“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Abşeron rayon Məmmədli kəndində kənd təsərrüfatı təyinatlı torpaqları satan kimdir?

Tarix 10.02.26, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikib satan makler Ceyhun Mirzəyevi hansı məmurlar himayə edir?

Son illər Paytaxt və ətraf rayonlarda kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikilməsi halları çoxalıb. Qanunverciliyə görə bu təyinatlı torpaqlar yalnız əkin sahəsi üçün istifadə olunar. Ancaq ev tikintisi ilə məşğul olan bir çox makler-işbazlar yerli icra hakimiyyətləri ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda həyət evləri tikərək satırlar.

 AzFakt.com-a daxil olan məlumata görə Abşeron rayon Məmmədli kəndində də kənd təsərrüfatı təyinatı torpaqlarda həyət evlərinin tikilməsi sürətlə aparılır. 

Qeyd edilir ki, Ceyhun Mrzəyev adlı makler Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikərək satışını həyata keçirir. Ceyhun Mrzəyev ev satdığı şəxslərə kənd təsərrüfatı təyinatı torpaq üçün verilən çıxarışı təqdim edir. Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşaraq” qanunsuz tikinti aparan Ceyhun Mrzəyev tikdiyi evlərə su,işıq və  qaz sayğacları da quraşdıra bilir. Məlumata görə Ceyhun Mirzəyev Abşeronda yerləşən “Azərişıq”, “Azərsu” və “Azərqaz”-ın rayon şöbələri ilə “anlaşaraq” bu sayğacları alır. Adıçəkilən şəxsin Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda xeyli sayda qanunsuz ev tikərək satdığı deyilir. Məlumatda qeyd edilir ki, Ceyhun Mirzəyev arxasında ciddi məmurların dayandığını özü etiraf edir. Əgər bu belə olmasaydı Məmmədli kəndində inşa edilən qanunsuz həyət evlərinin tikintisinə Dövlət Şəhərsalma və Arxektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müdaxilə edərdi. 

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda aparılan qanunsuz tikintilərlə bağlı reportajımızı oxuculara təqdim edəcəyik.  



Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap