Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Allah birdir, hər şeyi ondan istəməlisən” – Siyavuş Novruzov

Tarix 11.06.19, 10:22

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub. 

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov modern.az-a bildirib ki, insan inanırsa, pirlərə gedəcək, sitayiş edəcək:

“Mən də uşaq vaxtı pirlərə getmişəm.  O boyda “İmamzadə”ni Heydər Əliyev Fondu təmir etdirdi, insanların ixtiyarına verdi. Son yayılan videoya baxmamışam, Goranboydakı həmin hadisədən xəbərim yoxdur. Amma ümumiyyətlə, pirlərə getmək ziyanlı deyil. İnsanlar bara, narkotik çəkməyə getmirlər ki, qoy ziyarətgahlara getsinlər.

Cəhalət isə tamam başqa bir şeydir. O insanın inamı var, bəlkə pirə gedib, özünə şəfa tapır. Biz onun qarşısını niyə alaq ki? Xristianlar kilsəyə gedirlər, oturub, kilsə rəhbərinin əlini öpürlər. Bir adam bunu cəhalət adlandırmır. Amma bizdə bir şey olan kimi deyirlər, cəhalətdir. Bizdə Nardaran piri, Ətağanın qəbri və s. var. Mən özüm gedirəm oralara. Mən insanam, bəlkə inancım həqiqət tapır. Bilirsiniz, insan bu yolla Allaha yaxınlaşır, hesab edir ki, orada dua etsə, Allaha daha yaxın olar. Allah birdir, hər şeyi ondan istəməlisən. Ora gedəndə nolar ki, bu adam oğurluq, quldurluq etmir. Buna baxmayaraq, 1-2 dələduz çıxır, yalandan nə isə hazırlayır, insanları cəlb edir. Bu, xurafatdır, tamam başqa məqamdır. Amma ziyarətgahlara getməyə niyə qadağa qoyulsun?".



Xəbərin oxunma sayı : 280




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap