Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“İstanbul” kanalı Türkiyəni böyük siyasət sahibi edəcək –İran isə buna alternatv hazırlayır

Tarix 22.08.18, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Stanislav Tarasov

regnum.ru, 21.08.2018

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “İstanbul” kanalı layihəsini elan edəndə aydın olub ki, Türkiyə yeni şəraitdə bir sıra ölkələrin 1936-da imzaladığı və buna uyğun olaraq beynəlxalq boğazlar rejiminin müəyyən edildiyi Montre Konvensiyası dönəminə qayıtmaq niyyətindədir. Hazırda ayrıntılara varmadan qeyd edək ki, dünya diplomatiyasının kəskin mübahisələr və Qara dənizdən Aralıq dənizinə strateji önəmli yola hansı ölkənin nəzarət etməli olduğuna nisbətdə  ziddiyyətlərin müşayiət etdiyi çox böyük oyunu onun meydana çıxmasının önündə gedib. Qeyd edək ki, Montredəki konfrans o zaman dünya siyasətinin mərkəzində olan Ankaranın təklifiylə çağırılmışdı. Buna görə də “İstanbul” kanalı layihəsinin indi anons edilməsi ona yönəlib ki, dünya siyasətində ağırçəkililik Türkiyə qaytarılsın, axı Qara və Mərmərə dənizləri arasında gəmiçilik kanalının hökmən hüquqi təminata ehtiyacı olacaq.

Və dərhal kəskin intriqa. Ankara bildirir ki, artıq cari, 2018-ci ildə layihənin əməli gerçəkləşdirilməsinə girişmək niyyətindədir. Ekspertlərin çoxu bununla bağlı bildirir ki, Türkiyə yeni boğaz inşa edərək geopolitik amil və layihənin iqtisadi məqsədəuyğunluğu kartlarını oynatmaqla su arteriyalarından istifadə şərtlərini də yeni şəkildə diktə edə bilər. Habelə fikir var ki, Ankara, ümumiyyətlə, Bosforda gəmiçiliyi sıfıra endirə bilər. Türkiyə Montre konvensiyasınmın bəzi müddəalarına narazılığını əvvəllər dəfələrlə ifadə edib. O, indi ümumiyyətlə kanalın yeni beynəlxalq statusunu təklif edərək bu konvensiyanı ləğv edə bilər. Rusiya şərqşünası Yevgeni Satanovskinin hesab etdiyi kimi, hadisələrin belə inkişaf ssenarisi halında “Montre konvensiyası ləğv olunacaq və boğazların statusu 1913-cü il vəziyyətinə qayıdacaq, tranzit isə Ankaranın əhvalından asılı olacaq”.

Bundan nəticə: “İstanbul” kanalının inşası təkcə Türkiyənin deyil, həm də beynəlxalq birliyin mənafeyinə toxunduğundan yeni nəqliyyat arteriyası üzrə gəmiçiliyin tənzimlənməsi haqda danışıqlara başlamağı tələb edir ki, dünyanın əlaqədar dövlətlərini yetərincə uzun müddət manipulyasiya etməyi sürdürməyə gözəl imkan qazanır.

Oyunun qiyməti – başlıca olaraq Qara dənizyaxası bölgədə hərbi-siyasi durumdur. Yada salaq ki, hazırda Montre konvensiyası Qara dənizdən kənar dövlətlərin hərbi gəmilərinin boğazlardan keçidinə məhdudiyyət qoyur. Yeni kanal Türkiyəyə istənilən hərbi gəminin, hər şeydən qabaq, NATO üzrə tərəfdaşlarının Qara dənizə girişini təmin edə və yaxud etməyə bilər. Bununla yanaşı, “İstanbul” kanalı ancaq Türkiyə dövlətinin gücüylə salınacaqsa, o, açılışdan sonra Ankaranın idarəçiliyi altında olacaq. Bu, bölgədə geopolitik rolu gücləndirir, dünyanın aparıcı ölkələri və qonşu dövlətlərin yeni kanalın statusu və ondan istifadə qaydaları məsələsi üzrə  Türkiyədən danışıqlar tələb etdiyi bir vaxtda kozır kartlar verir. Fikrimizcə, Ankara belə danışıqlara gedəcək və başqa yönlərdə xal toplayaraq danışıqlar prosesini maksimal uzadacaq. Qərb ekspertləri bununla yanaşı Türkiyəyə əldə olan basqı rıçaqlarından istifadə ilə onunla danışıqlara mümkün qədər tez başlamağa çağırırlar. İkinci vəzifə “İstanbul” kanalının iqtisadi effektini artırmaqdan ibarətdir. Amma hər şey ilk baxışdan görünə bildiyi qədər sadə deyil. Türkiyənin “Taraf” nəşri bu yaxınlarda məlumat verib ki, Tehran universiteti Xəzər dənizini Fars körfəziylə birləşdirəcək yeni gəmiçilik kanalının inşası üzrə layihə sənədlərinin hazırlanmasına başlayıb. Onu 2030-cu ilə başa çatdırmağı planlaşdırırlar. Nəticədə Xəzər dənizinə çıxan ölkələr – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya, İran – neft və qazı açıq dənizə nəql edə bilər. Hətta Rusiya hərbi gəmiləri Türkiyə boazlarına ehtiyac olmadan okeanlara çıxa bilər. Və boğazlardan keçən gəmilərin sayı azalsa, dünyanın iqtisadi mərkəzinin Sakit okean bölgəsinə keçdiyini nəzərə alsaq, “İstanbul” kanalı layihəsi “qulpsuz çamadan”a dönə bilər. Çətin ki, Türkiyə qüvvələrin bu cür paylaşmasından udsun, amma bu mövzu daha ətraflı araşdırma tələb edir. Bu haqda növbəti oçerkdə.


Tərcümə Strateq.az-ındır.

 



Xəbərin oxunma sayı : 388




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap