“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Tahir Budaqov getdi, YAP-ın aparat rəhbəri kim olacaq? - İki namizədin adı çəkilir

Tarix 10.02.26, 13:47

Font ölçüsü : - / +
bitmap-img6


Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra Yeni Azərbaycan Partiyasında (YAP) Aparat rəhbəri postu boşalmış sayılır.

AzFakt.com Musavat.com-a istinadla xəbər verir ki, hakim partiyanın mərkəzi strukturlarında bu vəzifəyə kimin gətiriləcəyi yönündə müzakirələrin başladığı bildirilir.

Məlumata görə, YAP rəhbərliyi Aparat rəhbəri postuna daha çox partiya daxilində uzunmüddətli idarəçilik təcrübəsinə malik, Mərkəzi Aparatın iş mexanizmini yaxşı bilən şəxsin təyinatında maraqlıdır. Bu baxımdan bir neçə ad ehtimal olunan namizəd kimi hallanır.

Müzakirə olunan adlar sırasında YAP İdarə Heyətinin üzvlərindən, partiyanın regional strukturlarına nəzarətdə və təşkilati məsələlərdə aktiv rol oynayan funksionerlərin olduğu bildirilir. Xüsusilə partiya aparatında müxtəlif rəhbər vəzifələrdə çalışmış, eyni zamanda, Prezident Administrasiyası və ya yerli icra strukturları ilə koordinasiya təcrübəsinə malik şəxslərin şansı daha yüksək qiymətləndirilir.

Siyasi müşahidəçilərin fikrincə, yeni Aparat rəhbərinin seçimi YAP-ın qarşıdakı dövrdə təşkilati islahatları və struktur yenilənməsi ilə birbaşa bağlı olacaq. Bu vəzifəyə təyin olunacaq şəxsə partiyanın daxili intizamının qorunması, regional təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və seçki proseslərinə hazırlıq baxımından mühüm rol tapşırılacaq.

Mümkün namizədlər sırasında Aparat rəhbərinin müavini Əhliman Tağıyevin adı çəkilir. Digər ehtimal olunan namizəd YAP Veteranlar Şurasına və partiyanın ideoloji xəttinin formalaşdırılmasında aktiv iştirak edən Mübariz Qurbanlıdır.

Siyasi müşahidəçilərə görə, onun ideoloji və inzibati təcrübəsi Aparat rəhbəri funksiyalarını icra etməyə imkan verə bilər.

Bəzi mənbələr isə istisna etmir ki, Aparat rəhbəri postuna Prezident Administrasiyası və ya icra hakimiyyəti sistemində çalışmış, lakin YAP-la sıx bağlı olan yeni bir kadr da gətirilə bilər. Bu ssenari partiyanın Mərkəzi Aparatında idarəçilik yanaşmasının yenilənməsi kimi də dəyərləndirilir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Gözləntilərə görə, yaxın vaxtlarda Aparat rəhbəri postu ilə bağlı qərar rəsmiləşdirilə bilər.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap