“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beyləqanda Azərbaycan Dili Günü qeyd olundu - Fotolar

Tarix 01.08.25, 9:28

Font ölçüsü : - / +
bitmap-img6


“Konstitusiya və Suverenlik ili” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan dilinin tarixi inkişaf yolu və bu sahədə dövlət səviyyəsində görülən işlər barədə geniş məlumat verib.

O bildirib ki, bu gün ana dilimiz təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyimizin, dövlətçiliyimizin və suverenliyimizin əsas daşıyıcılarından biridir. Məhz bu baxımdan “Konstitusiya və Suverenlik ili” çərçivəsində belə tədbirlərin keçirilməsi, ana dilimiz kimi milli dəyərlərin qorunması baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı sahəsində əvəzsiz xidmətlərindən, xüsusilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin rəsmi status almasının tarixi əhəmiyyətindən bəhs edib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu siyasətin bu gün də uğurla davam etdirildiyini, dilimizin müasir çağırışlara uyğun şəkildə qorunması və təbliği istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan dilinin tarixi və mövcud durumu, qarşıda duran çağırışlar və dilin yad təsirlərdən qorunmasının vacibliyi ilə bağlı fikirlərini bölüşüblər.






Xəbərin oxunma sayı : 403




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap