“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İsrailin razılığı olmasa, Fələstin dövləti qurula bilməz - Marko Rubio

Tarix 01.08.25, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi Marko Rubio bəzi Qərb ölkələri liderlərinin Fələstin dövlətinin tanınması ilə bağlı son qərarlarını rədd edib və onları “qeyri-adekvat” adlandırıb.

AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, Rubio “Fox Radio”ya müsahibəsində bildirib: “Bu ölkələrin heç birinin Fələstin dövləti yaratmaq imkanı yoxdur”. O əlavə edib ki, İsrail razılaşmasa, heç bir Fələstin dövləti ola bilməz.

Rubio daha sonra deyib: “Onlar sizə bu Fələstin dövlətinin harada olduğunu belə deyə bilməzlər. Onu kimin idarə edəcəyini də bilmirlər. Məncə, bu bəyanatlar konstruktiv deyil”.

HƏMAS-ın hələ də 20 nəfəri girov saxladığını və 50-dən çox adamın cəsədinin onun əlində olduğunu vurğulayan Rubio, sözügedən Qərb ölkələrini bu qruplaşmanı dəstəkləməkdə ittiham edib. O vurğulayıb: “Belə çıxır ki, HƏMAS tərəfi Fələstin dövlətçiliyini təmsil edir. Deməli, siz bu mükafatı onlara təqdim edirsiniz”.

Təşəbbüsə qoşulan ölkələr isə bunun mükafat olmadığını, əksinə, regionda sülhün bərqərar olması üçün ilkin şərt olduğunu bildiriblər.

Rubio, həmçinin iddia edib ki, son bəyanatlar tərəflər arasında davam edən atəşkəs danışıqlarına zərər verir. Onun sözlərinə görə, bu qərarlar bir çox hallarda daxili siyasətlə bağlıdır. Bəzi ölkələr geosiyasi nəticələrdən asılı olmayaraq, tərəf tutmaq üçün daxili təzyiqlərlə üzləşir. “Onlar, əslində, işə zərər verirlər, kömək etmirlər, çünki həmin bəyanatlar indi atəşkəslə razılaşmamaq və girovları azad etməmək üçün bütün səbəbləri olan HƏMAS-ı həvəsləndirmək və mükafatlandırmaqdan başqa heç nəyi dəyişməyəcək”, -deyə Rubio əlavə edib.

Rubio bütün bu ölkələri 20 canlı girovu dərhal azad etmək üçün HƏMAS-a təzyiq göstərmək üçün birləşməyə çağırıb. Onun bu müraciəti Fransa, Böyük Britaniya, Kanada, Maltanın liderlərinə ünvanlanıb. Həmin dövlətlərin qərarlarının sentyabrda keçiriləcək BMT Baş Assambleyası zamanı rəsmiləşdiriləcəyi gözlənilir.



Xəbərin oxunma sayı : 337




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap