“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Əlilliklə bağlı sosial ödənişlərdə də artım olacaq“ - Nazir

Tarix 03.12.21, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Gələn ildən digər sosial ödənişlər kimi, əlillik ilə əlaqədar pensiyalar, müavinətlər də artacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir bildirib ki, pensiya və müavinət alanların bir hissəsi əlilliyi olan şəxslərdir: "Onlara verilən sosial ödənişlərin ötən dövrdə dəfələrlə artırılması təmin edilib. Təkcə son iki ildə bu ödənişlərdə iki dəfəyə yaxın artım olub. Yeni ildən əlilliyi olan şəxslərə ödənən bütün növ sosial ödənişlərdə artımlar olacaq".

S.Babayev gələn ilin əvvəlindən minimum pensiyanın, sosial müavinət və təqaüdlərin artırılmasının 730 mindən çox şəxsi əhatə edəcəyini deyib: "Lakin ilin əvvəlində indeksasiya nəticəsində də artım olacaq ki, bu artım da pensiyaçıların 95%-ə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq. Ünvanlı yardımın hesablanması ehtiyac meyarı əsasında aparılır. Ehtiyac meyarı artdıqca yardımın məbləğinin də artması baş verir. Bu o deməkdir ki, yeni ilin əvvəlindən ehtiyac meyarı 200 manata çatdırılmaqla, aztəminatı ailələrə yönələn ünvanlı yardımın məbləği də çoxalacaq”.

Nazir qeyd edib ki, hər ailəyə düşən ünvanlı sosial yardlımın orta aylıq məbləği son üç ildə 82% artıb, 270 manatı ötüb: “Eyni zamanda, ötən il ünvanlı sosial yardımın təyinatı şərtləri yumşaldılıb, aztəminatlı ailələrin proqrama əlçatanlığı artırılıb. Məqsəd budur ki, aztəminatı ailələr daha rahat şəkildə bu yardımı ala bilsinlər”.



Xəbərin oxunma sayı : 703




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap