Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“”AtaBank”ı yüksək vəzifəli şəxslər talayıb…” – Bankın vəkilindən açıqlama

Tarix 07.10.19, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


“Atabank” artıq iflas mərhələsindədir. Xatırladaq ki, bankın vəziyyətinin yaxşı olmadığı  bundan əvvəl dəfələrlə yazılıb. Ancaq təəssüf ki, nə tənzimləyici, nə də bank özü bunu qəbul etmək istəmir.

Onların sözlərinə görə, ölkədə banklarla vəziyyət ümumiyyətlə normaldır, onların iflas etməsi və lisenziyasının ləğvi barədə danışmaq hələ tezdir. Beynəlxalq qurumların dəfələrlə xəbərdarlıq etməsi fonunda (konkret bankların adını çəkilmir, aralarında Atabankın olduğu aydın görünür) bu mümkünsüz görünür.

Lakin bu gün səhər bankın artıq tamamilə çökməsi barədə məlumatlar yayılmağa başlayıb, insanlar banka əmanət qoyan dost-tanışına zəng edərək, qoyulan əmanətləri mümkün qədər tez bir zamanda geri götürmələri haqda xəbərdarlıq ediblər. Bəlkə də bu artıq gecdir. Bankın əmanətçiləri təşvişə düşüblər, hətta  haqqın.az-ın redaksiyasına kömək üçün müraciət edənlər də olub.

Bəs, onlara nə cavab veriləcək? Bankla əlaqə qurmağın mənası yoxdur, orada yenidən göy qurşağı rəngli bir şəkil çəkməyə başlayacaqlar, ölkənin ən yaxşı banklarından birini batırmaq istəyən düşmənlərini günahlandıracaqlar. Tənzimləyici ilə danışmağa dəyməz, çünki bu yaxınlarda bankın nümayəndəsi haqqin.az-ın müxbiri ilə söhbəti zamanı vəziyyətin xüsusi narahatlıq doğurmadığına əmin edib.

Lakin bankın vəkili Əkrəm Həsənovla əlaqə qurmaq mümkün olub. O da öz növbəzində bütün həqiqətləri açıqlayıb: “Bəli, eşitdikləriniz həqiqətdir”.

Onun sözlərinə görə, bank kreditlərlə bağlı problemlər aşkar edib. Ancaq bunlar heç də prezident İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində həllini tapan problemli kreditlər deyil. “Atabank “da söhbət daha çox cinayət xarakterli əməllərdən gedə bilər. Burada milyonlarla manat dəyərində kreditlər verilib və geri qayıtmayıb, ancaq bu, adi vətəndaşlara verilməyib. Və bu cinayət işində Ə. Həsənovun qeyd etdiyi kimi, çox yüksək vəzifəli şəxslər iştirak edir.

Xatırladaq ki, bank keçmiş vergilər naziri Fazil Məmmədovla da bağlıdır. O, yüksək vəzifə tutduğu zaman banka heç kim yaxın düşə bilmirdi. Lakin F. Məmmədov postunu itirən kimi onun holdinqində problemlər də başladı, o cümlədən bankda. “Krışasız” qalan şirkətlər tədricən bağlanıb və artıq növbə banka çatıb. Düzdür, hələ rəsmi olaraq bağlanmayıb, amma gördüyünüz kimi, bu gün çox uzaq da deyil.



Xəbərin oxunma sayı : 1354




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap