“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Kamboca və Tailand arasında qarşıdurma: Hərbi əməliyyatlar davam edir

Tarix 09.12.25, 10:04

Font ölçüsü : - / +
bitmap-img6


Kamboca Silahlı Qüvvələri iki tərəf arasında davam edən qarşıdurmalar fonunda Tailandla sərhədə "T-55" tanklarını və "BM-21 Qrad" yaylım atəşli reaktiv sistemlərini yerləşdirib.

Eyni zamanda, Tailandın "F-16" qırıcı təyyarələri qarşı tərəfin istehkamlarına, anbarlarına və müvafiq gücləndirmə qüvvələrinə zərbələr endirməyə başlayıb.

Tailand Kral Hərbi Hava Qüvvələrinin məlumatına görə, "F-16" qırıcıları quru bölmələrinə birbaşa aviasiya dəstəyi göstərmək üçün göndərilib. Onlara Tailand ərazisini atəşə tutan Kambocanın artilleriya mövqelərinə hücum etmək əmri verilib.

Tailand bazar günü (dekabrın 7-si) başlayan sərhəd qarşıdurmaları zamanı Kamboca ilə toqquşmalarda bir hərbçinin öldüyünü, səkkiz hərbçinin yaralandığını bildirib. Kamboca Milli Müdafiə Nazirliyi ilk Tailandın atəş açdığını, Tailand tərəfi isə əksini iddia edir.

Kambocanın İnformasiya Nazirliyi ölkənin şimalında Tailandla toqquşmalar nəticəsində dörd dinc sakinin öldüyünü və doqquz nəfərin yaralandığını bildirib. Onminlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Hər iki tərəf bir-birini bu ilin oktyabrında əldə edilən atəşkəsi pozmaqda ittiham edib.

Daha sonra Tailand Hərbi Dəniz Qüvvələri Kamboca hərbçilərini Tailand ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyatlara başlayıb.

Tailand kəşfiyyatı suveren Tailand ərazisindəki sərhəd bölgəsində Kamboca ordusunun qüvvə və resurslarının cəmləşdiyini aşkar edib.

"Tailandın təmkininə və dialoq qurulması üçün davam edən səylərinə baxmayaraq, Kamboca qüvvələri Tailand ərazisindən çıxarılmayıb", - deyə Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Parat Rattanaçaypxan qeyd edib.

Rattanaçaypxanın sözlərinə görə, Kamboca qoşunları müdafiə xəndəkləri qazıb, ağır silahlar quraşdırıb və Tailandın mövqelərini və hərbi obyektlərini davamlı olaraq izləmək üçün PUA-lar (pilotsuz uçuş aparatı) yerləşdirib.

"Ölkənin suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün Tailand Kral Hərbi Dəniz Qüvvələrinin və müvafiq təhlükəsizlik xidmətlərinin Kamboca qüvvələrini suveren Tailand ərazisindən çıxarmaq üçün hərbi əməliyyatlar aparmaqdan başqa çarəsi qalmadı", - deyə o əlavə edib.

Kamboca, eyni zamanda, Tailandın şərq əyalətlərini "BM-21" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutmağa başlayıb.

Tailand Quru Qoşunlarının ikinci hərbi dairəsinin məlumatına görə, "BM-21"lər Samte, Fuphi, Çonqtatau və Prasattakvay rayonlarında döyüş əməliyyatlarına başlayıb.

"Əvvəlcə Kamboca atəş açıb və ikinci hərbi dairə cavab verməyə məcbur olub. Döyüş əməliyyatlarının aparılması qaydalarına əsasən, təhlükə neytrallaşdırılmalı, sərhəd bölgələri sakinlərinin həyatı və əmlakı qorunmalı idi", - deyə məlumatda qeyd edilib.



Xəbərin oxunma sayı : 106




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap