| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya
Tarix 03.09.26, 14:09 |
|
Dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilib
Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumların dövlət satınalmaları və STEAM layihələrinə ayrılan milyonlarla manatlıq vəsait ətrafında suallar və müəmmalar getdikcə artır.
Apardığımız əvvəlki araşdırmalar, dövlət reyestri məlumatları, əsaslı şübhələr yaradan tender əməliyyatları, ortada son dayanacağı bilinməyən milyonlarla vəsaitin dövr etməsi və bu prosesdə iştirak edən şirkətlərin fəaliyyətinin təhlili göstərir ki, Elm və Təhsil Nazirliyinin yuxarı eşelonunda formalaşan şəbəkə var – bu şəbəkənin iradəsi ilə dövlətin təhsil büdcəsini dağıtmaq üçün mürəkkəb mexanizm qurulub.
Bir şirkət, iki profil – Dövlət pullarına gedən yol…
Təhsil və innovasiya adı altında fəaliyyət göstərən bəzi şirkət və layihələrin profili zamanla müəmmalı şəkildə dəyişir. Daha dəqiq desək, dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilir. Həmin şirkətlərin sosial şəbəkə hesablarında aparılan dəyişikliklər və əldə etdiyimiz məlumatlar bu transformasiyanın təsadüf olmadığını ortaya çıxarır.
Dövlət büdcəsini talayan şirkətlər – “ROBOSPACE” MMC və “İSTEAM” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi reyestr çıxarışlarından görünür ki, “İSTEAM” MMC (VÖEN: 1504688781) 31 iyul 2019-cu ildə qeydiyyata alınıb. Təsisçisi və qanuni təmsilçisi Məmmədov Zamiq Əlövsət oğludur (Elm və Təhsil naziri Emin Əmrullayevin sinif yoldaşı).
“İSTEAM” MMC həm də 23 may 2024-cü ildə qeydiyyatdan keçmiş “Robospace” MMC-nin (VÖEN: 1506802461) nizamnamə kapitalındakı 2 təsisçidən biridir (1 pay). Digər təsisçi isə Məmmədov Namiq Əlövsət oğludur (1 pay).
Qanuni təmsilçisi isə Məmmədov Zamiq Əlövsət oğludur.
Rəsmi sənədlərdə Məmmədov qardaşlarının adları keçir, amma bu şirkətlərin faktiki idarəçiliyinin və biznes strategiyasının nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyev tərəfindən həyata keçirildiyi şübhə doğurmur.
“Robospace” təlim mərkəzidir, yoxsa tikinti şirkəti?
“Robospace” MMC fəaliyyətə başladığı dövrdə “Robospace İnnovativ Təlim Mərkəzi” kimi təqdim olunub. Şirkət 5-17 yaşlı uşaqlar və yeniyetmələr üçün STEAM, LEGO, VEX IQ, robototexnika və mühəndislik dərsləri təşkil edib. Şirkətin “@robospace.cit” sosial şəbəkə hesabında isə 8 mindən çox valideyn və məktəblidən ibarət auditoriya formalaşıb. Lakin sonrakı mərhələdə şirkətin fəaliyyət istiqaməti kəskin şəkildə dəyişib. Sosial şəbəkə hesabında yayımlanan rəsmi açıqlamadan sonra
“Robospace” təhsil və robototexnika ilə bağlı fəaliyyətini dayandıraraq, tikinti sahəsinə keçdiyini elan edib.
Sual çox sadədir: təhsil və STEAM mərkəzi kimi tanınan bir şirkət necə oldu ki, qısa müddətdə fəaliyyət profilini dəyişərək tikinti şirkətinə çevrildi?
Tikinti sahəsinə keçid elanından sonra Instagram hesabının adı @avenza.co.az olaraq dəyişdirilib, profilin təsvirinə isə “Tikinti, Memarlıq, Layihə idarəetməsi” yazılıb. Lakin əvvəlki fəaliyyətin izləri tam silinməyib. Hesabda hələ də “Robospace İnnovativ Təlim Mərkəzi, Baku, Azerbaijan” keçidi və əvvəlki telefon nömrəsi saxlanılıb.
Bununla yanaşı, yeni fəaliyyət istiqamətini təqdim etmək üçün avenza.co.az saytı yaradılıb. Saytda “Avenza” “Modern Construction Company” kimi təqdim olunur. Lakin saytın texniki məlumatlarında WordPress administrator müəllifi kimi [email protected] elektron poçt ünvanı görünür. Rail Eyyubovun isə dünənə qədər “Robospace” MMC-nin SMM meneceri olması heç kəsə sir deyil.
@robospace.cit sosial media hesabı birbaşa rebranding prosesindən keçərək @avenza.co.az adı altında fəaliyyətini tikinti və memarlıq brendi kimi davam etdirir.
Həm “Robospace”in təlim mərkəzi profillərində, həm də avenza.co.az saytında eyni əlaqə nömrəsindən (+994 10 310 03 53) və ünvan məlumatlarından istifadə olunur.
Burada diqqət çəkən əsas məqam isə budur: həmin elektron poçt ünvanının sahibi Rail Eyyubov daha əvvəl “Robospace” MMC-də SMM meneceri kimi fəaliyyət göstərib. Yəni, söhbət tamamilə yeni və kənardan ortaya çıxmış bir şirkətdən deyil, “Robospace”in əvvəlki fəaliyyəti ilə yeni “Avenza” brendi arasında görünən əlaqədən gedir.
Bütün bu faktlar belə bir suala cavab axtarır: “Robospace”in təhsil və STEAM fəaliyyəti bitdikdən sonra onun sosial media hesabı, auditoriyası, əlaqə məlumatları və əvvəlki komanda üzvlərindən biri yeni tikinti şirkətinin təqdimatında niyə görünür?
Təhsil kursunun və minlərlə izləyicisi olan sosial media hesabının qəfildən “Avenza Modern Construction” adlı tikinti brendinə çevrilməsi bir sıra suallar və iddialar yaradır.
Nazir və dostları birləşərək təhsil mərkəzini tikinti şirkətinə çeviriblər. Niyə? Məktəb tikmək üçün. Nə üçün məktəb tikintintisi? Çünki orada daha böyük pullar var, dövlət büdcəsindən tikintiyə ayrılan vəsaitin həcmi daha böyükdür.
Etibarlılığı şübhə doğurmayan mənbələrdən əldə olunan məlumatlara görə, “Avenza” artıq şimal bölgələrində bir neçə məktəbin təmirinə başlayıb. Halbuki, şirkətin tikinti sahəsində əvvəlki təcrübəsi barədə heç bir açıq məlumat yoxdur. Təhsil kursu kimi fəaliyyət göstərən şirkət necə olub ki, dövlətin tikinti-təmir layihələrinə çıxıb?
Minlərlə valideyn və şagird təəccüb içindədir – Onlar niyə aldadılır?
Minlərlə valideyn və şagirdin izlədiyi “Robospace” hesabı indi tikinti şirkətini reklam edir. Dünən robototexnika, bu gün isə tikinti. Qəribədir, deyilmi?
STEAM avadanlıqları ilə bağlı ortaya çıxan sualların ardınca tikinti-təmir tenderlərinin də eyni çevrəyə yönəldilməsi ehtimalı ciddi araşdırılmalıdır.
Adı çəkilən şirkətin tikinti-inşaat sektorunda heç bir təcrübəsi yoxdur. Nihad Hənifəyevin təlim kursları üzərindən qazandığı “təcrübə” bu dəfə təmir-tikinti büdcələrinə çıxış əldə etmək məqsədilə inşaat sektoruna yönəldilib. O, kürəkənin mövqeyindən istifadə edərək daha da varlanmaq niyyətinə düşüb. Əlbəttə ki, bu işdə ona nazirin yaxın çevrəsinə daxil olan digər vəzifəli şəxslər – Valeh Mirzalıyev, Turtal Ayvazlı, Elnur Əliyev və s. tam dəstək göstərirlər.
Dövlət reyestri sənədləri və sosial media dəyişiklikləri ciddi və əsaslı şübhələr yaradan mənzərəni ortaya qoyur. Düşünürəm ki, əvvəlki araşdırmalarla yanaşı, aidiyyəti orqanlar bu araşırmadakı materialları da nəzərə almalıdır. Söhbət böyük bir şəbəkədən gedir, o şəbəkədən ki, dövlət büdcəsi bu şəbəkəyə daxil olan bir qrup vəzifəli şəxs tərəfindən müxtəlif şirkətlər və layihələr vasitəsilə amansızcasına talanır.
Təhsil sahəsinə aidiyyəti olmayan, nazirin yaxın çevrəsi və qohumlarından təşkil olunan şəbəkə ölkə təhsilinə ayrılan milyonlarla manatlıq vəsaitlərə çıxış əldə etmək üçün mümkün olan və olmayan bütün metodlardan istifadə edir.
Müəllif: Samir Feyruzov
Xəbərin oxunma sayı : 127
Gündəm
Xəbərlər
-
Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya
-
Paşinyan Rusiya hərbi bazasından danışdı - “Qalmaq istəsələr..
-
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi - Yeni payçı gəlib
-
MRT və KT müayinələrində qayda: Qiymətin nə qədərini vətəndaş ödəməlidir?
-
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO
-
Şərurlu İsfəndiyarı məhkəməyə vermişdi - 13 il iş verildi
-
Azərbaycandan Ermənistana növbəti ixrac həyata keçirilib - Fotolar
-
Xırdalanda obyektin üzərində əlavə tikinti aparıldı - VİDEO
-
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
-
Şimali Kiprdə 3 Azərbaycan vətəndaşı saxlanılıb - Ailələri danışdı + FOTO
-
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTOLAR
-
“Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək“ - Lavrov
-
Sığortaolunanların sayında ciddi artım - 8 ayda 104 min nəfər
-
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
-
“ASAN Xidmət” Sevinc İbadovadan ofis icarəyə götürüb - 660 min manata
-
Messiyə görə Argentinada bütün oyunlar dayandırılacaq - Xüsusi aksiya
-
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? - Zaxarovadan reaksiya
-
Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat yüksəlib - VİDEO
-
Azərbaycan nefti daha 4 dollar qalxdı - Qiymət 101 dolları ötdü
-
Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu
-
Ebola tarixdə görünməmiş sürətlə yayılır - Xəbərdarlıq
-
Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Yenilik
-
Mal ətinin qiyməti yenidən artdı - VİDEO
-
“Bu yaşdan sonra ərə baxa bilmərəm“ - Renka
-
Qısaldılmış iş vaxtı kimlərə şamil olunur? - RƏSMİ CAVAB
-
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
-
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
-
Ev almaq istəyənlərin diqqətinə: Kredit şərtləri dəyişdi
-
Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq - Türkiyə hansı addım atacaq?
-
“Heç bir turizm şirkətinə kvota verilməyib“ - ADY-dən saxta biletlərlə bağlı XƏBƏRDARLIQ
-
Nəhəng platformalar Rusiyada cərimələndi: Milyonlarla rubl ödəyəcəklər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vüsal Nəsirlidən yeni təyinat - Muradovaya vəzifə verdi + FOTO
-
Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir? - Statistika
-
Magistraturada bəzi ixtisaslarda yerlərin 50%-i boş qaldı - DİM sədri
-
Səhiyyə Nazirliyindən hava ilə bağlı əhaliyə xəbərdarlıq - “Təhlükəlidir...”
-
Bu dövlət qurumunun 10 milyona yaxın vergi borcu var - İlbəil artır
-
MİDA-nın adından saxta müqavilə düzəldənlər ifşa olunduar - VİDEO
-
İcarəçi təmir xərclərini hansı halda tələb edə bilər? - Ali Məhkəmədən Qərar
-
Ən yüksək nizamnamə kapitalına malik sığorta şirkətləri - SİYAHI
-
Prezident yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul etdi - FOTO
-
Türkiyə Rusiyaya uçuşları dayandırır? - Bu reyslər təxirə salındı
-
Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın! - DİN çağırış edir
-
Prezidentdən daşınmaz əmlakla bağlı Fərman - Qanunlarda dəyişiklik edildi
-
MİDA-dan mənzil almaq istəyənlərə mühüm xəbərdarlıq - Müraciət
-
KTN-dən AAYDA-ya transfer... - Tünzalə Muradovaya yüksək vəzifə verildi
-
Təcili yardım işçilərinin maaşları artırıldı - MƏBLƏĞLƏR
-
Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı
-
Mourinyodan sərt qaydalar: Həmin futbolçular matçı buraxacaq
-
Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
-
Daha üç vəzifəliyə hökm oxundu: Biri Mikayılovun uşaqlıq dostudur
-
Azərbaycanda bloger və influenserlər vergiyə cəlb olunur - Rəsmi məlumat
-
Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı - MƏTN
-
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? - AÇIQLAMA
-
“Bütün rüşvət işlərini o idarə edib!” - Mehdiyevin kürəkəni ilə üzləşən zərərçəkən DANIŞDI
-
Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı
-
Naxçıvanda qalmaqal: Kənd bələdiyyə sədri və kürəkəni vətəndaşı döydü
-
Rusiya hərbi bazasını Ermənistandan çıxarır? - Putindən açıqlama
-
Səliqə-səhman yaratmaq, yoxsa qanunsuz tikinti? - VİDEO
-
Maduronun həbsdən sonrakı ilk şəkli belə çəkilib - Oğlu açıqladı
-
Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? - AÇIQLAMA
-
Sakinlər təşvişdə: Binanın döşəmə və tavanı hər an uça bilər (VİDEO)
-
ABŞ-İran gərginliyi neftin qiymətini artırdı - Yeni qiymət
-
Goranboyda sursat anbarında partlayış - Rəsmi məlumat
-
“Məni ad gününə, toylarınıza da çağırmayın“ - Röya Ayxan
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
“Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış“ lazımdır“ - Paşinyan
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
98 saylı uşaq bağçasında qalmaqal - “Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...”
-
Sürücülərə şad xəbər: 46 küçədə təmir işləri yekunlaşdı
-
“ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir“ - Donald Tramp
-
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
-
“Bravo”da cəmi iki işçi var? - “400–560 manat aralığında maaşlar, növbəli və 6 günlük iş...“
-
Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı ciddi suallar var - Şair şikayətlənir
-
Azərbaycanda uşaq pulu ilə bağlı yenilik - Şərtlər açıqlandı
-
Özəl banklarda kredit qoyuluşları artır - 7 aylıq göstəricilər
-
Türkiyə-Rusiya zirvə görüşü: Ərdoğan yeni atom stansiyalarının açılışını elan etdi
-
Prezidentin Qırğızıstana səfəri başa çatdı - FOTO
-
Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - Son qiymətlər
-
Səfir Paris meriyasına cavab verdi - Məhkum olunanlar kimlərdir?
-
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
-
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - “Pakdad“da nə baş verir?
-
Sərhəddə 38 PUA vurulmuşdu - Türk F-16-ları əraziyə cəlb olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan idmançısı diskvalifikasiya edildi - Dopinqə görə
-
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
-
1992-ci ildə Gədəbəydə nə baş verib? - Cinayətin üstü 34 il sonra açıldı (TƏFƏRRÜAT)
-
Asif Əsgərov müəmması: mandata sığınmaq keçmişi unutdurmur
-
“20 Yanvar“, “Gənclik“, “28 May“... - Yeni ekspres marşrutlar haradan hara işləyir?
-
Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi
-
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış edib - FOTOLAR
-
Vüsal Şilderin qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
-
Mehriban Əliyeva Bişkekdə sərgi ilə tanış olub - FOTOLAR
-
Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq - Sabahın havası
-
Hansı rayonlara xaricdən daha çox pul göndərilir? - SİYAHI
-
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı - MƏHKƏMƏ
-
Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
-
İlham Əliyev Vladimir Putinlə ayaqüstü söhbət edib - FOTO
-
“Bizə sonsuz müharibə yox, sülh lazımdır“ - Modidən Putinə çağırış
-
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir?
-
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır - qiymətlər açıqlandı
-
Bişkekdə Qırğızıstan Prezidenti adından ziyafət verildi - Video
-
Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - FOTOLAR
-
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
-
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
-
Prezident “ŞƏT plyus” formatında görüşdə iştirak edir - Fotolar
-
Bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi
-
Azərbaycan bu təşkilatına üzv qəbul edilib - Nazirliyin məlumatı
-
Xaçmaz sakinləri Qusarçayın yatağında baş verən dəyişikliklərdən narazıdırlar - VİDEO
-
Bişkekdə İlham Əliyevin Ərdoğanla görüşü oldu - FOTOLAR
-
Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar - VİDEO
-
Hikmət Hacıyev Alen Simonyanla görüşdü - FOTO
-
Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
İlham Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
-
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - CANLI
-
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb - Böyük Qayıdış davam edir
-
“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka
-
Prezidentlə xanımının mərasimdən - FOTOLARI
-
Baş nazir imzalamışdı - Sabahdan bu qadağalar başlayır
TOP 10
ARXİV













