Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Ştutqart“ saxta məhsulları “brend” adı ilə baha qiymətə satır - Şikayət

Tarix 20.11.21, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


"Ştutqart” Mağazalar Şəbəkəsi keyfiyyətsiz avtomobil ehtiyat hissələrini orijinal adı ilə satır.

Bakıvaxtı.az-a müraciət edən vətəndaş bildirib ki, eks-deputat Nəriman Əliyeva məxsus, avtomobil ehtiyat hissələrinin topdan və pərakəndə satışı ilə məşğul olan "Ştutqart”ın Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 19A ünvanında yerləşən "Mikrorayon” filialının mağazası müştəriyə keyfiyyətsiz məhsul satıb.

Vətəndaş mağazadan termostat (mühərrikin soyutma sisteminə aid ehtiyat hissəsi) alıb avtoservisə yaxınlaşıb. Usta avtomobilə lazımi təmir və texniki xidmətləri göstərib.

"Müştərilərini aldadan "Ştutqart”ın mağazası orijinal olmayan məhsulu "brend” adı ilə 110 manata mənə satdı. Avtoservisdə usta lazımi texniki xidməti göstərdi, yəni termostatı mühərrikdə yerinə bağladı. Bir müddətdən sonra yenə termostat işləmədi. Həmin ustaya gedib problemin səbəbinin araşdırılmasını istədim. "Ştutqart”dan aldığım termostata baxış keçirilən zaman məhsulda defekt aşkarlandı”,- deyə vətəndaş bildirib.

"Ştutqart”ın sözügedən mağazasına yaxınlaşan müştəri məhsulun dəyişdirilməsini istəyib. Amma mağaza müştərinin haqlı və qanuna əsaslanan tələbini rədd edib. Nə məhsulu dəyişib, nə də ödədiyi məbləği müştəriyə qaytarmayıb.

Müştəri məmnuniyyətini deyil, daha çox qazanmağı hədəfləyən şirkət rəhbərliyi satdığı məhsulların keyfiyyətsizliyinə əmin olduğu üçün ona zəmanət də verməyib.

Qeyd edək ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun 7-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları təsbit edilib. Belə ki, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan müəyyən edilən hüquqlarını tələb edə bilər.

Mülki Məcəlləsinin 623-cü və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddələrində alınan malın geri qaytarılması tənzimlənir. Belə ki, alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. Lakin satıcı tərəfindən daha uzun müddət də müəyyən edilə bilər.

Mülki Məcəlləsi, 623.1-ci maddəsinə əsasən, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.



Xəbərin oxunma sayı : 1615




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap