diqqətçəkən performansını İngiltərənin "Arsenal" klubu göstərir. London təmsilçisi bu il həm nəticələri, həm oyun üslubunun yetkinliyi ilə fərqlənir. "Topçular" İngiltərə Premyer Liqası ilə yanaşı, Çempionlar Liqasında da bu ana qədər qarşısıalınmazdır.

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Arteta ilə yeni era

Əfsanəvi Arsen Vengerdən sonra "Arsenal" baş məşqçi postuna Unay Emerini gətirdi. İspaniyalı mütəxəssis klub tarixində Böyük Britaniyadan kənardan olan ilk çalışdırıcı idi. Onun rəhbərliyi altında komanda Avropa Liqasında final oynasa da, Premyer Liqada nəticələrin qənaətbəxş olmaması yolların ayrılmasına səbəb oldu. Emeridən sonra Frederik Lyunberq qısa müddət komandaya rəhbərlik etdi.

Avropada futbol mövsümünün ən diqqətçəkən performansı: Topçuların fantastik çıxışı

2019-cu ilin dekabrında isə klub tarixində yeni səhifə açıldı. Bu dəfə "topçular" komandanın keçmiş kapitanı Mikel Artetaya tapşırıldı. Onun startı elə də uğurlu alınmadı. Komanda mövsümü 8-ci pillədə başa vurdu. Bu isə 1994/95 mövsümündən sonrakı ən pis nəticəsi idi. Bununla belə, komanda finalda "Çelsi"ni məğlub edərək tarixində 14-cü dəfə İngiltərə Kubokunu qazandı. Növbəti mövsüm komanda yenidən 8-ci oldu və bununla 26 il ərzində ilk dəfə avrokuboklardan kənar qaldı. Azarkeşlərin narazılığına baxmayaraq, rəhbərlik Artetanı postunda saxlamaq qərarı verdi.

Növbəti mövsüm Mikel Arteta Premyer Liqanın ən gənc komandasını formalaşdırdı. Komanda həmin mövsümü Premyer Liqada beşinci sırada tamamladı və Avropa Liqasına vəsiqə əldə etdi. 2022-2023 mövsümünə gəldikdə, "Arsenal" 84 xalla mövsümü ikinci pillədə başa vuraraq yalnız "Mançester Siti"dən geri qaldı. Bu, uzun fasilədən sonra komandanın Çempionlar Liqasına qayıtması demək idi. Əslində həmin il "Arsenal" çempionluğa əsas namizəd idi. Təsadüfi deyil ki, mövsüm onların liqanı qazanmadan ən çox turu lider kimi keçirdikləri rekordla yadda qaldı.

Avropada futbol mövsümünün ən diqqətçəkən performansı: Topçuların fantastik çıxışı

2023-2024 mövsümündə komanda Premyer Liqada yenidən ikinci oldu, ancaq əvvəlki mövsümlə müqayisədə nəticəsini yaxşılaşdıraraq 89 xal topladı. Ötən mövsüm Çempionlar Liqasında yarımfinala qədər irəliləyən "Arsenal" burada gələcək çempion PSJ-yə ümumi hesabla 1:3 uduzub turniri tərk etdi. Premyer Liqada isə üçüncü mövsüm ardıcıl olaraq "Arsenal" Premyer Liqanı ikinci pillədə başa vurdu - bu dəfə onlar yalnız "Liverpul"dan geri qaldılar.

Parlaq nəticələr

"Arsenal" üçün 2025/26 mövsümü ideal keçir. Komanda Premyer Liqada 14 turdan sonra 33 xalla vahid liderdir. "Topçular" ən yaxın izləyiciləri "Mançester Siti"ni 5 xal üstələyirlər. 14 oyunun cəmi birində məğlub olub, bu matçlarda ümumilikdə 27 qol vuran kollektiv qapısında cəmi yeddi top görüb. Çempionlar Liqası göstəriciləri isə daha da parlaqdır. Komanda beş turdan sonra Liqa mərhələsinə inamla başçılıq edir. Bütün oyunlarda qələbə qazanan London təmsilçisi 15 xalla vahid liderdir. Onlar PSJ, "Bavariya", "İnter" və "Real Madrid"i 3 xal üstələyirlər. Beş qarşılaşmada rəqib qapılarına 14 dəfə yol tapan komanda cəmi bir qol buraxmaqla, Avropa səhnəsində də müdafiəsinin etibarlılığını göstərib. Düzdür, hələ qarşıda daha üç oyun var, lakin heç kim komandanın turnir cədvəlinin ilk "8-liy"ində yer alıb birbaşa növbəti mərhələyə yüksələcəyinə şübhə etmir.

Avropada futbol mövsümünün ən diqqətçəkən performansı: Topçuların fantastik çıxışı

Ağıllı transfer siyasəti

"Arsenal"ın uğurlu çıxışının əsas səbəbləri kimi Mikel Artetanın illərlə tətbiq etdiyi oyun sistemi və uğurlu transfer siyasəti göstərilir. Klub xüsusilə transferlərdə ehtiyatlı davranışı ilə diqqət çəkir. Premyer Liqa təmsilçiləri hər il yeni oyunçuların alınmasına böyük məbləğlər xərcləsələr də, "Arsenal" bu trendə qoşulmadı. Artıq qeyd etdiyimiz kimi, "Arsenal" öncə gəncləşdirmə prosesini həyata keçirdi. Daha sonra komanda çatışmazlıqlar olan mövqelərə dəqiq transferlərlə boşluqları doldurmağa başladı. Klub ulduz kolleksiyası yığmaq əvəzinə, həqiqətən ehtiyac olan və sistemə uyğun oyunçulara üz tutdu.

Transfer fəaliyyətində bu mövsümü daha cəsarətli hesab etmək lazımdır. Viktor Qyökereş, Martin Zubimendi, Ebereçi Eze, Noni Madueke transferlərinə böyük məbləğlər xərcləndi. Bu, klubun mövsümə çempionluq iddiaları ilə başlayacağının göstəricisi idi. Eyni zamanda, Martin Moskera və Martin Norqord, eləcə də, Pedro Hinkapi transferləri ilə komanda daha kompakt vəziyyətə gəldi, heyət dərinliyi artdı. Hazırda "Arsenal" zədə problemlərinə ən yaxşı reaksiya verən klublardan biridir. Çünki hər mövqe üzrə kifayət qədər yüksək səviyyəli əvəzedicilər var.

Avropada futbol mövsümünün ən diqqətçəkən performansı: Topçuların fantastik çıxışı

Ən yaxşı hücum müdafiədir?

Mikel Arteta məşqçi kimi Pep Qvardiolanın tələbəsi hesab olunur. Ancaq onun oyun üslubu müəllimindən fərqlidir. İspaniyalı mütəxəssisin "Arsenal"ı hücumda effektivdir, lakin daha çox müdafiəsinin etibarlılığı ilə diqqət çəkir. Adətən, futbolda ən yaxşı müdafiənin hücum olduğunu deyirlər, lakin "Arsenal"da bu, bir qədər fərqlidir. Komanda lazım olanda rəqiblərə böyük təzyiq göstərir, lakin ümumən daha təmkinli oynamağa üstünlük verir. Müasir futbol trendlərindən nə qədər kənar olsa da, Arteta müdafiənin cinahlarında da faktiki mərkəz müdafiəçilərinə üstünlük verir. Julian Timber və Rikardo Kalafyori əslində stoperdirlər. Lakin onların hücum planındakı axsaqlıqlarını orta və irəli xətt oyunçuları kompensasiya edə bilirlər.

Komandanın oyun üslubunun əvəzedilməz hissələrindən biri standart vəziyyətlərdir. Arteta bunu qorxulu silaha çevirib. Bəzən mütəxəssislər komandanı buna görə tənqid edirlər. Həqiqətən, bir sıra qarşılaşmalarda standart vəziyyətlərsiz komandanın rəqib müdafiəsini yara bilmədiyi görünüb. Lakin bunun özü də bir oyun üslubudur və komanda kifayət qədər yaxşı icra etməyi bacarır.

Avropada futbol mövsümünün ən diqqətçəkən performansı: Topçuların fantastik çıxışı

"Arsenal" üçün mövsüm çox yaxşı keçir. Premyer Liqada "Mançester Siti", "Çelsi" və "Liverpul"un qeyri-stabil çıxışları komandanın zirvədə rahat yerləşməsinə imkan yaradıb. Lakin azarkeşlər də, mütəxəssislər də çempionluq yolunun asan olmayacağı fikrindədirlər. Xüsusən də mövzu "Arsenal"dırsa. Son illərdə bir neçə dəfə komanda mövsümün uzun hissəsini lider kimi keçirsə də, yekunda rəqabəti məğlub başa vurub. Hazırda hər şey paytaxt klubu üçün yaxşı davam edir, lakin mövsümün yekununda nə olacağını indidən proqnozlaşdırmaq çətindir. O da dəqiqdir ki, "Arsenal" əvvəlki illərlə müqayisədə indi daha möhkəm kollektiv təsiri bağışlayır, daha təşkilatlanmışdır və daha güclüdür.



Xəbərin oxunma sayı : 439




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap