|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Ana, sonra, sonra sənə zəng edərəm...” – Şəhid Tərlan Atakişiyevin son sözü
Tarix 08.01.21, 14:10 |
|
Onun həyatında əvvəllər baş vermiş bütün hadisələr bundan sonra şəhidliyin təfərrüatı kimi qəbul olunacaq. Elə ona görə ömrünün müxtəlif dönəmlərindən asta-asta, aramla, sanki ehtiyatla üzübəri, müqəddəs bir məqama – şəhidlik qapısına doğru gəlirik...
44 gün çəkən İkinci Qarabağ müharibəsində 44 yaşının tamamına 4 ay qala şəhid olmuş leytenant Tərlan Atakişiyevin evində atası Dərgah kişi, anası Həqiqət xanımla üz-üzə oturmuşuq. Daha bir 4 rəqəmi ortaya çıxacaq. Tərlanın həlak olduğu tarix: 24 oktyabr 2020-ci il. Şəhidlər nişan qoyulmuş adamlardı.
Tərlan Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. O, natamam orta məktəbi başa vurandan sonra ailə Bakıya köçür, Tərlan orta təhsilini kimya-biologiya təmayüllü məktəbdə davam etdirir. Orta məktəbi bitirib, Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Səneyi Universitetinə) daxil olur. Arada 1 il möhlət götürür, Almaniyada yaşamaq istəyir, amma yenidən geri dönür.
Bu detal Tərlanın həyatında iki iz buraxır: uzun müddət Rusiyada yaşamış atasının təkidlərinə baxmayaraq daha heç vaxt Azərbaycandan kənara getməyəcəyini qət edir, bir də ali məktəbdə iki qrupda oxuduğu üçün əlavə dostlar qazanır.
Ali təhsil alarkən hərbi kafedranı bitirmiş Tərlan leytenant kimi hərbi xidmətə yollanır. Bax o illərdə istəyir həyatını hərbə bağlasın, amma bu arzusu reallaşmır. Özəl bir səbəb varmış...
Həqiqət Atakişiyeva: “Uşaqlıqda revamtizması vardı, ona görə dedi, hərb mənlik deyil. Ordudan tərxis olundu, zabit kimi ehtiyata buraxıldı”.
Taleyin diqtəsi və ya yenidən ordu...
“Hərbi xidmətdən sonra, – Həqiqət xanım oğlunun tərcümeyi-halında daha bir döngəyə burulur, – kiçik bizneslə məşğul oldu, yavaş-yavaş dostlarıyla şirkət qurdular. Özü də Tərlan çox dost sevən, ünsiyyətcilidi, ailəyə sadiqidi, qohuma-əqrəbaya, hamıya canıyananıydı. Elə bayram olmazdı, gəlib bizə baş çəkməsin...
Yalan olmasın, nəslimizdə belə bir uşaq, belə bir oğlan yoxudu. Tək yaraşığından söhbət getmir. Hamımıza diqqət eləyər, qayğı göstərər, ehtiyacı olana gücü çatan köməyi əsirgəməzdi”.
Həqiqət xanım deyir ki, yayda Tovuz döyüşlərində general Polad Həşimov şəhid olandan sonra Tərlan könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib: “Əslində Tərlanla bərabər o biri oğlum Fateh də, dayısı oğlu da, dostları da cəbhəyə getmək üçün könüllü yazılmışdılar. Bu xəbəri eşidəndə dedim, ay Tərlan, sən bu yaşında, dizində də problem, müharibəyə necə gedə bilərsən?
Bir neçə il qabaq Novruz tonqalından atılanda Tərlanın ayağı zədələnmişdi, dizinə su yığılırdı. Dizini əməliyyat da etdirmişdi. Hərdən ağrı verirdi. Dedi, yox, ana...”
Həqiqət xanımın sözlərinə görə, Tərlan payız qabağı kənddə həyətdə iş görməyə, sahman yaratmağa başlayır: “Balaca damı təmir elətdirdi, hasarı söküb təzədən hördürdü. Həftənin o başı-bu başı kəndə yanımıza gəlirdi.
O ərəfədə dedi, ana, dizim yenidən ağrımağa başlayıb. Dedim, get həkimə. Düzü, özünə baxanıdı, uşaqlıqdan revmatizmə görə həkimlərə aparırdım deyə həkim yolunu tanıyırdı, səhhətinə fikir verənidi. Dedi, hə, gedəcəm, bu işləri yoluna qoyum...”
“Qalanı sonraya qaldı”
Həqiqət xanım həmin günü xatırlayır: “Sentyabrın 28-i kəndə gəldi. Daha həyətdə iş yekunlaşmışdı. Qıraqda bir topa torpaq qalmışdı, onu apardı çuxura boşaltdı, daşları hasarın dibinə yığdı, bir-iki dəmir vardı, onu da götürdü. Dedi, ana qalanı qaldı sonraya...
O qohuma baş çəkdi, bu qonşuya keçdi. Görürəm nəsə qaça-qaçdadı. Mənə heç nə demir. Sonra qayıtdı ki, filankəslər də müharibəyə getdilər. Soruşdum bəs sən?.. Məni sakitləşdirdi, dedi, bilmək olmaz, bəlkə mən gedincə müharibə bitdi? Ancaq dedi, çağırsalar, gedəcəm”.
Bakıya qayıdan Tərlan axşam ata-anasına zəng vurur: “Çağırıblar sabah saat 7-də çıxıram. Ay bala, bəs, bizə niyə demədin? Narahat olmayın, uşaqlar yola salacaqlar”.
Deyir və gedir...
Həqiqət xanım: “Bir müddət Pirəküşküldə təlim keçdilər. Bizə də zəng vurub dedi ki, yığışın gəlin Bakıya, evi yiyəsiz qoymayın. Bakıya gələndə kiçik oğlum Fateh dedi, ana, səni Tərlanla görüşdürəcəm. Yolda Pirəküşkülə döndük. Bu, Tərlanla son görüşümüz oldu...”
Son zəng də çalınacaqdı
Həqiqət xanım dəqiq xatırlamır, ya oktyabrın 4-ü, ya 5-i Tərlan Atakişiyev döyüş bölgəsinə yola düşür: “Yola düşəndə də zəngləşdik. Dedi, darıxma, ana, gedirik. Bax, maşınla gedirik...”
Manqa komandiri olan Tərlan Atakişiyev Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Həqiqət xanımın fəhminə, yaddaşına etibar eləsək, o, Füzuliyə ikinci hücum zamanı həlak olub, hətta deyir, deyəsən, Cəbrayılda da döyüşüblər: “Qohumlar, dostları hər gün Tərlanla danşırdılar. Mən bir az ehtiyat edirdim, fikirləşirdim ki, birdən danışanda başı qarışar, bir xətər toxunar ona...”
Ana bir şeyi yaxşı xatırlayır: oktyabrın 23-nə qədər oğlunun səsi telefonda gümrah gəlirmiş, 24-ü günü səhər-səhər yox... 24-ü ölüm günüymüş.
Həqiqət Atakişiyeva: “Özü də mənimlə danışanda elə vaxt, elə yer seçərdi ki, top-güllə səsi eşidilməsin. Sakit, asudə səslə danışardı. Ayın 24-ü dedim, Tərlan, səninçün nə bişirim yollayım, qayıtdı ki, ana, pul göndərmişdilər, 40 kilo ət almışdım, bu dəfə kartof da aldım, bozbaş bişirdik. Qıraqda-bucaqda kabab yeyərdi, amma belə, adi şəraitdə kənd uşağı kimi bozbaşı, soyutmanı xoşlayardı.
Gördüm, səsi bu dəfə həmişəki deyil, səsində təşviş var. Dedi, ana, sonra, sonra mən özüm sənə zəng edərəm. Bu da sonuncu danışığımız oldu. Həmin gün axşam saat 6 radələrində şəhid olub”.
Ertəsi gün, oktyabrın 25-də günün birinci yarısında Atakişiyevlərin darvazası döyülüb...
Şəhidlik məqamı
Bu yaxınlarda Tərlan Atakişiyevin döyüş yoldaşları Şamaxının Göylər kəndinə, Sarıtəpə qəbiristanlığında şəhidin məzarını ziyarət eləməyə gəliblər. Tərlanın hərbçi bacarığından, insani keyfiyyətlərindən söz açıblar.
“Bəs Tərlan hansı şəraitdə, necə şəhid olub, yoldaşları, tabeliyində olmuş əsgərləri nə danışdılar” - Həqiqət xanımdan soruşuram.
Yoldaşları deyib ki, bir təpənin başındaydıq, bizə sovqat gətirmişdilər. Bir nəfər döyüşçülərə şirniyyat paylayırdı. Təpədən aşağı enəndə Tərlan irəlidəydi. Qəfil qrad mərmisi düşdü, iki nəfər həlak oldu, biri Tərlan Atakişiyev...
Bütün söhbət boyu sakit bir hüznlə söhbətə qulaq asan, hərdən qəhərlənib susan atanın ola bilməz ki, deməyə sözü olmasın.
Üzümü ona tuturam, o deyir: “Mənim bircə sözüm var –oğlumu yaxşı tanımamışam. O gün rəhmətlik Mirsahibin oğlu qonşu Təsadüf gəlmişdi başsağlığına. Bizə o danışdı ki, Tərlan çoxdan müharibə başlasa döyüşə gedəcəyini deyirdi.
Amma Tərlanın hər cür əsası vardı ki, müharibəyə getməsin, qalsın. Dizi zədəliydi, yaşı 40-ı ötmüşdü, iki uşaq atasıydı, son zamanlar qızdırması olurdu. Qızdırmalı-qızdırmalı da getdi. Hər yerdə dostu-tanışı vardı. Şirkət direktoruydu, əli müəyyən yerlərə çatırdı. İstəsəydi qalardı, amma istəmədi...”
Deyir, yenə susur. Mən də.
Bir də görürsən fotodu adam
...Yenə lap əvvələ qayıdırıq.
Tərlan anadan olanda 2 qurban kəsilib. Biri uşaq doğulan günü ailənin başqa səbəbə deyikli qurbanı varmış, onu kəsiblərmiş, axşam uşaq anadan olanda isə həyətdə daha bir qurbanı üzü qibləyə çevirirlər.
1977-ci ildən nə qədər zaman ötüb, dövran dönüb. Fikrimdən Ələkbər Salahzadənin misraları axır:
Bir də gördün beşikdi adam,
Bir də gördün bəbədi,
Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı.
Bir də gördün oğuldu adam,
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
Bir də gördün fotodu.
Bir də gördün qazidi, bir də baxdın şəhiddi! Bir də ayıldın əlçatmazdı...
Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə leytenant Atakişiyev Tərlan Dərgah oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ruhu şad olsun!
Xəbərin oxunma sayı : 454
Maraqlı
Xəbərlər
-
“Sevgilinizin adını sponsor qoymayın“ - Müğənnidən qalmaqallı açıqlama
-
Çempionlar Liqasında qaydalar: Arda 21 yaşına qədər “Real Madrid”ə qalacaq?
-
“Planetin ən sağlam qidaları“ - Onları yeyən xəstəlik üzü görmür
-
Sənədsiz evlərlə bağlı yenilik - VİDEO
-
Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib - FOTOLAR
-
Türkiyədə iğtişaş törətmək istəyən 226 nəfər tutuldu - FOTO
-
Bu şəxslərə sağlamlıq haqqında arayış verilməyəcək - XƏBƏRDARLIQ
-
Fransada iğtişaşlar: Polis gözyaşardıcı qazdan istifadə etdi
-
“Ən varlı rusların sərvəti bu ilin əvvəlindən 15,5 milyarddan çox artıb” – “Bloomberg”
-
“Birbank” çökdü, müştərilər ayağa qalxdı: “Anamın əməliyyat pulunu ödəyə bilmədim”
-
Qobustan xəstəxanasında nə baş verib? - İşdən çıxarılanlar məhkəməyə üz tutub
-
Monqolustanın “neft” fondundan əhaliyə pul paylanacaq: Qanun qüvvəyə minir
-
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
-
Aynur Bayramova həbs edildı - Məhkəmə zalında
-
Evlənmə yaşı niyə artıb? - VİDEO
-
10 min sakinin istifadə etdiyi yol bərbad haldadır - VİDEO
-
Apteklərdə yoxlamalar aparıldı: Nöqsanlar AŞKARLANDI
-
Qubad İbadoğlu bağ evinə köçüb - İddiası təmin edilib
-
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
-
Prezident İraq Parlamentinin sədrini qəbul edib - FOTO
-
“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm“ - Seymur Orucovun qohumu həbs edildi
-
Azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO
-
“Təəssüf ki, separatçılığa təhrik edən qüvvələr mövcuddur“ - Allahşükür Paşazadə
-
12 min manat aliment borcunu ödəmədi - Həbs edildi
-
“A.M.A.Y“ın külli miqdarda borcu var - “AMAY Abdulla“nın şirkəti məhkəmə qarşısında
-
Ukrayna səmasında müəmmalı parıltı: Bir çox bölgədə görüntüləndi - VİDEO
-
Bu qurumda əməliyyat keçirilib, 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank məzənnəni açıqladı
-
İpotekası olanların diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
-
Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
-
Prezident dini rəhbərləri qəbul etdi - FOTOLAR
-
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - FOTOLAR
-
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - FOTOLAR
-
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
-
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
-
“Kredit faizlərinin artacağı istisna deyil” – Deputat Mərkəzi Bankın son qərarının səbəblərini açıqladı
-
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - Yersiz gəldi, yerli qaç?! + VİDEO
-
Gürcüstan parlamentində dava - VİDEO
-
Makron Si Cinpin vasitəsilə Putinə təsir etməyə çalışır - “Bloomberg“
-
Ramin Məmmədov deputat mandatından məhrum ediləcək
-
“Elza deyilik ki, stollarda oxuyaq“ - VİDEO
-
Xaricdən mal sifariş verənlərin NƏZƏRİNƏ - Bundan sonra... - VİDEO
-
Gürcüstanda etirazlara qoşulan deputat döyüldü - FOTO
-
Neft Fondu iki nəhəng şirkətin səhmlərini niyə aldı - 105 milyon dollar...
-
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi“ - Prezident
-
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
-
Səbail rayonunda qanunsuz tikinti aparan kimdir ? – VİDEO
-
“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur
-
Parklarda fəaliyyət göstərən səyyar kababxanalar məmurlarındır? - VİDEO
-
”Ukrayna Rusiya ilə danışıqlara nə vaxt başlayacağına özü qərar verməlidir” - Lloyd Ostin
-
Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə çıxış edib - + CANLI YAYIM
-
Bakıda sakinlərin həlli tapılmayan lift problemi: “Ustasız çıxıb-düşə bilmirik”
-
“Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub” - İlham Əliyev
-
İbtidai siniflər üçün yaz tətili başladı - Neçə gün davam edəcək?
-
Məşhur şadlıq sarayları havaya normadan artıq tullantılar atır - SİYAHI
-
“Ukraynanın müttəfiqlərinə inamı sarsılıb” - Stoltenberq
-
Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır - Bu gündən
-
Bakıda küləyin sürəti 20 m/s-dir - FAKTİKİ HAVA
-
Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına “yatırır“ - Nə baş verir?
-
Marketlərdə yeni tələ: Müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?
-
Nazir ölkəyə yeni baş notarius təyin etdi - Abbasov vəzifəsindən azad olunub
-
Tibbi arayışlar elektron formada veriləcək - Bu gündən
-
Hadise futbolçu ilə eşq yaşayır? - Müğənnidən etiraf+ FOTO
-
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub - SİYAHI
-
Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə
-
Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb - Baş katib
-
Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR
-
“Azərbaycan və Ermənistan danışıqlarda iştirakını təsdiqlədi” – Qazaxıstan XİN
-
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
-
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı - QƏRAR
-
“Artıq gedə biləcəyimiz bir məzar var” - Şəxsiyyəti müəyyənləşən şəhidin qızı + VİDEO
-
Magistraturaya qəbul imtahanı verənlərin nəzərinə: Nəticələr elan edildi
-
Başına beş milyon dollar qoyulan İŞİD komandiri məhv edilib - FOTO
-
Qazaxda tarixi abidənin üzərində obyekt tikilir - İDDİA + FOTOLAR
-
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
-
Britni Spirs məhkəmə qərarına etiraz etdi: “Ədalət yoxdur”
-
İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlandı - XƏBƏRDARLIQ
-
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb”
-
LAF TV-yə haker hücumu oldu - Kanal ələ keçirildi
-
“Temperaturun artma tendensiyası davam edəcək“ - Coğrafiya İnstitutu
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər yoxdur? - AÇIQLAMA
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
-
Ukrayna Krımdakı hərbi hava bazalarına hücum edib - ATACMS raketləri ilə
-
“Nizami” kinoteatrı ilə bağlı müəmma: proses necə həll ediləcək?
-
Prezident amerikalı qonaqları qəbul etdi - FOTO
-
Anar Məmmədli həbs edildi - Məhkəmədən qərar
-
XTQ-nin yaradılmasının 25-ci ildönümü qeyd edilib - VİDEO
-
“Azərbaycanda COVID-19-a yoluxma yox səviyyəsindədir“ - RƏSMİ
-
Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
-
Ölkəyə gələn hər 10 turistdən 8-i Bakıda qalır – Deputat rəqəmləri açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Makron Fransa səfirini niyə Bakıya qaytardı? - Ekspert səbəbini açıqladı
-
Gələn ay Şuşaya 20 ailə köçürüləcək - Püşk atıldı
-
Rəsmi Bakıdan sərt açıqlama: “Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik”
-
Mayda hava iqlim normasına yaxın, bəzi yerlərdə yüksək olacaq - AYLIQ PROQNOZ
-
İmtahan nəticələri açıqlandı - 4 nəfər maksimum bal topladı
-
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
-
Macarıstan Ermənistana hərbi yardımı blokladı - Azərbaycana görə
-
Valideynlərin nəzərinə: Yeni qeydiyyat mərkəzləri yaradıldı
-
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşüb - FOTO
-
Baş Prokurorluq bu qurumda əməliyyat keçirdi - Saxlanılanlar var
-
Türkiyəli üç aktrisa “Dünyanın Ən Gözəl 100 Qadını” siyahısında - FOTO
-
Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa, 20 faiz endirimlə ödə”
-
Şəxsiyyəti müəyyənləşdirilmiş itkin düşmüş 73 nəfərin adları açıqlanıb - SİYAHI
-
Güclü külək əsəcək, temperatur 4-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI
-
Rusiya Xarkova zərbələr endirib - Ölən və yaralananlar var
-
Avtomobil bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
İşıqpuluna görə qardaşını öldürdü, bəraət aldı - TƏFƏRRÜAT
-
İtkin düşmüş 73 nəfərin şəxsiyyəti, basdırıldığı yerlər müəyyənləşdirilib - RƏSMİ
-
Məzuniyyətdə olan gömrük məmuru yanacaq kartından istifadə edib - MƏHKƏMƏ
-
Köhnə ehtiyat hissələri təzədən etibarlıdır? - VİDEO
-
Bakıda yeni salınacaq parkda narazılıq: “Dörd milyonluq obyektə 700 min verirlər”
-
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
-
Üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölüb - Tovuzda
-
Prezident Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi
TOP 10
ARXİV