| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
İŞİD-in “xaç anası” böyük siyasətə qayıtmaq istəyir – Səddamın qızı bir müsahibə ilə İraqda vəlvələ doğurub
Tarix 24.02.21, 22:21 |
|
Arəş Əzizi
“Independent Farsiâ€, 24.02.2021
Ərəb dünyasının televiziyaları uzun illərdir ki, bölgənin siyasi mübahisələrinə və gərginliyinə səhnə olub. Bu televiziyaların siyasi verilişləri çox populyardır, lakin bölgə ölkələri arasında siyasi və diplomatik mübahisələrə səbəb olan bir müsahibəyə bir neçə gün ərzində nə az, nə çox, düz 100 milyon dəfə baxılması nadir haldır.
Bu, keçən həftə “əl-Ərəbiyyə†kanalında 6 ayrı-ayrı hissə ilə yayımlanan müsahibədir. “Əl-Ərəbiyyə†aparıcısı Səhib Şərair Raqad Səddam Hüseynlə İordaniyanın paytaxtı Amman şəhərindəki studiyada söhbətləşib.
Devrilmiş İraq prezidentinin böyük qızı indi 52 yaşındadır və İordaniyadan, yaşadığı yerdən Ərəb dünyasının siyasi meydanında özünə yer axtarır.
Bu uzun söhbətdə Raqad həm günümüzün İraqından, həm də uşaqlıq xatirələrindən söz açıb. Üstəlik, prezidentin qızı kimi böyüməsindən, atasının və böyük qardaşının əmri ilə ərinin edam edilməsindən.
Ancaq cümlələrindən biri çoxlu mübahisə doğurub: İraqda siyasətinə qayıtmağın mümkünlüyünü düşünüb-düşünməməsi soruşulduqda, o: “Hər şey mümkündürâ€, – deyib.
Səddamın İraq siyasətinə qayıtma ehtimalı İraq parlamentinin bir çox üzvünün kəskin etirazına səbəb olub. Bəzi parlament üzvlərinin təzyiqi altında Raqadın müsahibəsi ilə bağlı İraq səlahiyyətliləri Səudiyyə Ərəbistanı və İordaniya səfirlərini xəbərdarlıq üçün Xarici İşlər Nazirliyinə çağırıb.
Atanın müdafiəsi
Raqa 1968-ci ildə doğulub və doğumundan 1 il əvvəl İraq, digər ərəb ölkələri ilə birlikdə, tarixi 6 günlük müharibədə İsrailə məğlub olub; “ən-Nəksə†adı verilən faciə ilə ərəb millətçi hərəkatının böyük xəyalları alt-üst edilib. Ancaq daha məşhur misirli vəzifədaşı Camal Əbdül Nasir ilə tarixi məğlubiyyəti bölüşən İraqın o zamankı prezidenti Əbdürrəhman Arif BƏƏS-çilərin 17 İyul inqilabı ilə devrildiyi zaman Raqad hələ anasının bətnindəydi.
Prezidentlik Həsən əl-Bəkrə keçib, lakin sabiq vitse-prezident də İraqın ən iddialı BƏƏS-çilərindən birinin əli ilə devrilib: 2 il əvvəl BƏƏS partiyasında böyük bir parçalanma təşkil edən və iraqlı BƏƏS-çiləri Suriyadakı hakim partiyadan qovan 31 yaşlı Səddam Hüseyn.

Şamdakı BƏƏS partiyası indi marksistlərin əlində idi və Bağdaddakı BƏƏS partiyası daha çox Səddamın əsas rol oynadığı təhlükəsizlik təşkilatına çevrilirdi.
Çevriliş zamanı Səddamın gənc arvadı, dayısı qızı Sacidə Təflah hamilə idi. Bundan əvvəl o, 4 və 2 yaşında olan Uday və Qusay adlı iki oğlan dünyaya gətirmişdi. Növbəti uşaq Səddamın ilk qızı oldu.
BƏƏS özünü “sosialist†partiyası adlandırırdı və ən müasir dəyərləri təmsil etməli idi. Ancaq Səddamın ailəsi çox mühafizəkar idi. Səddamın dayısı qızı ilə evliliyi ailənin böyükləri tərəfindən təşkil edilib və Raqad böyük Tikrit qəbiləsinin mühüm rol oynadığı bir mühitdə böyüyüb.
Raqad son müsahibəsində, özündən 14 yaş böyük olan, atasına yaxın ordu xadimi Hüseyn Kamil əl-Məcidlə 15 yaşında necə evləndiyini nəql edib. Orta məktəbi bitirdikdən sonra ərinin etirazına məhəl qoymayaraq universitetə girməyi bacarıb.
Səddamın ailəsində Raqad 2 kiçik bacısı Rəna və Hala ilə birlikdə nüfuzlu şəxsə çevrilib.
Müsahibənin ən şokedici hissələrindən biri də Raqadın atası ilə əri arasındakı mübahisədən danışdığı yerdir. Məhz bu mübahisənin nəticəsi olaraq cənab əl-Məcid 1995-ci ildə Raqadla (eyni zamanda, Rəna ilə evləndiyi üçün bacanağı sayılan qardaşı ilə birlikdə) İordaniyaya qaçıb. Əl-Məcid qardaşları ölkəyə qayıtmağa və İran-İraq müharibəsi zamanı Səddamı dəstəkləyən İordaniya Haşimilər Krallığından Səddam Hüseyni devirməyə çalışıblar.
Nəhayət, təxminən 1 il sonra onlar İraqa dönüb və etibarsızlıq doğurduqlarından ailədaxili münaqişədə öldürülüblər.
Yeri gəlmişkən, Raqadın ərini İraqa dönməyə inandırdığına və atasının onu cəzalandırmayacağına söz verdiyinə dair illərdir şayiələr dolaşır.
Raqad Səddamın böyük oğlu Udayın ərinin ölümündə əsas rol oynadığını və atasının bütün hərəkətinin “xain†adlandırılan 2 kişiyə qarşı olduğunu bildirib.
Bir çox tamaşaçını təəccübləndirən şey Raqadın danışarkən, göz yaşı tökməməsi və ya çox duyğulanmaması idi. Əlbəttə, ərinin öldürülməsinə təəssüfünü dilə gətirib, ancaq atasına olan sevgisinin başqa duyğularla müqayisə oluna bilməyəcəyini vurğulayıb. O, atasının hakimiyyətini və xidmətlərini təifləyib.
Bu, şübhəsiz ki, Səddam dövründə geniş yayılmış insan haqları pozuntularını xatırlayan minlərlə iraqlının xoşuna gəlməyəcəkdir.
İşğaldan illər sonra
Çağdaş ərəb dilində “işğal†mənasını verən “ihtilal†sözü, xüsusən də, İsrailin ərəb torpaqlarını işğal etməsinə işarə etdiyi üçün xüsusi emosional məna daşıyır. Müsahibəsində Raqad dəfələrlə eyni sözü ABŞ-ın 2003-cü ildə İraqa hücumuna işarə edərək istifadə edib, ailəsi ilə birlikdə ölkədən qaçaraq əvvəl Suriyaya, daha sonra Haşimilər sülaləsinin İordaniyasına pənah gətirdiyi çətin günlərin təsvirini verib.

Krallığa Səddam ailənin digər üzvləriə və minlərlə keçmiş BƏƏS-çi sığınıb. Raqad hələ də təhlükəsizlikdə yaşayır, ən azı 120 min qürbətçi iraqlı və minlərlə fələstinlinin məskunlaşdığı şəhərdə. Ammanda, bəlkə də dünyanın hər yerindən daha çox, bazar-dükanlarda və maşınların arxa şüşələrində Səddam Hüseynin şəklinə rast gəlmək olar.
Bir çoxları Səddamı Fələstin davasının müdafiəçisi adlandırır, xüsusən, 1991-ci ilin Körfəz müharibəsi əsnasında Səddamın müdafiəçisi olduğu şübhəsi ilə Küveytdən qovulan 200.000 fələstinli yeni sığınacaq tapıb.
Ailənin 2 böyük oğlu olan Uday və Qusay ABŞ-ın İraqı işğal etməsi zamanı öldürülüb və Raqad o vaxtdan bəri ailənin böyüyüdür. Məhkəmədə atasının müdafiəsini təşkil etməkdə o, əsas rol oynayıb. Son müsahibəsində Raqad atasının 2006-cı ilin dekabrında edamını həyatının ən acı və ən çətin anı olduğunu söyləyib.
2003-cü ildə iraqlılar ölkələrini səfil vəziyyətə salan Səddam Hüseynə nifrət edirdilər. Ancaq ABŞ işğalından sonra bu ölkədəki vəziyyət çox qaranlıq günlər görüb: şiə-sünni məzhəb müharibələri minlərlə insanın ölümünə səbəb olub; İslam Respublikası bu ölkəni öz arxa bağçasına çevirib; İŞİD-in yüksəlişi və soyqırımına lal şahidlik edib.
Bu illər ərzində Raqad nə edib?
Özünü Səddama sadiq hesab edən bir çox keçmiş BƏƏS-çi zabit İŞİD-in qurulmasında əsas rol oynayıb. ABŞ işğalından sonra “BƏƏS-dən nicat†qərarı minlərlə BƏƏS-çini işsiz qoyub və İŞİD kimi bir qrup ortaya çıxıb.
Raqadın əleyhdarları onu yeni İraq rejiminə qarşı hərəkətə keçən istənilən qrupu dəstəklədiyini iddia edirlər. Hətta İŞİD-i.
2014-cü ilin avqust ayında, İŞİD-in zirvəyə çatdığı dövrdə, Almaniyanın həftəlik “Şpigel†nəşri “Terrorizmin xaç anası†adlı bir hesabat yayaraq xanım Səddamın İŞİD-ə intiqam olaraq milyonlarla dollar sərvət verdiyini iddia edib. Hesabatın müəllifi Raniya Salom Raqadın lüks həyatı – “cangüdənlərindən tutmuş şəhərin burun, sinə və göz qapağı əməliyyatı üzrə ən məşhur estetik cərrahının qəbuluna tez-tez getməsiâ€nə qədər, eləcə də “iqtidara qayıtmaq niyyətində olduğu†haqqında yazıb.
Son müsahibəsində Raqad özünün fərqli obrazını yaratmağa çalışıb. O, “Twitterâ€-də görünərək siyasi səhnəyə dönmə yönündə fəallıq edir. Eyni zamanda, İslam Respublikası qüvvələrinin İraqdakı boşluqdan möhkəmlənmək üçün necə istifadə etdiyinə şifahi hücum edərək bir çox iraqlının sarı siminə toxunub. Xüsusilə də “iranlılar gerçək güc olmadığından İraqı işğal etdilər†deməklə.
Raqadın “hər şey gəlmədir†ifadəsinə Bağdadda sürətli bir təpki verilib. Sədr hərəkatının lideri Müqtəda əs-Sədr Səddam ailəsinin İraqa qayıtmasının qeyri-mümkünlüyünü vurğulayıb. “Səddamın qətliamlarını və kütləvi məzarları, qulaq, əl kəsmələri xatırlayırıqâ€.
Müqtəda İraq parlamentini və hökumətini “BƏƏS-çı komissiyaâ€nı aktivləşdirməyə və Raqad kimilərinin geri dönməsinin qarşısını almağa çağırıb.
Sədr bu açıqlamaları builki seçkilər ərəfəsində verib. İraq indi tarixi bir nöqtədədir: Mustafa əl-Kazimi (müvəqqəti olaraq vəzifədə olan) Əyyad Əllavidən sonra Səddamdan sonrakı İraqın ilk qeyri-islamçı baş nazirdir. Həm də İslam Respublikasının təsirinə müqavimət göstərməyə və İraqla bölgədəki bütün ölkələr arasında normal əlaqələr qurmağa çalışan ilk baş nazir.
Kazimi, Müqtəda əs-Sədr və digər rəqiblər İraqın macəra dolu keçmişinin kölgəsi tündləşməyə davam etdiyi üçün bu ilin oktyabrında keçiriləcək seçkiyə hazırlaşırlar.
Tərcümə: Strateq.az
Xəbərin oxunma sayı : 373
Analiz
Xəbərlər
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
-
Biz cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
-
Xalq artistindən Təranə Qumralın qızına tərif: “Nəhayət!” - VİDEO
-
Azərbaycanlı turistlər hansı ölkədə nə qədər pul xərcləyiblər? - SİYAHI
-
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR
-
Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?
-
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
-
ABŞ-ın təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi: Böyük layihə donduruldu
-
Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışı olub - Fotolar
-
Turizm sahəsində ən yaxşı ölkələr hansılardır? - 110 ölkənin siyahısı
-
Azərbaycanda nadir xəstəliklərin dərmanı tapılmır - Nazir müavini səbəbi açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
Zəfər Günü Bakının bu küçələrində məhdudiyyət olacaq - SİYAHI
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
-
Prezident və xanımı Cəbrayıl rayonunun Soltanlı kəndində açılışda iştirak ediblər - FOTO
-
Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq - Səbəbi açıqlandı
-
“Azərbaycanda inflyasiya nəzarətdədir“ - Sahil Babayev
-
24 il sonra həbs edildi - Baş Prokurorluq və DİN məlumat yaydı
-
Paytaxtda 37 milyon manatlıq torpaq - Onun alıcısı kimdir?
-
Məktəblərdə adambaşına maliyyələşmə başlayır - Nazir AÇIQLADI
-
Yas mərasimindəki mübahisə qanlı sonluqla bitdi – Məhkəmənin hökmü
-
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq – Səbəbi açıqlandı
TOP 10
ARXİV






