“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” - Video

Tarix 12.02.26, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda edilən estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğrayıb.

AzFakt.com “Xəzər” TV-yə istinadən xəbər verir ki, hadisə paytaxt sakini Gülzar Mikayılovanın başına gəlib.

O iddia edib ki, canlı söhətdə gördüyü kampaniya ilə bağlı “Dəniz Hosbital”a gedib.

Ona “Üzgərmə və bir neçə fərqli prosedurlar ediləcək” deyilsə də, xəstəxanada bunlardan birinin həyata keçirilməyəcəyi qeyd edilib. Gülzar Mikayılovanın iddiasına görə, əməliyyatı canlı söhbətdəki həkim yox, Həmid Əsədov edib.

Əməliyyatdan sonra üzündə olan problemləri görən xanım yenidən həkimə müraciət etmək istəsə də, bu, bir müddət mümkün olmayıb. Daha sonra aparılan danışıqda həkim bildirib ki, pulu geri qaytaracaq, lakin bunu da etmir.

Hadisədə adı hallanan həkim Həmid Əsədov iddiaları təkzib edərək bildirib ki, əməliyyatdan sonra yaranan deformasiya qanda olan problemə görədir. Həmin çapıq getsin deyə müalicə təklif olunsa da, qarşı tərəf qəbul etməyib və hədə-qorxu ilə pul tələb edib. Bir müddət isə tibbə aid olmayan səbəblərdən fəaliyyət göstərməyib. Hazırda işləmədiyinə görə ödənişi qaytara bilmir. İşinə geri qayıtdıqdan sonra pulu verəcək.

Əməliyyatın icra edildiyi xəstəxana isə məsələyə münasibət bildirməyib.

Daha ətraflı videomaterialda:




Xəbərin oxunma sayı : 133




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap