Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“İqtisadiyyatı açmalı, yoxsa pandemiyanı nəzarətdə saxlamalı?“ - İqtisadçı alim

Tarix 04.05.20, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün dunya dilemma qarşısında qalıb".

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, dünya ölkələrini maraqlandıran bir məsələ var - iqtisadiyyatı açmalı, yoxsa pandemiyanı nəzarətdə saxlamalı:

"Azərbaycan da bu gündən daha da yumşaldılan karantin rejimi ilə bu sualın cavabın verib. Bu gündən bir çox sahələrdə iqtisadi və ticari fəaliyyətlər yenidən bərpa olunur. Verilən məlumatlara inansaq, Azərbaycanda aprelin 27-dən indiyə qədər 287 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq  evə buraxılıb. Göründüyü kimi, karantin rejiminin yumşaldılmasının birinci mərhələsində koronavirus infeksiyasına yoluxanlarla müqayisədə sağalanlar 15 nəfər çoxdur. Dinamika müsbətdir, amma kövrəkdir. Belə ki, bu 2 göstərici arasında 5 faiz fərq var. Bu isə mayın 4-dən qüvvəyə minən qərarın risk dərəcəsinin yüksək olmasından xəbər verir. İnanmaq istərdim ki, bu məsuliyyəti üzərinə götürənlər maddi maraqlardan çıxış etməyiblər, xalqın sağlamlığını və təhlükəsizliyini önə çəkiblər. Çünki iqtisadiyyat da insan üçün yaradılmış və ona da xidmət etdiyi kimi, bütün qərarlar da birmənalı şəkildə insanlar üçün olmalıdır. Bütün bunların baş verməsi üçün pandemiya nəzarətə götürülməli və idarə olunan səviyyəyə çatdırılmalıdır".

Qubad İbadoğlu qeyd edib ki, Azərbaycanda da öndə insanlar, onların sağlamlığı və təhlükəsizliyi olmalıdır:

"İnanmağım gəlmir, ona görə ki, koronavirusa yoluxanların sağalma faizi dünya üzrə 32,3 faiz, Rusiyada 12,3 faiz, ABŞ-da 15 faiz, Gürcüstanda 37,8 faiz, Türkiyədə 50 faiz, İsraildə 51,3 faiz olduğu halda Azərbaycanda 74,5 faiz təşkil edir. Bu göstərici üzrə Azərbaycan Çin, Almaniya və Cənubi Koreyadan geridə qalır. Təki elə olsun".



Xəbərin oxunma sayı : 760




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap