“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“”Azərbaycan” IES-də milyonlarla manata qənaət olunub” – Azərenerji

Tarix 29.06.20, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) yenidən qurulandan sonra çirkab sularının təmizlənməsi sistemi yaradılıb.

Bunu “Azərenerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.

V.Şahmuradovun sözlərinə görə, əvvəllər mazut qarışmış suların təmizlənməsində ciddi çətinliklər olurdu və bu da ekoloji cəhətdən problemlər yaradırdı:

“Bu problemləri aradan qaldırmaq, çirkab sularını təmizləmək üçün böyük çökdürücülər qurulurdu. Bu gün isə mazut qarışan suların təmizlənməsi üçün ciddi sistem qurulub. Həmin sistem mazutlu və yağlı suları tam şəkildə təmizləyərək suyu kanala axıtmağa imkan yaradır”.

V.Şahmuradov yenidənqurma işləri çərçivəsində qazanlarda və turbinlərdə işçi kürəklərinin də dəyişdirildiyini diqqətə çatdırıb:

“Qazanın hava qızdırıcıları, daxili boruları, eyni zamanda boruların hava yolları dəyişdirilib. Bunun faydalılıq dərəcəsinə nəzər yetirsək,  İES-in ümumi faydalılığını təxminən 10-12 qr şərti yanacaqla aşağı saldığımızı görərik. 2018-ci ilə qədər bu stansiya blokları 340-350 qr yanacaqla işləyirdisə, biz bu göstəricələri 330 qr-dan aşağı saldıq.  Stansiyanın illik enerji istehsalının təxminən 8 milyard KVt/saatdan artıq olduğunu nəzərə alsaq, milyonlarla manat vəsaitə qənaət olunması deməkdir”.



Xəbərin oxunma sayı : 1288




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap