| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Azərbaycan-ABŞ iqtisadi əlaqələri yeni mərhələdə
Tarix 12.02.26, 4:11 |
|
Son dövrlərdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı yüksək səviyyəli təmasların artması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanması kimi xarakterizə edilə bilər. Bu mərhələ siyasi münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın ön plana çıxması baxımından da əhəmiyyətlidir. ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana fevralın 10-11-də baş tutan rəsmi səfərindən öncə ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Bakıya gəlməsi və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də bu prizmadan şərh edilə bilər.
ABŞ vitse-prezidentinin Azərbaycana səfəri sülh prosesinə dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” imzalanıb. Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.
Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.
İmzalanan sənədə əsasən Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir.
Hazırda Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Tarixi sülh razılaşmasından sonra münasibətlərdə uğurlu inkişaf diqqətdən kənarda qalmır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Donald Trampın birinci prezidentliyi dövründə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. Cənab İlham Əliyev Prezident seçilməsi münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycanın Amerika ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini önə çəkərək onu da qeyd etmişdir ki, biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. Bu əminlik də ifadə edilmişdir ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.
Bu gün Azərbaycan yalnız neft deyil, qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. COP29 Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanların mövcudluğunu nümayiş etdirdi. Azərbaycan, eyni zamanda, tranzit imkanları ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bu reallıqlar fonunda bildirdi ki, regionda biz hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkəyik. Biz özümüzü neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ilə təmin edirik. Bir çox ölkələr üçün çox faydalı olacaq artan ixracla yanaşı, hədəfimiz məhz budur. Bu gün biz təbii qazı boru kəmərləri ilə 16 ölkəyə ixrac edirik və qazın boru kəməri ilə təchizatı nöqteyi-nəzərindən dünyada birinci yerdəyik. Lakin bununla yanaşı, biz süni intellekt və rəqəmsal transformasiya sahəsində tərəfdaşlarımızın olması üçün Amerika və digər ölkələrdən olan aparıcı şirkətləri cəlb etmək məqsədilə buradakı enerji potensialımızdan istifadə etmək istəyirik. Cənab İlham Əliyev onu da qeyd etdi ki, hazırda üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xətlərin çəkilməsidir: “Biz bağlantıları da diqqət mərkəzində saxladığımız mühüm sahələrdən biri hesab edirik. Nəqliyyat və logistika infrastrukturumuzu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görülüb. Hazırda bizim dəniz limanımızın yükaşırma qabiliyyəti 15 milyon tondur və onun genişləndirilməsi yükaşırma qabiliyyətini 25 milyon tona gətirib çatdıracaq. Dəmir yollarımız müasirləşdirilir. Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. Doqquz beynəlxalq hava limanı, regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yükdaşıma hava yolu şirkəti – bütün bunlar artıq bir üstünlükdür.”
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri, həmçinin səfər ərəfəsində ölkə başçısının amerikalı iş adamları ilə görüşü iki ölkə arasında siyasi münasibətlərin daha da dərinləşməsi ilə yanaşı, iqtisadi əlaqələr baxımından yeni strateji mərhələnin başlanğıcıdır. İstər qarşılıqlı bəyanatlar, istərsə də görüş zamanı səsləndirilən fikirlər rəsmi Bakının ABŞ-ni yalnız investisiya mənbəyi olaraq deyil, eyni zamanda iqtisadi modernləşmə prosesində tərəfdaş olaraq gördüyünü bir daha sübut edir. Mövcud dinamika yeni mərhələdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin əsas istiqamətləri kimi investisiyaların şaxələndirilməsi, qeyri-neft sektorunda birgə fəaliyyət və texnologiya əsaslı əməkdaşlığın ön plana çıxacağını göstərir.
Vüqar Kərimov
Xəbərin oxunma sayı : 1090
Sosial
Xəbərlər
-
Aygün Kazımovanın bir günü necə keçir? - Sirlərini açıqladı
-
Könül Həmzəyeva saxlanıldı - Külli miqdarda dələduzluq ittiham olunur
-
MOK-da yeni komissiya yaradıldı - Azər Əliyevə yeni vəzifə verildi
-
“ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək“ - Tramp
-
Qoyun oğrusunun həyat dramı - Cəriməsini ödəmək üçün cinayət törətdi
-
Prezidentin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu - FOTOLAR
-
Müşfiq İmranov və biznesi - AAYDA məmurlarının diqqət çəkən sərvəti
-
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana getdi - Fotolar
-
Ramazan ayının 22-ci günü: İmsak və iftar vaxtı
-
Azərbaycanın strateji ərzaq ehtiyatı necə müəyyən edilir? - RƏSMİ
-
Turizm Agentliyindən milyonluq tender: MDB və Cənubi Asiyada Azərbaycanı kimlər “tanıdacaq“?
-
Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?
-
“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür - Bəs idarənin texnikalarını kimlər talayıb
-
Putin G20 sammitində iştirak edəcək? - Peskovdan açıqlama
-
“Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək“ - Azərbaycan Prezidenti
-
Kim Çen In 13 yaşlı qızı ilə qanadlı raket sınaqlarını izlədi - FOTO
-
“Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır“ - Prezident İlham Əliyev
-
Bakı meri dövlət tenderini özünə yaxın şirkətə verib - ARAŞDIRMA
-
Pentaqon 5 gündə 50 milyard dollar xərcləyib: Lüks qida, bahalı
-
İlham Əliyevlə Antonio Koşta mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərbaycanla sülh növbəti yüz, hətta min il ərzində əhəmiyyət kəsb edəcək“ - Paşinyan
-
Müharibədə nə qədər ABŞ hərbiçisi xəsarət alıb? - Say açıqlandı
-
Kamran Əliyev Sabunçuda qəbul keçirdi - FOTO
-
Əliyevin Koşta ilə təkbətək görüşü oldu - FOTOLAR
-
“ABŞ-İsrail-İran müharibəsi regionu alova bürümədən dayandırılmalıdır“ - Ərdoğan
-
Müştərilər ən çox bu banklardan şikayət edirlər - Tam siyahı
-
Pezeşkiandan qonşulara “atəşkəs“ mesajı: “Yalnız ABŞ bazalarını vuracağıq“
-
Ülviyyə Ağazadə pasiyentə 32 min manat təzminat ödəyəcək - SƏBƏB
-
ADY-nin departament müdiri işdən çıxdı, yenisi təyin olundu - FOTO
-
Nizami rayonunda icazəsiz tikinti aparan Razim Rüstəmov kimdir? - VİDEO
-
“8 noyabr” prospektində köhnə dəmiryolu relsləri niyə sökülür? - VİDEO
-
Putin İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
-
AYNA son bir gündə 11 obyekt icarəyə götürüb - TAM SİYAHI
-
Mbappe məşhur aktrisa ilə sevgilidir? - Madridə eyni təyyarədə getdilər
-
Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 27 nəfər işsiz qaldı
-
Azərbaycanda üç kəndin adı milliləşdirilir - QƏRAR VERİLDİ
-
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
-
Masazırda “hazır bina” üzərində gizli mərtəbə əməliyyatı - Qanunlar kimə işləyir? (FOTO)
-
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
-
Azərbaycanda qarpız ən çox hansı rayonlarda yığılır? - Tam siyahı
-
“İrana qarşı hərbi əməliyyatların payıza qədər davam edəcək“ - Zelenski
-
Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI
-
Paytaxtda qeyri-adi xidmət: Taksi sürücüsü dərd dinləməyə görə pul alır - VİDEO
-
“TikTok”da sevgilisi ilə açıq-saçıq görüntülərini paylaşdı - Cəzalandırıldı
-
Əlindəki idman çantasından 1,6 milyon manatlıq heroin çıxdı - VİDEO
-
Kanalizasiya kollektorunun üzərində tikilən təhlükəli evlər: Əhmədli sakinlərinin problemi
-
Mehdiabad qəsəbəsində qalaq-qalaq məişət tulantıları - ŞİKAYƏT/ VİDEO
-
Azərbaycan nefti 12 dollardan çox ucuzlaşdı - 90 dollara düşdü
-
İran ən irimiqyaslı hücumu həyata keçirib - Hücum azı üç saat çəkib
-
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
-
Böyük Qayıdış davam edir - Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
-
ABŞ İsrail xəbərdarlıq etdi - “İranın enerji və neft infrastrukturuna zərbə endirməyin“
-
Könül Həmzəyeva axtarışa verildi - Külli miqdarda dələduzluqda ittiham olunur
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
-
Ramazan ayının 21-ci günü - İmsak və iftar vaxtları
-
Çətin keçdiyi deyilən buraxılış imtahanları ilə bağlı müzakirələr səngimir - VİDEO
-
“Həkimlərin dediyinə heç fikir də vermədilər...” - Qənirə Paşayevanın bacısı
-
Mask yenidən dünyanın ən varlısı oldu: Sərvəti rekord həddə çatdı
-
Sifarişlə avtomobil gətirərkən aldanmamaq üçün nə etmək lazımdır? - VİDEO
-
15 yaşlı oğlan müəmmalı şəkildə öldü - Ailəsi hadisəni gizlətməyə çalışdı
-
Putin Pezeşkianla telefonda danışdı - Yaxın Şərqdəki vəziyyəti müzakirə edilib
-
Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - VİDEO
-
Merkel, Zelenski və Valensa ilə təltif olunublar - Avropa Xidmət Ordeni ilə
-
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
“İranın raket buraxılışları 90%, dron hücumları isə 83% azalıb“ - Heqset
-
Paytaxtın bu ərazisində 3 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
“Qarabağ“ın futbolçusu Kolumbiya millisində - İlk dəfə
-
Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi - Azərbaycana dəstəyini ifadə edib
-
Son 10 ildə ən çox hansı xərclərimiz artıb? - SİYAHI
-
İsrailə raket hücumu: Azərbaycan vətəndaşı həlak oldu
-
Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
-
ABŞ Rusiyaya qarşı neft sanksiyalarını qismən yumşalda bilər... - Bloomberg
-
“Homeline“ şirkətinin direktorundan dələduzluq - 300 min manata yaxın...
-
Qaçırdığı qızı zorla videoya çəkdi - Dostları ilə birgə tutuldu
-
Nazir Prezident mükafatçısına vəzifə verdi - Qayıbov əmr imzalayıb
-
“İranın yeni ali lideri Trampın sözlərinə qulaq asmalıdır“ - Heqset
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Surxanı icra başçısı Adil Əliyevin 3 mərtəbəli obyekti - Qiyməti 4-5 milyon manatdır
-
“Evimiz Store“un rəhbəri ilə bağlı qərar verildi - Yarım milyonluq borca görə...
-
Moskva və Qars müqavilələrinin adı - Naxçıvan Konstitusiyasından çıxarıldı
-
İrandan 10 gündə 3 mindən artıq hücum - Bu ölkələri hədəf aldı
-
Gözdən əlil qadın 18 ildir növbədədir, amma mənzil ala bilmir və Agentlik susur...- ŞİKAYƏT
-
Saleh Məmmədov çətin vəziyyətdə - “ATF” MMC şirkəti yoxlanılır
-
“Tramp Putindən Ukraynada atəşkəs istəməyib“ - Kreml
-
Buraxılış imtahanda suallar yenə çətin olub? - DİM-dən açıqlama
-
Paşinyanın boşanmasının səbəbi: Anna Akopyan Pekin sammitində sərxoş olub...
-
“Yaxın Şərqdə müharibənin yeganə qalibi Rusiyadır“ - Aİ lideri
-
Qarabağa qayıdış: 2025-də hansı kənd və şəhərə neçə nəfər köçüb?
-
Pakistan donanması ticarət gəmilərini müşayiət edəcək: Yeni əməliyyatın anonsu
-
Ağsuda dələduzluq edən qadın “məmur“ tutuldu -FOTO
-
Ermənistan Xarici Kəşfiyyat Xidməti: Seçkilərlə bağlı diaspora təzyiq edilir
-
Daha bir quruma xidməti avtomobillər veriləcək - QƏRAR
-
Türkiyə bu şəhərə “Patriot“larını göndərir - İrana qarşı müdafiə gücləndirilir
-
Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi - Nələr Olacaq?
-
“Azeri Light“ 4 ilin zirvəsində: Bahalaşan neft Azərbaycan üçün nə vəd edir?
-
Orta aylıq maaş 1400 manata çatır - Bakıda 4 min manat qazananlar kimlərdir?
-
Verdiyiniz borcu geri ala bilmirsinizsə - Bu yazını oxuyun!
-
Müğənninin evinə basqın: Təqsirləndirilən şəxslərin işi Ali Məhkəmədə araşdırılır
-
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
-
İran xaricdəki “yatan hüceyrələri” aktivləşdirə bilər - ABC News
-
“Narahatlığa heç bir əsas yoxdur” - Müdafiə Nazirliyi çağırış etdi
-
Babək prospektində qalmaqallı tikinti - nə icazə var, nə də nəzarət (FOTOLAR)
-
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü - Kəskin bahalaşma
-
İran ABŞ ilə yeni danışıqları nəzərdən keçirmir - Abbas Əraqçi
-
Prezidentin tapşırığı ilə İrana humanitar yardım yola salındı - Fotolar
-
Abramoviç pullarının bir hissəsini Rusiya ordusuna vermək istəyir - İddia
-
“İranla müharibə demək olar ki, başa çatıb“ - TRAMP
-
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
-
Trampla Putin telefonda danışdı - İran və Ukraynanı müzakirə etdilər
-
Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir
-
“Avroviziya“ mahnımız təqdim olundu - VİDEO
-
Tikinti materialları bazarında durğunluq yaşanır - VİDEO
-
Rusiya Avropa ilə neft və qaz tədarükü üzrə əməkdaşlığa hazırdır - PUTİN
-
“Məqsəd İranın raket imkanlarını zəiflətməkdir“ - Rubio
-
“Can Azərbaycanla daim təmasdayıq“ - Türkiyə Prezidenti
-
Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur“ - VİDEO
-
Ramazan ayının 20-ci günü - İmsak və iftar vaxtları
-
Azərbaycanda qızla intim görüntülərini paylaşan tiktoker saxlanıldı - 500manat cərimələndi
TOP 10
ARXİV






