Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“3000 şəhid məqaləsinin bərpası istiqamətində təcili addımlar atılmalıdır” - Fazil Mustafa

Tarix 13.09.24, 12:27

Font ölçüsü : - / +
bitmap-img6


““Vikipediya” üzərində nəzarətimizi ciddi şəkildə qurmalı, burada Azərbaycan seqmentinin güclənməsinə çalışmalıyıq. Hər halda 3000 şəhid məqaləsi silinirsə, hansısa formada məqalələrin bərpası istiqamətində addımlar atmalı, bazasını özümüzdə yaratmalıyıq ki, belə hallar olanda dərhal bərpaetmə yollarını da tapaq. Problem bizlik deyilsə, bizdən kənarda yaradırılırsa, hər halda reaksiyamız da olmalıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“3000 şəhid məqaləsinin “Vikipediya”dan silinməsində ittiham olunanlar bəzi azərbaycanlılardır. Bəli, mümkündür. Bu, hansısa şəkildə Azərbaycana qarşı çalışan qüvvələrin addımı da ola bilər. İstənilən halda diqqətli olmalıyıq. Virtual məkanda, xüsusilə, kibercinayətkarlıq sahəsində daha çox hazırlıqlı kadrların olmasına imkan yaratmalıyıq ki, bu kimi məqamlarda ən azı Azərbaycan seqmentinin asanlıqla zədə almasına yol vermək mümkün olmasın. Müəyyən dərəcədə göstərməliyik ki, belə rahatlıqla məqalələri silmək mümkün deyil. 3000 şəhid məqaləsinin bərpası istiqamətində təcili addımlar atılmalıdır”, - o bildirib.



Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap