“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İşsiz qalan bu şəxslərə sığorta pulu ödəniləcək...- AÇIQLAMA

Tarix 12.02.26, 21:35

Font ölçüsü : - / +
bitmap-img6


İşsiz vətəndaşların işsizlik sığortası ala bilməməsi cəmiyyətdə suallar doğurur. Bir çox hallarda işsizlik sığortası ilə işsizlik müavinəti anlayışları qarışdırılır və nəticədə sistemin əhatə dairəsi ilə bağlı yanlış gözləntilər formalaşır. Bəs niyə bütün işsizlər bu ödənişdən yararlana bilmir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, işsizlikdən sığorta sistemi bütün işsizləri əhatə etmək üçün deyil. Bu sistem sığorta prinsipi əsasında qurulub.

Onun sözlərinə görə, işsizlik sığortası işsizlik müavinəti ilə eyni anlayış deyil:

“İşsizlikdən sığorta haqqında qanun elə formada qəbul edilib ki, bütün işsizlər bu ödənişi ala bilmir. Bunun mahiyyəti ondan ibarətdir ki, şəxs işlədiyi dövrdə İşsizlikdən Sığorta Fonduna ödəniş etməlidir. Bu halda işsiz qalanda həmin sığortanı ala bilər. Bu, işsizlik müavinəti deyil. İşsizlik sığortası işləyən şəxslərin işsiz qalması zamanı ödənilən resursdur”.

İqtisadçı qeyd edib ki, sistem sığorta mexanizmi üzərində qurulduğu üçün yalnız rəsmi qaydada çalışan və fonda ödəniş edən şəxslər bu hüquqdan yararlana bilər. Onun sözlərinə görə, ödənişlərin məbləği də əvvəlki əməkhaqqına uyğun hesablanır və müəyyən hallarda indeksasiya olunur.

Beləliklə, rəsmi məşğulluğu və sığorta ödənişi olmayan şəxslər işsizlik sığortası ala bilmirlər ki, bu da bütün işsizlərin sistemdən yararlana bilməməsinə səbəb olur.



Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap