“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

SOCAR-la “MVM ONEnergy“ arasında yeni saziş imzalandı - Qazla bağlı

Tarix 10.12.25, 17:13

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.

AzFakt.com SOCAR-a istinadla xəbər verir ki, bu saziş bu gün SOCAR prezidenti Rövşən Nəcəfin "MVM Group"un baş icraçı direktoru Karoly Matrai ilə görüşündə imzalanıb.

Məlumata görə, 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

Məlumata görə, təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlki müqavilə əsasında hazırlanıb. Son illər ərzində hər iki şirkət uğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini davam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfin uzunmüddətli enerji əməkdaşlığına və regional enerji təhlükəsizliyinə sadiqliyini əks etdirir.

Görüşdə şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari layihələr və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qaz tədarükü, infrastruktur layihələri, davamlı enerji həlləri və regional tərəfdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap