Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“İstefa” şüarları nəticəsini verdi - Elxan Məmmədov göndərilir

Tarix 07.07.19, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə məğlub olması futbol ictimaiyyəti tərəfindən belə desək, həzm olunmadı. Oyunun gedişində 20-dən çox azarkeş "istefa” şüarını səsləndirdiyi üçün polis bölməsinə aparıldı. Oyundan sonra isə sosial şəbəkələrdə AFFA rəhbərliyi, xüsusilə də, baş katib Elxan Məmmədov tənqid olundu, onun istefası tələb olundu.

AzFakt.com Komanda.az-a istinadən xəbər verir ki, insanların həm stadionda, həm də sosial şəbəkələrdə "istefa” tələbi nəticəsini verib. 

Elxan Məmmədova istefa ərizəsini yazmaq tapşırılıb. Bəs baş katib postunu nə vaxt tərk edə bilər? Məsələ burasındadır ki, azarkeşlərin (bura xeyli sayda idman jurnalisti də daxildir) "istefa” şüarları dövlət səviyyəsində narahatlıq yaradıb. Məlum olduğu kimi, sosial şəbəkələr dövlət qurumları tərəfindən daim təqib olunur, izlənilir və istənilən kütləvi narazılığa reaksiya verilir. 

Elxan Məmmədovun həm stadionda azarkeşlər tərəfindən, həm də sosial şəbəkələrdə istefasının tələb olunması da (bunların üzərinə futbol üzrə milli komandaların bərbad çıxışlarını da gəlin) diqqətdən qaçmayıb. Sadəcə, "istefa” şüarlarından dərhal sonra baş katibin postundan uzaqlaşdırılması belə demək mümkünsə, həssas məsələ olduğu üçün, onun istefasının daha sakit zamanda baş verməsi lazım bilinib.

Yaxın zamanlarda Elxan Məmmədovun AFFA-nın baş katibi postundan getməsi xəbərinin veriləcəyi gözlənilir.



Xəbərin oxunma sayı : 460




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap